“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycanda kriptovalyuta dələduzluğu: Arvadının 55 min manatını ələ keçirdi

Tarix 19.06.25, 15:05

Font ölçüsü : - / +
bitmap-img6


Elektron ticarət adı ilə 4 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Kənan Balahəsənlinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. 

Qaynarinfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə mühakimə olunan Kənan Balahəsənov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

İş materiallarına görə, Kənan Balahəsənov EKOİN adlı elektron kriptovalyuta ticarəti ilə məşğul olub qazanc əldə edəcəyinə dair yalan vəd verərək,  aldatmaqla E.İsgəndərovanın 55 000 manatını ələ keçirib. O, bu xanımla əvvəlcə sevgili, daha sonra isə evli olub. 

Kənan Balahəsənov məhkəmədə bildirib ki, E.İsgəndorvadan aldığı pulları Mustafa adlı türk vətəndaşına verib. O, isə Dubaya gedib. Təqsirləndirilən şəxsin sözlərinə görə, bu məsələyə görə onunla E.İgəndərova arasında nikah pozulub. 

E.İsgəndərova isə ifadəsində deyib ki, Kənan Balahəsənov özünü ona Prezident Adminitsrasiyasının "proqramist"i kimi  təqdim edib. 
Ətraflı
Ad - 00:06

Kənan Balahəsənov digər zərərçəkənlərlə kriptovalyuta işi gördüyünü deyib. Onun sözlərindən belə anlaşılıb ki, zərərçəkənlərdən alınan bütün pullar Mustafa adlı türk vətəndaşına verilib. 

İş materiallarında Kənan Balahəsənovun Cavid adlı vətəndaşa da işə düzəltmək adı ilə dələduzluq etdiyi qeyd olunub. 

Təqsirləndirilən şəxs bununla bağlı ifadəsində deyib ki, Cavid qardaşını işə düzəltdirmək istəyib. O, zərərçəkəni bu işdə ona yardım edə biləcək şəxslə tanış edib. 

Cavid adlı zərərçəkənə 11 000 manat ziyan dəyib.  



Xəbərin oxunma sayı : 205




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap