“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Laçında su anbarı istifadəyə verildi - Fotolar

Tarix 19.06.25, 13:26

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Laçında Zabuxçay su anbarı istifadəyə verilib. Bununla Zəngilan və Qubadlıda 12 min hektardan çox əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.

AzFakt.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlaması zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev deyib.

“İşğaldan azad olunan ərazilərin bərpası çərçivəsində “Həkəri çayının sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Zabuxçay su anbarının və magistral boru kəmərinin layihələndirilməsi və tikintisi” layihəsi həyata keçirilib. Layihə çərçivəsində Qubadlı və Zəngilan rayonlarının ərazisində yerləşən yeni yaradılmış aqroparklar və digər istifadəçilərə məxsus ümumilikdə 12 min 100 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə ümumi tutumu 27 milyon kubmetr olan Zabuxçay su anbarı və ondan qidalanan 51,6 kilometr uzunluğunda təzyiqli magistral boru xətti inşa olunub. Zabuxçay su anbarının texniki göstəricilərinə əsasən, bəndin hündürlüyü 61 metr, uzunluğu 502 metr, üstdən eni isə 10 metr təşkil edir. Tikinti zamanı Güləbird Su Elektrik Stansiyasına (SES) aid 1,2 kilometrlik derivasiya boru xətti, su anbarının bəndi, qəza sutullayıcısı, xidməti bina və ətraf infrastruktur obyektləri də tam şəkildə qurulub. Magistral boru xəttinin ümumi uzunluğu 51 min 600 metrdir. Bu xətt Zabuxçay su anbarından çıxaraq Həkəri çayının sağ və sol sahillərində yerləşən Qubadlı və Zəngilan rayonlarının əkin sahələrinə su çatdırır. Boru xəttinin su ötürmə qabiliyyəti başlanğıcda saniyədə 6,2 kubmetrdir. Sistem yüksəktəzyiqli çiləyici və damcılı suvarma üçün nəzərdə tutulub və tam qapalı suvarma boru sistemi əsasında qurulub”, - deyə İ.Quliyev qeyd edib.

İlham Quliyev bildirib ki, layihənin praktiki nəticələri artıq müşahidə olunur: “Bu il Zəngilan və Qubadlı rayonlarının ərazisində yerləşən aqroparkların ümumilikdə 2900 hektar əkin sahəsi Zabuxçay su anbarından suvarma suyu ilə təmin edilib. Bu layihə regionun aqrar inkişafında mühüm rol oynamaqla yanaşı, kənd təsərrüfatında məhsuldarlığın artırılması və əhalinin rifah səviyyəsinin yüksəldilməsi baxımından da əhəmiyyətli töhfə verir”. (Azərtac)







Xəbərin oxunma sayı : 268




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap