“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Bir neçə şirkətlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Tarix 10.01.26, 18:59

Font ölçüsü : - / +
bitmap-img6


Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı şəhərində yaşıllıq sahələri üçün tələb olunan əkin materiallarının, gübrələrin və pestisidlərin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "VNM İnvest" MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 3.850.275,01 manatdır. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "VNM İnvest" MMC 13 mart 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rzayev Arif Susaməddin oğludur. 

"VNM İnvest" MMC-nin hüquqi ünvanında başqa bir şirkət də qeydiyyatdadır. Bu şirkətin adı "VNM İnşaat" MMC-dir. Şirkət "VNM İnvest" MMC ilə eyni tarixdə qeydiyyata alınıb. Bu şirkətin qanuni təmsilçisi Nağıyev Vüqar Məhəmməd oğludur. Maraqlıdır ki, Vüqar Nağıyev "VNM İnvest" MMC-nin də qanuni təmsilçisi olub. Bu faktlar hər iki şirkətin eyni adama məxsus olduğuna dair şübhələri artırır. 

Mediada gedən məlumatlardan aydın olur ki, bu şirkətlər satınalma müsabiqələrində fəal iştirak edir. Ehtimal olunur ki, "VNM İnşaat" MMC və "VNM İnvest" MMC elə bu məqsədlə yaradılıb. 

Bəzi iddialara görə şirkət Vüqar Nağıyevin özünə məxsusdur. Şirkətin adındakı "VNM" onun adı, soyadı və atasının adının baş hərfləridir. Vüqar Nağıyev haqqında isə açıq mənbələrdə heç bir məlumat yoxdur. 



Xəbərin oxunma sayı : 322




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap