| |
|
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Azərbaycan qazı və Slovakiya texnologiyası: Yeni tərəfdaşlığın formulu
Tarix 13.12.25, 12:10 |
|
Bu səfər Azərbaycanla Slovakiyanın münasibətlərin bütün istiqamətlərini gücləndirəcəyinə dair siqnallar verir. Bu, perspektivdə iki dövlətin tərəfdaşlıqdan müttəfiqliyə doğru keçidini sürətləndirəcəyi haqqında təəssüratlar yaradır. Hər iki prezidentin güclü əlaqələr qurulması üçün iradə nümayiş etdirməsi Azərbaycanın avroatlantik məkandakı mövqeyinin irəliyə aparılmasına şərait yarada bilər.
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Prezident İlham Əliyevin Slovakiyaya səfəri Bakı ilə Bratislavanın münasibətlərin bütün istiqamətlərini gücləndirəcəklərinə dair mesajlar verir. Atılan addımlar Azərbaycanın avroatlantik məkandakı mövqeyini gücləndirə bilər.
Bu həftə Azərbaycanın xarici siyasət gündəmi Prezident İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri ilə yadda qaldı.
Dekabrın 8-də paytaxt Bratislavada İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Daha sonra prezidentlərin mətbuata birgə bəyanatı səsləndirilib.
Dekabrın 9-da isə Bratislavada Prezident İlham Əliyevin Slovakiya Respublikasının Milli Şurasının sədri Rixard Raşi və Baş nazir Robert Fitso ilə görüşləri keçirilib.

İki dövlət maraqlarını uzlaşdırır
Azərbaycanın xarici siyasəti həm müttəfiqlərə, həm də yeni tərəfdaşlara yanaşmaları uzlaşdırmağa hesablanıb. Bu cür xarici siyasət kursu, NATO blokuna üzv olmasına baxmayaraq, Slovakiyanın da konsepsiyasında mövcuddur. Bu bənzərliklərdən yola çıxaraq Azərbaycanla Slovakiya bir-birilərinin maraq və təhlükəsizliklə bağlı səylərini qarşılıqlı dəstəkləməyə fəal şəkildə ehtiyac hiss edirlər. İlham Əliyevin səfəri bu dəstək mexanizmlərinin gücləndirilməsi, yeni əməkdaşlıq modelinə keçidi, bununla da tərəfdaşlıqda növbəti mərhələni əks etdirir. Bu amil Azərbaycanla Slovakiyanı əməkdaşlıqda yeni istiqamətə sövq və təşviq edərək dəyişən dünya nizamına çevik reaksiyanı formalaşdırır. Bunun üçün Azərbaycanla Slovakiya arasında dərinləşmiş əlaqələr və bunun məntiqi davamı olan strateji tərəfdaşlığın qurulması vacib xətt kimi önə çıxır. Əlaqələr çoxvektorlu istiqamətləri əhatə edən xarakterlə daha da möhkəmlənə bilər. Buna görədir ki, Prezident İlham Əliyev və həmkarı mətbuata bəyanat zamanı münasibətlərdəki yeni istiqamətlər barədə konturları qeyd etdilər.

Müdafiə sənayesi, müasir texnologiyalar...
Prezident Peter Pelleqrini bildirib ki, Azərbaycanla Slovakiya strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindədir:
"Ötən il iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb və bu da bizim münasibətlərimizi daha yüksək səviyyəyə qaldırmışdır. Bizim qarşılıqlı maraq kəsb edən bütün sahələr üzrə əməkdaşlığımız yüksək səviyyəyə qaldırıla bilər. Biz gələcəkdə Slovakiya ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq edəcəyik - müdafiə sənayesi, müasir texnologiyalar, tələbə mübadiləsi, turizm, mədəniyyət və digər sahələrdə".

2024-cü ildə ilk dəfə olaraq Azərbaycan qazının Slovakiyanın enerji bazarlarına təchiz edilməsini bildirən Prezident İlham Əliyev prosesin daha da irəliyə aparılması imkanlarının olduğunu bildirib. O, enerji resurslarının ixracı sahəsindəki əməkdaşlığın yeni məcraya, o cümlədən müdafiə sənayesi sahəsində maraqların prioritetləşdirilməsinə istiqamət açdığına işarə edib.

Ümumiyyətlə, hər iki liderin açıqlamalarında silah ixracı, müdafiə sənayesi sahəsində əməkdaşlıq və birgə müəssisənin yaradılması ön planda tutulub.
Silahlar - sülhün qarantı kimi
Azərbaycanın Slovakiyada enerji təchizatının şaxələndirilməsi prosesində aparıcı rol oynaya biləcəyini deyən Peter Pelleqrini müdafiə sənayesindəki əməkdaşlığa da toxunub. Onun ümumi fikri belə olub ki, Slovakiyanın Azərbaycanla müdafiə sənayesi sahəsindəki əməkdaşlığı təkcə silah satışı ilə məhdudlaşmayacaq. "Biz özüyeriyən artilleriya qurğuları, sursat və digər məhsullar sahəsində də böyük təcrübəyə malikik. Biz Azərbaycanla texnologiya ötürülməsi, Azərbaycanın maliyyəsindən istifadə edilməsi və birgə istehsalın üzərində işləyə və birlikdə istehsal etdiyimiz məhsulları üçüncü ölkələrə sata bilərik", - deyə o əlavə edib.

Prezident İlham Əliyevin bəyanatını isə daha geniş kontekstdə oxumaq mümkündür:
"Biz müharibə aparmaq fikrində deyilik. Yəni bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergetikanın qurulması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcək. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq".

Bu bəyanat rəsmi Bakının sülh, təhlükəsizlik gündəmini əhatə edən prinsiplərə sadiqliyini göstərir. Başqa yandan, İlham Əliyev Avropanın təhlükəsizlik arxitekturasının Cənubi Qafqazdakı proseslərdən asılı olduğunu diplomatik şəkildə dilə gətirərək Azərbaycanın avroatlantik məkandakı rolunu göstərir.

Nəticə və perspektivlər
Bu səfər Azərbaycanla Slovakiyanın münasibətlərin bütün istiqamətlərini gücləndirəcəyinə dair siqnallar verir. Bu, perspektivdə iki dövlətin tərəfdaşlıqdan müttəfiqliyə doğru keçidini sürətləndirəcəyi haqqında təəssüratlar yaradır. Hər iki prezidentin güclü əlaqələr qurulması üçün iradə nümayiş etdirməsi Azərbaycanın avroatlantik məkandakı mövqeyinin irəliyə aparılmasına şərait yarada bilər. Bu, Rusiya-Ukrayna müharibəsi və onun nəticələri fonunda Azərbaycanın geosiyasi əhəmiyyətinə və aktorluq qabiliyyətinə işarə olaraq da əhəmiyyətlidir.
Xəbərin oxunma sayı : 895
Analiz
Xəbərlər
-
Dini ziyarət üçün Azərbaycana hansı ölkələrdən gəlirlər? - Siyahı
-
429 internet resursuna giriş məhdudlaşdırıldı - RƏSMİ
-
Aqrar Xidmətlər Agentliyinin sədr müavini vəzifəsindən azad olundu - FOTO
-
“Meqa Sığorta”nın yığımları azaldı - 3 milyon manatlıq geriləmə
-
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
-
“Bandotdel” əməliyyat keçirdi, həbs olunanlar var - VİDEO
-
“Yüz böhtandan heç olmasa beşini məhkəməyə verməliyik“ - Xalq yazıçısı Anar
-
Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür
-
Prezident yeni səfirləri qəbul etdi - FOTOLAR
-
10 aya “mayor”dan “general”a qalxan 34 yaşlı Fuad Məmmədov kimdir? - DOSYE
-
Vəzifəli şəxs 18 kq qızılla saxlanıldı - Evindən silah çıxdı
-
Pezeşkianın da göyərtəsində olduğu təyyarə Moskvada eniş edib - KİV
-
Tanınmış iş adamı həbs olundu - Başqalarına qurduğu tələ ifşa olunub
-
Bakıda binada blok çökdü: Sakinlər evdən çıxa bilmirlər - VİDEO
-
Avropanı gözləyən demensiya təhlükəsi: Xəstə sayı 20 milyona yaxınlaşır
-
“Müsəlman ölkələri problemlərini müstəqil həll etməlidir” - Hakan Fidan
-
Evlərin təmiri zamanı nəyə önəm verməliyik? - VİDEO
-
“Qurtuluş“ Reabilitasiya Mərkəzinin rəhbəri və 2 əməkdaşı tutuldu - Nədə ittiham olunurlar?
-
Mağazasını genişləndirmək istədi, 17 min ziyana düşdü: Qonşu qonşunu necə aldadıb?
-
Tikinti şirkəti ilə vətəndaş arasında qalmaqal:“Xəbərdarlıq da etmədilər“
-
“ABŞ bu addımlara son qoymalıdır” - Məsud Pezeşkian
-
Hansı cərimələrin ödətdirilməsi birbaşa əmək haqqına yönləndiriləcək? - VİDEO
-
Sumqaytda 34 nömrəli məktəbdə pul yığılır - Summativ qiymətləndirmə üçün (SƏS YAZISI)
-
Çoxmərtəbəli yaşayış binasındakı yanğının təfərrüatı: “Camaat kömək üçün qışqırırdı“
-
Tbilisi prospektində hərəkətin təşkilində daha bir dəyişiklik - VİDEO
-
UEFA Avropa Liqası: “Fənərbağça“ və “Roma“ səfərdə qalib gələ bilmədilər
-
Azərbaycan hava məkanı və ya ərazisi İrana qarşı istifadə edilməyəcək - RƏSMİ
-
“Putin Kiyevi bir həftə atəşə tutmayacağına söz verdi” - Tramp
-
Yeni qanunla məzuniyyət ödənişimiz necə hesablanacaq? - Rəsmi
-
Bu gün instaqramda nələr paylaşıldı? - FOTOLAR
-
“Amerika Avropanın təhlükəsizlik arxitekturasından çıxır“ - Türkiyə XİN rəhbəri
-
Zaur Mikayılovun müvəqqəti kadrı planşetlər alır - 405 min manata
-
Leyla Əliyeva İsveçrədə Qretel Agilar ilə görüşdü - FOTOLAR
-
Xırdalanda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu
-
Fars körfəzinə ABŞ-nin altıncı esminesi gəlib - “Reuters“
-
Bakıda tramvay xəttinin çəkilməsi üçün söküntü işlərinə başlanıla bilər - VİDEO
-
Vakansiyalar arasında maaş uçurumu: 300 manatdan 10 minə qədər...
-
Nazir polkovniki təqaüdə göndərdi - Yeni təyinat
-
Şirkət sədri aylıq ödənişləri etməyən sakini vəhşicəsinə döydü - Həbs olunmadı
-
“Ukrayna münaqişəsi Rusiya ilə Qərbin toqquşmasıdır” - Lavrov
-
PA-nın sektor müdiri baş direktor təyin edildi - Mərkəzi Bankda
-
Şəmkirdə 13 yaşlı qızla nişanlanan diş həkimi cəzalandırıldı - Azyaşlının ŞOK İFADƏSİ
-
Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI
-
Rayonları kim idarə edir? - Tarixçi, aqronom, baytar...
-
Xanım sahibkara “stop“ qoyuldu - 800 minlik borc
-
Avropa İttifaqı SEPAH-ı terror təşkilatı elan edəcək - “Reuters“
-
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
-
Xəlil Göyüşovun oğlunun klinikasında yoxlama - “Vest Hospital“ cərimələndi + FOTO
-
Bakıdan Sumqayıta taksi ilə getmək mümkün olmayacaq - YENİ CƏRİMƏ
-
Trampdan İrana sərt xəbərdarlıq - 3 şərt irəli sürüldü
-
Yasamaldakı qara paltarlı öğru qadın tutuldu - VIDEO
-
Argentina prezidenti keçmiş sevgilisi ilə səhnəyə çıxdı, rok oxudu - VİDEO
-
Gömrük Komitəsinin bəzi əməkdaşları təltif edilib - ADLAR
-
Tərtərin prokuroru işdən çıxarıldı - Yeni vəzifəyə təyin edildi
-
Prezident bu şəxslərə ali xüsusi rütbələr verdi - Sərəncam İMZALADI
-
Metroda xətlər ayrılanda gedişhaqqı güzəşti olacaq? - AÇIQLAMA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Abdin Fərzəliyev iş adamı Rəğbətlə necə anlaşıb? - Masazırda dana bir qanunsuz tikinti (VİDEO)
-
Özü və müavinləri 15-20 min maaş alır - Soyuq küçələrdə çalışan əməkdaşları isə 500-600 manat…
-
“Məndən nə istəyirsiniz?” - Rəqsanə canlı yayımda ağladı (VİDEO)
-
Kəmaləddin Qafarov “Tender kralı“na çevrlib - Daha bir milyonluq sövdələşmə olub
-
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
-
Şaxta olacaq, yollar buz bağlayacaq - Sabahın havası
-
“ABŞ-nın İrana hücumu xaosa səbəb ola bilər“ - KREML
-
Mühafizəçini aldatdı, açarı aldı - Dönərçi “MY Bro“nu soydu
-
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq - Bu halda
-
Yer kürəsində maqnit qasırğası gözlənilir - Xəbərdarlıq
-
Pensiya alanlara şad xəbər: Fevraldan artım olacaq
-
Bakıdan Sumqayıta 50 manatlıq taksi: Müştəri və sürücü niyə narazıdır?
-
Azərbaycanda sənədləşdirilməsi mümkün olmayan 500 min tikili var - RƏSMİ
-
İmişli rayonunda məktəb direktoru şagirdi belə döyür -Araşdırmalar başlandı/VİDEO
-
Qapıçı son dəqiqədə “Real”a qol vurdu, “Benfika” pley-off-a çıxdı - VİDEO
-
Nizami rayonunda “at oynadan” tikinti şirkəti - “Orbita MTK” kimindir?
-
Məhkəmə sədrinin bıçaqlanan gəlininin son durumu: Özəl klinikaya köçürüldü
-
Son beş ildə uşaqlara verilən qeyri-adi adlar - ARAŞDIRMA
-
İstixanadan 50 min manatlıq oğurluq edənlər saxlanıldı - VİDEO
-
BNA-nın keçmiş vəzifəli şəxsi taksi şirkətinə rəhbər təyin edildi - FOTO
-
Məhkəmənin qərarı olmadan axtarış aparılması... - Cinayət-Prosessual Məcəlləsi dəyişir
-
“Yaxşı balıq tutmaq olar, işə gedib-gəlməyə gəmi lazımdır“ - İmişli sakinlərini çıxılmaz vəziyyətə salan yol
-
Tramp İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir - CNN
-
Şəmşad Ağa anasının dəfn mərasiminə buraxıldı - QƏRAR
-
“Zəngəzur” elektrik ötürmə xəttinin çəkilməsinə başlanılıb - VİDEO
-
“Əyani oxuyanı apara bilməzlər“ - Xaricdə təhsil alanlar hərbi xidmətə çağırılırlar?
-
Paytaxtın Nizami rayonunda iki nəfər dəm qazından zəhərlənib - Biri ölüb
-
Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşdı - Daha bir dollar bahalaşdı
-
Düşmənin bütün mümkün ssenariləri üçün əməliyyat planlarımız var - SEPAH
-
Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb - FOTO
-
Alena Əliyeva Auitizm Mərkəzində - FOTOLAR
-
Masallının Xallıcallı kəndinin əkin sahələrini su basıb - VİDEO
-
Sabunçuda metal qəbulu məntəqəsinin səs-küyü sakinləri təngə gətirib - VİDEO
-
ABŞ İrana qarşı preventiv hərbi əməliyyatı istisna etmir - Marko Rubio
-
4 881 manat pensiya alır, narazıdır - DSMF-ni məhkəməyə verib
-
Özbəkistandan gətirilən 3 ton araxis məhv edildi - FOTOLAR
-
“Tarqovu”da hoteldə ölən şəxs diaspor rəhbəri imiş - FOTO
-
Şəmşad Ağaya ağır itki - Həbsdə olan jurnalistin anası dünyasını dəyişib
-
“Növbəti hücum daha pis olacaq” - Tramp yenə İranı hədələdi
-
Aylıq 60 min qazanca ümid edirdi - 300 min manat itirdi
-
Sabah bu ərazidə su kəsiləcək - XƏBƏRDARLIQ
-
“Hadi İnşaat“ “tender kralı“na çevrilir: Bir ildə 3,8 milyon manatlıq sifariş...
-
Oğurluq edib kameranı sındıranlar digər kameraya düşdü - VİDEO
-
ABŞ Rusiyadan Venesuelaya gedən yüngül nefti tamamilə əvəz edib - Rubio
-
“Paşa Bank Gürcüstan” nə qədər mənfəət əldə edib? - Gürcüstan banklarının siyahısı
-
Beyləqanda hesabat yığıncağı keçirildi - FOTOLAR
-
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
-
“ABŞ və İsraillə münaqişənin üçüncü mərhələsinə qədəm qoyuruq“ - İran XİN
-
Baş Prokurorluqda kollegiya iclası keçirildi - FOTOLAR
-
Prezident Azərbaycan və Gürcüstan DİN-ləri arasındakı sazişi təsdiqlədi - FƏRMAN
-
Yarım milyonluq dələduzluq: “Hüquqşünas“ həbs olundu
-
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
-
“Arash Estetik“də pozuntu aşkarlandı: Klinika cərimələndi
-
Generalın oğlu istintaqa cəlb olundu - Sevgilisini təhdid etdiyi üçün
-
AYNA sədri Anar Rzayevin fantastik maaşı… - Rəqəm bəlli oldu
-
“Yeni Günəşli, Zabrat, Masazır və Saraya da metro çəkiləcək” - Nazir müavini
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Mal-qara “qırmızı qızıl“a çevrilir: Ətin qiyməti yenə bahalaşacaq!
-
İrana qarşı yenidən müharibəyə başlamaq yanlışdır - Hakan Fidan
-
Deputatlar toplanır: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
-
Elm və Təhsil Nazirliyi: Vitrində süni intellekt, içəridə isə klanların savaşı...
-
İcra başçısının sabiq köməkçisi həbs olundu: Nazirlikdə iş vədi
-
Bu məlumatlar ayın 15-dək təqdim edilməlidir - Qaydalarda dəyişiklik
TOP 10
ARXİV






