Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Məqsədimiz Bakıda qələbə qazanmaqdır“ - Didye Deşam

Tarix 15.11.25, 19:08

Font ölçüsü : - / +
bitmap-img6


Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz Bakıda Fransa ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Didye Deşam qarşılaşmadan əvvəl mətbuat konfransında oyunla bağlı jurnaliatlərin suallarını cavablandırıb.

- Osman Dembele və Kilian Mbappenin olmaması sizə çətinlik yaratmayacaqki?

- Dezire Due və başqaları da burada yoxdur. Amma biz dünya çempionatına vəsiqə qazanmışıq. Bu da bizi rahatlaşdırır. Sabahkı matç üçün 22 oyunçumuz var. Qarşımızda isə çox enerjili və inadkar komanda olacaq. Amma biz əlimizdən gələni edəcəyik. Çünki məqsədimiz qələbə qazanmaqdır.

- Üç gün əvvəl Ukrayna ilə oyunda 4:0 hesablı qələbə qazanaraq dünya çempionatına vəsiqə qazandınız. O matçda Kilian Mbappe oynadı, sabah isə meydana çıxmayacaq. Zədəsi nə dərəcədə ciddidir?
- Kilian topuğunda problemləri var idi, davam edir. Ona görə də onu millidən buraxdım, "Real"ın tibbi heyəti Mbappe ilə məşğul olacaq. Risk etmək istəmirik. Artıq mundiala vəsiqə qazanmışıq. 22 futbolçumuz buradadır, onların da məqsədi aydındır.

- Üç futbolçunuz zədəlidir. Sabah hansı oyunçular oynayacaq?
- Üç oyunçu olmasa da, 22 futbolçu Bakıdadır. Hamısı oynaya bilər. Bugünkü məşqdə də hamısı olacaq. Təbii ki, oyunlara görə yorğunluq var. Amma Bakıya vaxtında gəlib, dincəlmişik.



Xəbərin oxunma sayı : 508




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap