“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azyaşlı qız qətlə yetirilibmiş - Ana 23 il sonra tutulub

Tarix 17.06.25, 21:52

Font ölçüsü : - / +
bitmap-img6


23 il əvvəl baş verən dəhşətli cinayət hadisəsinin üstü açılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində olub.

Suraxanı Rayon Prokurorluğu tərəfindən aparılan istintaqla iki nəfər-Alidə Dadaşova və İsmayıl Quliyev cinayət məsuliyyətinə cəlb edilib.

İstintaq materiallarında yazılıb ki, Alidə Dadaşova 23 il əvvəl yaşadıqları evdə azyaşlı qızını xüsusi amansızlıqla qətlə yetirib. Həmin vaxt onun əri həbsdə imiş. 

Davam edən istintaqla məlum olub ki, Alidənin tanışı İsmayıl Quliyev öldürülən azyaşlıya cinsi zorakılıq edibmiş. Bu da ananın cinayət törətməsinə əsaslardan biridir.

Alidə və İsmayıl düz 23 il bu cinayəti gizlədə bilib. Hazırda iş hüquqi qiymət verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu gün hakim Fəxri Məmmədovun sədrliyi ilə ilk iclas keçirilib. Cinayət işi baxışa təyin edilib. Hadisənin təfərrüatı ilk baxış iclasında daha aydın olacaq. 

Təqsirləndirilən şəxslərə köməksiz vəziyyətdə olan şəxsi xüsusi amansızlıqla öldürmə, zorlama və başqa ağır maddələrlə ittiham verilib. Bu maddələrin sanksiya həddi ömürlük məhkumluğa qədərdir.



Xəbərin oxunma sayı : 175




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap