![]() |
|














Bloqerin qadınlarla sərgüzəştləri: onları videoya çəkdi, sonra isə... – ŞOK TƏFƏRRÜAT
Tarix 19.06.25, 16:59 |
|

Bakıda qadınlara hədə-qorxu gələrək şantaj etməkdə ittiham olunan 1987-ci il təvəllüdlü bloqer Cəmil Quliyevin işinə Ali Məhkəmədə baxılıb.
Cəmil Quliyev sosial şəbəkə və digər vasitələrlə tanış olduğu, eyni zamanda pul qarşılığında onunla münasibətdə olan qadınları şantaj edib. O, həmin qadınlarla görüşərək münasibətdə olub, həmçinin digər yollarla əldə etdiyi görüntüləri paylaşmaq, onları rüsvay etmək adı ilə hədə-qorxu gələrək pul tələb edib. Bu yolla o, zərərçəkmiş şəxslərdən birindən 6800, digərindən 2400 manat alıb. Zərərçəkmiş qadınlardan biri model kimi tanınan şəxs olub.
Qeyd edək ki, Cəmil Quliyev instaqram və tiktok sosial şəbəkə səhifələrində “jam_guliyev” adlı şəxsi hesabla tanınıb.
İstintaq orqanı tərəfindən Cəmilin barəsində Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.2.2 (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
“Gördüm ki, mənə müraciət edirlər”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəmil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Yeni Azərbaycan Partiyasının üzvüdür: “Mən hər zaman çalışmışam ki, cəmiyyətə layiqli vətəndaş olum. Azərbaycançılıq hissi ilə yaşamışam, milli dəyərləri qorumuşam. Gürcüstanın Batumi şəhərində yerləşən, baş ofisi isə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “XOX Tobacco” tütün məmulatları istehsal fabrikinin təsisçisi və baş direktoru olmuşam. Mənim rəhbərlik etdiyim müəssisədə 87 azərbaycanlı işlə təmin olunub. Bu biznes fəaliyyətini vətəndə də davam etdirmək məqsədi ilə 2019-cu ildə Azərbaycana qayıtmışam. Həmin fabriki Batumi şəhərindən Quba rayonuna gətirmək istədim. Arzumu həyata keçirmək məqsədilə lizinq yolu ilə 7 ədəd xarici markalı maşın aldım. Aldığım avtomobillər lizinq şirkəti tərəfindən qanunsuz yolla mənimsənildiyi üçün bu barədə şikayət etsəm də, şikayətlərimə baxan olmadı. Bununla bağlı “İnstagram” və “TikTok” sosial şəbəkələrində özümə məxsus səhifədə paylaşımlar etməyə başlamışam. Nəticədə gördüm ki, vətəndaşlar öz problemlərinin işıqlandırılması üçün mənə müraciət edirlər”.
“Arvadını pul müqabilində cinsi əlaqədə olmaq üçün təşkil edib”
Təqsirləndirilən şəxsin sözlərinə görə, beləliklə, sosial şəbəkələrdə əsas problemlərdən olan narkotik vasitələr və qadın alveri ilə mübarizəyə başlayıb: “Mənim məqsədim sosial, faydalı və maarifləndirici paylaşımlar etmək, müasir cəmiyyətin problemlərini, ölkəyə müxtəlif yollarla gətirilib, xüsusən də gənclərin və yeniyetmələrin bəlasına çevrilmiş narkotik alverçilərini, gənc qadın və qızları əxlaqsız yollara çəkməklə onların üzərindən pul qazanan qadın alverçilərini qınaq predmetinə çevirməklə cəmiyyəti məlumatlandırmaq olub. Mən artıq videobloger kimi fəaliyyət göstərdiyim bir vaxtda Camal (adlar şərtidir – red.) adlı bir şəxs əlaqə saxlayaraq Bilgəh qəsəbəsindəki evlərin birində satışa hazırlanan 4 kiloqram psixotrop maddə metamfetamin olduğunu bildirdi. Mən dərhal hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə əlaqə saxladım, bu barədə məlumat verdim və həmin yerə getdim. Söhbət əsnasında məlum oldu ki, Camal öz arvadını dediyi evin sahibinə pul müqabilində cinsi əlaqədə olmaq üçün təşkil edib. Lakin həyat yoldaşının iş müddəti 2 saatı keçdiyi üçün mənim vasitəsimlə cəzalandırmaq istəyib. Mən Camaldan nə ilə məşğul olduğunu soruşdum. O, açıq-aydın şəkildə qadın ticarəti ilə məşğul olduğunu bildirdi. Camaldan polisdən qorxub-qorxmadığını soruşdum. Camal öz himayədarının adını çəkərək aylıq həmin şəxsə “patent” ödədiyini bildirdi. Bir gün sonra Camalın barəsində məlumat topladım və bununla bağlı hazırladığım materialı paylaşdım. Daha sonra Camalın arvadı əlaqə saxladı və paylaşdığım materialı sosial şəbəkələrdən silməyimi istədi”.
“Pulu “şirinlik” kimi göndərdiyini dedi”
Cəmilin ifadəsinə görə, “Panda” ləqəbli Pərinin haqqında ona material verilib: “Mən bu material üzərində işləyərkən belə bir paylaşım edəcəyimi “İnstagram”da storidə paylaşdım. Hazırladığım materialı yaymaq istədim. Rasim adlı şəxs zəng edərək Pərinin şəhid və qazi ailələrinə yardım etdiyini və bir neçə ailəni himayəsinə götürdüyünü bildirdi. Mən Pəri ilə əlaqə saxladım, bu barədə məlumatı ondan dəqiqləşdirdim. Bir neçə gündən sonra Rasim mənimlə görüşmək istədiyini dedi. Görüş zamanı Rasim cibindən pul çıxardı, avtomobilimdəki su qabı yerinə qoydu və pulu Pərinin “şirinlik” kimi mənə göndərdiyini dedi. Mən Rasimə Pəridən pul istəmədiyimi və Pəriyə zəng edib pulu nə üçün göndərdiyini soruşmasını istədim. Rasim isə bu pulun “şirinlik” olduğunu bildirdi. Mən isə Rasimə dedim ki, pul sənindir, götür. Rasim 1.000 manat puldan 500 manat pulu özünə götürdü, sağollaşaraq getdi. Mən Rasimin pulun hamısını götürmədiyini gedəndən bir az sonra bildim”.
“Pişik hədiyyə etdim”
Cəmil bildirib ki, bu görüşdən bir neçə gün sonra tanışı Vüsalla Nərimanov rayonu ərazisində yerləşən restoranların birində yemək yeyib: “Həmin vaxt Rasim zəng edərək görüşmək istədiyini dedi. Bizim olduğumuz ünvanı öyrəndi, sonra isə yanıma gəldi. Yeməkdən sonra qərarlaşdırdıq ki, Rasim 3 əxlaqsız qadın dəvət edəcək, mənə isə hoteldə istirahət üçün 3 nömrə otaq götürəcək. Mən Rasimin əxlaqsız qadınları kimin vasitəsilə çağırdığını bilməmişəm. Hoteldə olan zaman həmin əxlaqsız qadınların Pərinin göndərdiyini bilmişəm. Çağırılanlara görə Rasimin kimə nə qədər pul ödədiyini bilməmişəm. Sonradan Pəri ilə münasibətim yarandı. Pəridən qadın alverçisi, satılan qadınlar barəsində məlumat almışam, sonradan isə həmin məlumatı dəqiqləşdirmişəm. Pəri ilə bir dəfə əyani görüşdüm. Ona “Britaniya” cinsindən olan pişik hədiyyə etdim. Bunu pul müqabilində deyil, sadəcə hədiyyə olaraq etmişəm”.
“Əxlaqsız qadınların pulunu ödəmişəm”
Cəmil ifadəsində göstərib ki, 2023-cü ilin mart ayında Türkiyədə olan zaman onun “İnstagram” səhifəsi bağlanıb: “Ona görə də Pəridən 400 manat borc pul istəmişəm. Pəri də istədiyim pulu bank hesabıma köçürüb. Əgər məqsədim şikayətçinin iddiasını sadəcə rədd etmək olsaydı, mən aldığım 400 manatı da inkar edərdim, yaxud Türkiyədən qayıtdıqdan sonra nağd olaraq ona verdiyimi deyərdim. Pərinin mənə göndərdiyi əxlaqsız qadınların pulunu ödəmişəm. Pərinin mənə jesti o olub ki, özünə çatan pulu məndən istəməyib. Mənim zərərçəkmiş şəxslə heç bir əlaqəm və münasibətim olmayıb”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəmil 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində ittiham olunan Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə cinayət tərkibi olmadığını deyib və barəsində bəraətverici əsasla hökm çıxarılmasını xahiş edib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin olunmayıb. Bu qərardan Ali Məhkəməyə kasasiya şikayəti verilib. Hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, kasasiya şikayəti təmin olunmayıb./Teleqraf
Xəbərin oxunma sayı : 223
Hadisə
Xəbərlər
-
“Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik” - İlham Əliyev
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bloqerin qadınlarla sərgüzəştləri: onları videoya çəkdi, sonra isə... – ŞOK TƏFƏRRÜAT
-
Kahramanmaraşda “Azərbaycan“ məhəlləsinin açılış mərasimi keçirilir - CANLI YAYIM
-
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
-
Ata qızını vəhşicəsinə döyərək ölümünü izləyib - TƏFƏRRÜAT
-
Gözləri görməsə də, qətl törətmişdi - 15 il cəza verildi
-
İlham Əliyev Türkiyəyə işgüzar səfərə getdi - FOTOLAR
-
Tramp İrana hücum planını təsdiqləyib - Əmri gözlədir
-
Mirvarid Dilbazi ad gününü niyə gizlədirdi? - Qızı hər şeyi açıqladı
-
Azərbaycanda kriptovalyuta dələduzluğu: Arvadının 55 min manatını ələ keçirdi
-
“İran-İsrail münaqişəsinin coğrafi genişlənməsi təhlükəsi var“ - Kreml
-
Naxçıvanda seçkiləri Prezident təyin edəcək - Konstitusiya dəyişir
-
Diaspora Komitəsinin vəzifəli şəxsi ticarət obyekti inşa etdirib? - FOTO
-
Azərbaycanın 6 universiteti dünyanın TOP 1000 ən yaxşısı siyahısında - SİYAHI
-
İş adamı Hafiz Məmmədov kirayədə qalır - Bütün əmlakını satıb
-
“Netanyahunu dayandırın“ - Madurodan çağırış
-
Laçında su anbarı istifadəyə verildi - Fotolar
-
Rəsmi Bakı İsrail rəhbərliyinə yenidən müraciət etdi - “Ərdəbilin vurulması narahatlıq yaradıb“
-
Xanım iş adamının 100 min dolları blogger tərəfindən ələ keçirilib - Cəmi 2 ay evli olublar
-
Bakıda binanın damında tikilən hovuz söküldü - Fotolar
-
Yeni komisiya yaradıldı - Əli Əsədov sədr, onlar üzv oldu (SİYAHI)
-
“Azərbaycan məhəlləsi“ndə 49 056 iş və yaşayış yeri inşa olunub“ - Ərdoğan
-
Çimərliklərdə yoxlama aparılıb - Nöqsanlar aşkarlanıb
-
“Əmək pensiyaları haqqında” qnaun dəyişir - Kimlərə güzəşt olunacaq?
-
Prezident BP şirkətinin baş icraçı direktorunu qəbul etdi - FOTO
-
Tramp ABŞ-nin İrana mümkün hücumunun uğurlu olacağına şübhə edir - “Axios“
-
Paytaxtda tikinti şirkətinin apardığı işlər yolu yararsız hala saldı - ŞİKAYƏT VİDEO
-
Roliklə nəqliyyat vasitələrinin arası ilə şütüyən gəncləri hansı cəza gözləyir? - VİDEO
-
Azərbaycanda yük maşınının sürücüsünə fantastik məbləğdə cərimə yazıldı - VİDEO
-
Putin və Tramp arasında şəxsi görüşün təşkili hazırda müzakirə olunmur - Peskov
-
Goranboyda əkin sahələri suvarıla bilinmir - VİDEO
-
ABŞ yaxın günlərdə İrana zərbə endirməyə hazırlaşır - “Bloomberg”
-
Bakıda 90 il əvvəl istimarı başa çatan bina hələ də sökülmür - VİDEO
-
İlham Əliyev sabah Türkiyəyə gedəcək - Aktual regional proseslər müzakirə ediləcək
-
Bakıda dələduzluq epidemiyası - Polis 1 gündə 10 dələduzu yaxaladı
-
Nazirlikdə büdcəni belə talayıblar ... - 17 ildə nə qədər mənimsənilib?
-
Sevgilisi azadlığa çıxanda şikayət etmişdi - İndi “barışmışıq” deyir
-
“Solovyovun çıxışına görə üzr gözləyirik” - MEDİA
-
DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K“ Firması kimindir?
-
Anar Məmmədovun Londondakı KFC restoranları 2 ildən sonra gəlir əldə edib - Hesabat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycana ikinci əl paltarlar hansı ölkələrdən və neçəyə gətirilib? - Tam siyahı
-
“İranla heç bir danışıq aparılmır“ - İsrail XİN rəhbəri
-
Azərbaycanda kazinolar yalnız bu ərazilərdə təşkil olunacaq - Səbəb açıqlandı
-
Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər - Məleykə Abbaszadə
-
Ağdamda tikintidə işlədilən fəhlənin maaşı niyə verilmir? - VİDEO
-
Hörmüz boğazı bağlanarsa, ən tez kim “boğular”? - Analiz
-
Naxçıvanda yeni qurum yaradıldı - Rəis təyin olundu
-
Ağciyər Xəstəlikləri İnstitutunda faciə: Xəstə üçüncü mərtəbədən yıxıldı
-
Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini kim himayə edir? - FOTOLAR
-
Prezidentdən simpozium iştirakçılarına - Müraciət
-
Yaxın Şərqdə gərginlik və neft bazarı: Risklər və proqnozlar
-
Beyləqanda tibb işçilərinin peşə bayramı qeyd edildi - Fotolar
-
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı -10 min manat cərimə olundu
-
Azərbaycanda ən çox əməkhaqqını bu peşə sahibləri alır - CƏDVƏL
-
“İsrail-İran qarşıdurması bir neçə həftədən artıq davam etməyəcək“ - Fitch
-
Kamran Əliyev Ləmbəranskini işdən çıxardı - FOTO
-
ABŞ və müttəfiqləri Fars körfəzində hərbi mövqelərini gücləndirir - İranla qarşıdurma dərinləşir
-
İcra başçısına sui-qəsd hazırlayan şəxsə - Ağır cəza verildi
-
Azərbaycanda kazinolara icazə veriləcək - Bu şərtlə
-
Seyid Əli Xameneyi elan etdi:“Döyüş başlayır”
-
Kəngərliyə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
İran “MOSSAD“-ın binasını vurdu - VİDEO
-
Azyaşlı qız qətlə yetirilibmiş - Ana 23 il sonra tutulub
-
Tramp İranı Xamenei ilə hədələdi - “Qeyd-şərtsiz təslim”
-
“Ağdamlı Dəmir” yol polisinə tabe olmadı: Üstünə maşın sürdü - VİDEO
-
Zərərçəkənlər danışdı, Vardanyan dinlədi - Fotolar
-
İnam Kərimov Gürcüstan nümayəndə heyəti ilə görüşdü - Fotolar
-
Sərxoş halda qardaşı arvadına qarşı əxlaqsızlıq etdi - Həbs olundu
-
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Beyləqanda yol infrastrukturunun yenilənməsi davam edir - Fotolar
-
Sirli “ZN Trade“ yenə qalib seçildi - Şirkəti agentliklə nə bağlayır?
-
“Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb - VİDEO
-
“Mərcan“ klinikasında ölüm faktı - Nigar Məmmədovnın adı plastik cərrahların siyahısında yoxdur
-
Nazirlər Kabinetindən dəyişiklik - 4 gün ardıcıl iş günü olmayacaq
-
Bakıda unikal dələduzluq... - Məhkəmədə barışıq oldu
-
İçərişəhərdə hotelə çevrilən tarixi bina satılır - QİYMƏT
-
Kamran Əliyevdən əmr - 2 rayona prokuror təyin edildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək“ - Müdafiə naziri
-
“Çinin G7-yə qoşulmasının əleyhinə deyiləm” - Tramp
-
İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığına hücum - VİDEO
-
Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? - FOTOFAKT
-
Krıma görə sanksiyaların müddəti uzadıldı - Aİ Şurası yeni qərar verdi
-
“Bu gün Tehrana yeni zərbələr endiriləcək“ - İsrail müdafiə naziri
-
“Dedi ki, xanım generala hədiyyə almaq lazımdır” - Dələduzluq işinin ŞOK detalları
-
Azərbaycanda benzin istehsalı azalır, idxal artır… - Bahalaşma ola bilərmi?
-
Kartlardan 5 min manatdan çox pul oğurlandı - DİN
-
Bakıda avtoxuliqanlıq edən şəxsdən xəbər var - Şahin Məsimov saxlanıldı
-
“ABŞ hələ də İranla razılığa gəlmək niyyətindədir“ - Tramp
-
İlham Əliyev fərman imzaladı - Nazirlər Kabinetinə 6 ay vaxt verdi
-
Təl-Əvivdə dağıntıların miqyası... - VİDEO + FOTOLAR
-
“Qumar kralı“nın işi ilə bağlı tutulan şəxs azadlığa çıxdı - Məhkəmədən qərar
-
“İran nüvə silahına çox yaxındır“ - Tramp
-
Bu ünvanlarda 4 gün su olmayacaq - SİYAHI
-
“Kimin problemi var, nömrəmi tapsın” - VİDEO
-
Daha bir SEPAH generalı öldürüldü - İsrail tərəfindən İsrail
-
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul etdi - FOTO
-
“Kiyevə hücum G7-yə və ABŞ-yə açıq hörmətsizlikdir“ - Sibiqa
-
Fidan Məmmədova 11 nəfərin pulunu necə mənimsədi? - Polisdən əməliyyat
-
Bu sahədə işləyənlərin maaşı 2 dəfə azalıb - Minimum əməkhaqqından aşağı düşüb
-
Avtomobil bazarı iflic duruma düşdü - Köhnə maşınlar əldə qala bilər
-
Sergey Şoyqu Pxenyana səfər edib - Üçüncü dəfə
-
İsraildə yaşayan Çin vətəndaşlarına xəbərdarlıq - “Ölkəni tərk edin!“
-
Bakıda modelin yeməyindən qurd çıxdı: “Kafe çəkilişə icazə vermir” + VİDEO
-
Tramp G7 sammitini yarımçıq tərk edib - Təhlükəsizlik Şurasını toplayacaq
-
10 gün ərzində 4 nəfər çimərlikdən xəstəxanaya yollanıb - SƏBƏB
-
Bakıda bağ evlərinin kirayə qiymətləri niyə artır? - Açıqlama
-
İranın İsrailə hücumunun 9-cu dalğası - Təl-Əvivin mərkəzində güclü partlayışlar
-
ABŞ cari maliyyə siyasəti altında defolt riski ilə üzləşir - Mask
-
Şuşa Bəyannaməsi - Zəfər tariximizin zirvəsi
-
Osimhen üçün “qızıl müqavilə“ - Ərəblərdən fantastik təklif
-
Yasamaldakı köşk buna görə götürülübmüş- 13 minlik dələduzluq edilib
-
Gəncə Regional Mərkəzinə yeni rəis təyin olundu - Nazir əmr imzalayıb
-
“Mərcan“ klinikasından şikayət: Pasient Nigar Məmmədovanın səhvindən ölüb?
-
Qumar qurbanı olan qadınların sayı çoxalır - 200- 300 min uduzan xanım danışdı
-
İranın dəhşətli silahı - “Dəmir Qübbə”ni bu raket dəlib keçdi + FOTO
-
Evlərimizi niyə sığortalaya bilmirik? - Açıqlama
-
Türkiyə və Ermənistan XİN rəsmiləri görüşüblər - Ankarada
TOP 10
ARXİV