“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı

Tarix 07.07.25, 21:14

Font ölçüsü : - / +
bitmap-img6


3 nəfərin valyuta alqı-satqısı adı ilə yatırım etməsini təmin edib onların külli miqdarda vəsaitini ələ keçirməkdə ittiham olunan Nizami Alışanın cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda Babək Məmmədzadənin vəkili, Nizami Alışanla zərərçəkmişin aralarındakı telefon danışığını əks etdirən səs yazısını məhkəməyə dəlil kimi təqdim edib. Nizami Alışanın müdafiə tərəfi səs yazısının dəlil kimi təqdim olunmasına etiraz edib. Bildirib ki, həmin səs Nizami Alışanın xəbəri olmadan yazılıb və onun necə qeydə alındığı dəqiqləşdirilməyib. Müdafiə tərəfi, Babək Məmmədzadənin məhkəmədə iştirakı üçün təminat verilməsini tələb edib.
Məhkəmə qərar verib ki, həmin sübutun araşdırılması üçün Babək Məmmədzadə yenidən məhkəməyə çağırılsın və o, səs yazısının mənbəyini açıqlasın.

Növbəti məhkəmə iclası iyulun 14-nə təyin edilib.

Qeyd edək ki, işdə zərərçəkmiş kimi Yadigar Şibi oğlu İsrafilov, Babək Məhəmməd oğlu Məmmədzadə və Zeynal Mütəllim oğlu Usubov, tanınıblar. İttihama əsasən, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı üzrə mütəxəssis kimi təqdim edərək Babək Məmmədzadədən 1 milyon 300 min, Zeynal Usubovdan 945 min, Yadigar İsrafilovdan isə 200 min dollar vəsaiti ələ keçirib. Zərərçəkmişlərin ümumi zərəri 2 milyon 445 min dollar (təxminən 4 milyon 156 min 500 manat) təşkil edir.

Nizami Alışana qarşı cinayət məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlunun isə kürəkənidir.

Babək Məmmədzadə isə “Aztelecom” MMC-nin sabiq direktoru Məhəmməd Məmmədovun oğludur.



Xəbərin oxunma sayı : 265




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap