Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“ Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO
Axtar
 
  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

Azərbaycanın strateji ərzaq ehtiyatı necə müəyyən edilir? - RƏSMİ

Tarix 11.03.26, 20:58

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın strateji ərzaq ehtiyatlarının həcmi bir neçə əsas göstərici əsasında müəyyən olunur. 

AzFakt.com  xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi AZƏRTAC-ın sorğusuna cavabında bildirib.

Qeyd edilib ki, dünyada baş verən siyasi və iqtisadi proseslər, həmçinin təchizat zəncirlərində yarana biləcək problemlər ölkələr üçün dövlət ehtiyatlarının formalaşdırılmasını vacib edir. Məqsəd daxili bazarın sabitliyini qorumaq və mümkün böhranların təsirini azaltmaqdır.

Bildirilib ki, Azərbaycanda strateji əhəmiyyətli mallar üzrə təchizat zəncirinin daha səmərəli qurulması və bazarın qısamüddətli risklərə qarşı davamlılığının artırılması üçün Prezidentin fərmanı ilə Dövlət Ehtiyatları Agentliyi yaradılıb. Agentlik bu malların ehtiyatlarının formalaşdırılması və bazarda kəskin qiymət dəyişikliklərinin qarşısının alınması üçün tədbirlər görür.

Strateji ehtiyatların həcmi isə Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilir.

Məlumata görə, ehtiyatların həcmi xüsusi nomenklatura siyahısına əsasən hesablanır. Bu siyahıda malların adı, ölçü vahidi və tələb olunan minimal ehtiyat miqdarı göstərilir.

Minimal ehtiyat həcmi müəyyən edilərkən əsasən bu amillər nəzərə alınır:

ölkənin həmin məhsul üzrə özünütəminetmə səviyyəsi
məhsulun idxal müddəti
saxlanma şərtləri
tədarük mənbələrinin sayı
ölkədə istehlak göstəriciləri
Bu göstəricilər əsasında strateji ərzaq ehtiyatlarının nə qədər olmalı olduğu müəyyənləşdirilir ki, mümkün böhran vəziyyətlərində daxili bazarda qıtlıq yaranmasın.



Xəbərin oxunma sayı : 184




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap