Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

“Stimul Hospital“ 32 yaşlı qadının ölümünü əvvəl təkzib, sonra təsdiq etdi - DETALLAR

Tarix 10.07.24, 16:42

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda yerləşən özəl xəstəxana 32 yaşlı qadının ölüm faktını təsdiqləyib.

"Stimul Hospital"dan Oxu.Az-a bildirilib ki, 1992-ci il təvəllüdlü Aytən Fəxrəddin qızı Cabbarlı klinikaya ağır vəziyyətdə daxil olub:

"Xəstə klinikaya daxil olarkən dəri örtüyü avazımış vəziyyətdə, arterial təzyiqi 60/20 mm civə sütunu, saturasiyası 30, nəbzi 150/160 olub. Xəstənin ağzı və burnundan qan gəlib.

Verilən məlumatlara görə, onun evdə dörd gün qızdırması olub. Bu səbəbdən iyul ayının 8-dən 9-na keçən gecə 3 Saylı Şəhər Klinik Xəstəxanasına müraciət ediblər. Mədəsi yuyulub, evə buraxılıb. Buna baxmayaraq, qusması davam edib.

09.07.2024-cü il saat 8 rədələrində bizim klinikaya ağır vəziyyətdə müraciət ediblər. Xəstəyə mümkün olan bütün reanimasiya tədbirlər göstərilib və dərhal "103" Çağrı Mərkəzinə müraciət edilib. Üç fərqli təcili tibbi yardım briqadası klinikaya gəlmiş xəstənin vəziyyətini qiymətləndirib və onun növbəti xəstəxanalara transferindən imtina edib".

"Hətta xəstə yaxınları öz istəkləri ilə klinikamıza həkim-reanimatoloq dəvət edib. O, xəstənin ağır vəziyyətdə olduğunu və bütün reanimasiya tədbirlərinin düzgün aparıldığını qeyd edib. Yaxınları tərəfindən Mərkəzi Klinikadan təcili tibbi yardım briqadası çağırılıb və xəstənin vəziyyətinin ağır olması səbəbindən transferindən imtina edilib".

Xəstəxanadan qeyd olunub ki, bu hadisə ilə bağlı dərhal Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə və Sabunçu Rayon prokurorluğuna məlumat veriblər:

"Onlar klinikamıza gəlib, bütün bu hadisələrdə bizimlə birlikdə iştirak ediblər. Tərəfimizdən aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb".

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.



Xəbərin oxunma sayı : 754




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap