“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Gözləri görməsə də, qətl törətmişdi - 15 il cəza verildi

Tarix 19.06.25, 16:02

Font ölçüsü : - / +
bitmap-img6


Lökbatanda tanışını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan iki gözdən əlil Qulu Abbasovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub.

Vüqar Seyidovun sədrlik etdiyi məhkəmə tərkibi belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb.

Hökmə əsasən, 43 yaşlı Qulu Abbasov 15 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkəcək. 

Qətlə yetirilən şəxsin hüquqi varisinin şikayətçi olmaması yüngülləşdirici hal hesab edilib. 

Qeyd edək ki, 43 yaşlı müttəhim tanışı Xanlar Əmirova şəxsi münaqişə zəminində ardıcıl bir neçə bıçaq zərbəsi vurub. 41 yaşlı zərərçəkmiş hadisə nəticəsində ölüb. Məhkəmədə məlum olub ki, Qulu zərərçəkmişi qısqanclıq zəminində qətlə yetirib. O, mərhuma 10-dan çox bıçaq zərbəsi vurub. Tərəflər arasında əvvəllər də bu və digər səbəblərdən mübahisələr baş verib, bundan əvvəl də qardaşı və yeniyetmə oğlu zərərçəkmişi döyüblər.




Xəbərin oxunma sayı : 208




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap