Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Mühüm beynəlxalq əhəmiyyətli Forum

Tarix 15.03.26, 17:02

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda ölkəmiz 12 mart tarixindən başlayan XIII Qlobal Bakı Forumuna ev sahibliyi edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutan forum dünyamız üçün mühüm əhəmiyyət daşıyır. Forum xüsusi çağırışları ehtiva edir. Əsas mövzusu  “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması”  ilə bağlıdır. Eyni zamanda forumda müxtəlif mövzular da müzakirə edilir, o cümlədən beynəlxalq təhlükəsizlik, iqtisadi inkişaf, sosial məsələlər və qlobal əməkdaşlıq.  Forum panel iclaslar, müzakirələr, fikir mübadilələrindən ibarət olmaqla bir neçə gün davam edəcək beynəlxalq tədbirdir.

Bu forum, dünya miqyasında mütəxəssisləri, siyasətçiləri, iqtisadçıları, elm adamlarını və digər sahələrdən gələn liderləri bir araya gətirən mühüm bir platformadır. Qlobal Bakı Forumları, Azərbaycanın beynəlxalq əlaqələrini gücləndirmək və müasir dünyadakı ən aktual məsələlərə dair fikir mübadiləsi aparmaq məqsədini güdür. Bu, həmçinin, müxtəlif ölkələrin təcrübə və fikir mübadiləsi apararaq, qlobal problemləri daha effektiv həll etmək üçün bir platforma təmin edir. Foruma qatılanlar, fərqli ölkələrdən olan liderlərlə görüşmək və yeni fikirlər mübadiləsi aparmaq imkanı əldə edirlər. Həmçinin Forum Azərbaycanın dünya miqyasında nüfuzunu artırmaqla yanaşı ölkə daxilindəki problemləri və inkişaf istiqamətlərini müzakirə etmək üçün çox vacibdir.

Bu tədbirin əhəmiyyətini nəzərə alsaq, Prezident İlham Əliyev dünya üçün əhəmiyyət kəsb edən mövzular, problemlər və gələcək həlləri barəsində də öz çıxışında məlumat vermişdir.  Açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev deyib: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu gün aparıcı beynəlxalq təsisatlardan biridir və burada bir çox məsələlər müzakirə olunur. Təşkilat yaxşı beynəlxalq nüfuza malikdir. Dövlətimizin başçısı bildirib ki, sistemli yanaşmaların, dəyişən beynəlxalq vəziyyətə aid olan məsələlərə mövqeyin formalaşmasında bu təşkilatın böyük rolu var.

Forumdakı çıxışında ölkə rəhbəri qeyd edib ki, bu forumun gündəliyi genişdir, bir çox məsələləri əhatə edir. Əminəm ki, müzakirələr zamanı diqqət məhz bizim regionumuzda, dünyadakı vəziyyətə yönələcəkdir. Dövlətimizin başçısı deyib ki, təhlükəsizlik, sabitlik məsələləri hər hansı bir ölkənin gündəliyində heç vaxt olmadığı qədər bir nömrəli məsələ kimi qalmalıdır. Çünki bu, olmadan bütün başqa səylər mənasızdır.

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dünyada neft və qazın qiymətlərindəki artıma toxunub. Dövlətimizin başçısı bununla bağlı deyib: “Biz neft və qaza olan qiymətlərin görünməmiş dərəcədə artımını müşahidə edirik. Bu da istehlakçılara bir zərbədir. Nəinki istehlakçılara, əgər kimsə düşünürsə ki, qeyri-tarazlı bu qiymətlər yalnız neft hasil və ixrac edən ölkələrin xeyrinədir, yox, bu, belə deyil”. Prezident qeyd edib ki, biz daha tarazlaşdırılmış, proqnozlaşdırılmış neft qiymətlərinin tərəfdarıyıq.

Qeyd edilib ki, boru kəməri ilə ixrac edilən qazın həcminə və coğrafi əhatəyə görə Azərbaycan dünyada bir nömrəli ölkədir. Dövlətimizin başçısı bildirib ki, hazırda ixracın həcmi artır və bu, belə də davam edəcək. Bu, bir çox ölkələr üçün enerji təhlükəsizliyinin mühüm amilidir. Beynəlxalq bazarlara etibarlı neft təchizatçısı kimi Azərbaycan enerji təhlükəsizliyinə öz töhfəsini davam etdirəcək.

Vurğulanıb ki, münaqişələr ənənəvi daşımalar yollarını pozur, insanlara, ölkələrə, iqtisadiyyatlara çox böyük problemlər yaradılır. Daşımalar, bağlantılar pozulduqda beynəlxalq ictimaiyyətin əksər hissəsinin üzvləri çətinliklərlə üzləşir. Hazırda həm Orta Dəhlizə, həm də Şimal-Cənub dəhlizinə yatırımlar edildiyini, Azərbaycanın ərazisində bütün tikinti layihələrinin tam icra olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Azərbaycan vasitəsilə daşınan yüklərə olan tələbat artır və biz həm Qərbdə, həm də Şərqdə bir çox ölkələr üçün mühüm tranzit rolunu oynayırıq”.

Sahil İmanov



Xəbərin oxunma sayı : 223




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap