“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Salyanda şagirdlərin məktəb problemi - VİDEO

Tarix 09.01.26, 21:32

Font ölçüsü : - / +
bitmap-img6


İstifadəyə yararsız olan məktəbin şagirdləri  digər məktəbə yönləndirilib. O məktəb də qəzalı vəziyyətə düşüb, indi şagirdlər dərssiz qalıb.

Salyanın Aşağı Noxudlu kənd tam orta məktəbinin  şagirdlərinin gedəsi məktəbi yoxdur. İllərdir  təhsil aldıqları  məktəb  qəzalı vəziyətə düşdüyü üçün şagirdləri Yuxarı Noxudlu tam orta məktəbinə göndəriblər. Yeni təhsil mövsümü başlayar-başlamaz Yuxarı Noxudlu kənd tam orta məktəbi də eyni aqibəti yaşayıb. Yəni, məktəb qəzalı vəziyyətə düşdüyü üçün bu dəfə hər iki məktəbin şagirdləri məktəbsiz qalıb.

Valideynlər deyir ki, övladları  təhsillərini  Aşağı Kürkəndi kənd tam orta məktəbində  davam etdirə bilərlər. Hətta şagirdləri daşımaq üçün məktəbli avtobusları da ayrılıb. Lakin, məktəb avtomobil yoluna yaxın olduğu üçün valideynlər narahatdır. Digər tərəfdən şagirdlərin daşınması üçün ayrılan avtobuslara nəzarət edilmir. Nəticədə sürücülər avtobuslara  normadan artıq  şagird mindirir.

Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən bildirildi ki, məktəb qəzalı vəziyyətə düşdüyündən hələlik ən mümkün variant şagirdlərin Aşağı Kürkənd məktəbinə daşınmasını təmin etməkdir və bu barədə valideynlərlə söhbət aparılıb.  Kənd sakinləri, valideynlər idarə rəhbərliyi tərəfindən qəbul edilib və onlara narahatlıqlarının aradan qaldırılması üçün müvafiq izahat verilib. Qeyd edilib ki, 2026-cı ildə Salyan rayonu  Aşağı Noxudlu kənd tam orta məktəbinin yeni tədris binasının inşası və Yuxarı Noxudlu kənd tam məktəbinin isə əsaslı təmiri nəzərdə tutulub.




Xəbərin oxunma sayı : 322




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap