“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ağdamda tikintidə işlədilən fəhlənin maaşı niyə verilmir? - VİDEO

Tarix 18.06.25, 13:00

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi Ağdamda baş verən ağır faciənin qarşısı alınıb.

XALQ məlumat verir ki,  sosial şəbəkələrdə yayılan məlumata görə Ağdamın işğaldan azad olunmuş ərazilərində  tikinti işləri aparılan  tikintidə fəhlə işləyən şəxs  int*ara cəhd edib.

Müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb oluub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.

Araşdırmalarımız nəticəsində məlum olmuşdur ki, Ağdamda  “FRIEND” MMC-nin inşa işlərində çalışan fəhlə bir neçə  vaxtdır ki, maaşını ala bilmdiyi üçün intihara cəhd edib.

Məlumatlara görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətininin tikinti sifarişlərini icra edən “FRIEND” MMC-nin rəhbərliyi fəhlələrin  bir neçə müddətdir maaşını ödəmədiyi üçün bu hadisə baş verib.

Məsələ ilə bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətininin əməkdaşı bildirib ki, hadisə maaşa görə deyil şəxsi zəmində olub və təkidlə xəbərin əsassız  olmasını qeyd edib. Lakin görüntülərdəndə aydın olur ki,  Ağdamda tikintidə işləyən fəhlə israrla bildiri ki, dövlət sifarişini icra edən “FRIEND” MMC-nin  rəhbərləri  Elçin, Elnur və  Natiq  Əliyev  qardaşlarından maaaşını ala bilmir bu səbədən intihar edir.

media-177

Qeyd edək ki, sosial platformada olan digər məlumatdabildirilir ki, yük avtomobilinin sürücüsü  Həsənov Rauf Yaqub oğlu “FRIEND” MMC-dən ödənişlərini ala bilmədiyi üçün şikayət etmişdi və şikayətdən sonra Ağcəbədi rayon sakinin ödənişi 5000 min manatı verilmişdir.

Məsələ ilə bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə sorğu verilsədə heç bir cavab verilməyib.

media-eminn

Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndə Emin Hüseynovdur.

Məsələdə adı keçən şəxslərin  mövqeyini dərc etməyə hazırıq.

Həmin görüntüləri təqdim edirik:

Video Player
00:00
01:57

 

 

 




 



Xəbərin oxunma sayı : 283




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap