![]() |
|














Dünya ölkələri sürətlə silahlanır - Təhlil
Tarix 29.04.23, 18:49 |
|

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına əsasən, dünyada hərbi xərclər 2022-ci ildə 3,7 faiz artaraq 2,24 trilyon dollara çatıb. Ekspertlər bu artımın qlobal nizamı ciddi təhdid etdiyi qənaətindədir.
AzFakt.com xəbər verir ki, “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Ukrayna müharibəsindən sonra bütün dövlətlər hərbi xərclərini artırmaq yolunu tutublar. 2023-cü il üçün NATO ölkələrinin hamısında hərbi xərclər ÜDM-nin 2 faizindən çox olacaq.
Beləliklə, bəşəriyyət mürəkkəb bir mərhələdədir və təəssüflər olsun ki, dünyada hərbi risklər və təhlükələr azalmır. Əksinə, yeni müharibələr təhlükəsi güclənir. Tayvanı silahlandıranlar onu Çinlə müharibəyə təhrik edir, Kosovoda növbəti gərginlik yaratmağa çalışırlar. Götürək elə Ermənistanı - 44 günlük müharibədə biabırçı məğlubiyyətdən dərs çıxarmayan İrəvan hərbi büdcəsini 40 faizə qədər artıraraq 1,3 milyard dollara çatdırıb. Bu da ÜDM-nin 5 faizi deməkdir.
Ukrayna dünyanın üçüncü silah idxalçısıdır
Hər il dünyada hərbi xərclərlə bağlı hesabat hazırlayan Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına əsasən, dünyada hərbi xərclər 2022-ci ildə 3,7 faiz artaraq 2,24 trilyon dollara çatıb. Ötən il Ukrayna dünyanın üçüncü ən böyük (Qətər və Hindistandan sonra) silah idxalçısına çevrilib. Son beş ildə qlobal silah idxalının 2 faizi Ukraynanın payına düşüb. Silaha ən çox pul xərcləyən ölkələr ABŞ, Çin və Rusiyadır. Ukraynadakı vəziyyət və Şərqi Asiyadakı gərginlik 2022-ci ilə kimi səkkizinci il ardıcıl olaraq davam edən artımın əsas hərəkətverici qüvvəsidir. Avropada hərbi xərclərin artımı 13 faiz təşkil edib.
SIPRI-nin Hərbi Xərclər və Silah İstehsalı Proqramının baş tədqiqatçısı Dieqo Lopes Silva hesab edir ki, Ukrayna müharibəsi Mərkəzi və Qərbi Avropada hərbi xərclərə dair qərarlara dərhal təsir edib. Bura bir neçə hökumətin xərcləri artırmaq üçün çoxillik planları daxildir. Birləşmiş Ştatlar silah ixracında lider olaraq qalır, beşillik dönəmdə payı 33 faizdən 40 faizə yüksəlib.
Mərkəzi və Qərbi Avropada hərbi xərclər pik həddə
Hesabat müəllifləri qeyd ediblər ki, Mərkəzi və Qərbi Avropada hərbi xərclər yenidən “soyuq müharibə” illəri səviyyəsinə qayıdıb. Mərkəzi Avropada keçən il silah xərcləri 345 milyard dollar təşkil edib və real ifadədə ilk dəfə olaraq 1989-cu ildəki rəqəmi üstələyib, 2013-cü illə müqayisədə 30 faiz yüksək olub. Hərbi xərclərdə ən kəskin artım Finlandiya, Litva, İsveç və Polşada qeydə alınıb. ABŞ-ın hərbi xərcləri 2022-ci ildə 877 milyard dollar təşkil edib ki, bu da qlobal həcmin 39 faizinə bərabərdir və reytinqdə ikinci yeri tutan Çinin hərbi xərclərinin həcmindən üç dəfə çoxdur. Hesabat müəllifləri qeyd ediblər ki, 1981-ci ildən bəri ən yüksək həddə çatan inflyasiya yaşanmasaydı, ABŞ-da hərbi xərclər daha da böyük olardı. 2022-ci ildə ABŞ-ın Ukraynaya hərbi yardımı 19,9 milyard dollar təşkil edib. Bu, “soyuq müharibə” bitdikdən sonra bir alıcıya ayrılan ən böyük məbləğ olsa da, ABŞ-ın ümumi hərbi xərclərinin yalnız 2,3 faizini təşkil edir. Ötən il ABŞ hərbi əməliyyatlar və dəstək üçün 295 milyard dollar, silah alışı, tədqiqat və inkişaf üçün 264 milyard dollar və şəxsi heyət üçün 167 milyard dollar xərcləyib.
Türkiyəyə gəldikdə, qardaş ölkənin 2022-ci ildə hərbi xərcləri üçüncü il dalbadal azalaraq 10,6 milyard dollara düşüb. Keçən il Türkiyənin hərbi xərcləri 2021-ci illə müqayisədə 26 faiz azalıb. Qardaş ölkə əvəzində daxili istehsala üstünlük verməyə başlayıb. Türkiyə hazırda ordusunun əsas tankı olan “Altay” üçün öz mühərriklərini yaratmaq üzərində işləyir. Bundan başqa, ölkə TF-X qırıcılarının hazırlanması üzrə layihəyə başlayıb.
Pisləşən təhlükəsizlik mühitinə cavab
"Son illər qlobal hərbi xərclərdə davamlı artım dünyamızın getdikcə daha təhlükəli hal almasının əlamətidir”, – SIPRI-nin Hərbi Xərclər və Silah İstehsalı Proqramının aparıcı tədqiqatçısı Nan Tian deyib. “Ölkələr pisləşən təhlükəsizlik mühitinə cavab olaraq hərbi güclərini artırırlar, yaxın gələcəkdə yaxşılaşma gözləmirlər”, – deyə o bildirib.
Rusiyaya baha başa gələn müharibə
Rusiyada hərbi xərclər 2022-ci ildə 9,2 faiz artaraq təxminən 86,4 milyard dollar təşkil edib ki, bu da ÜDM-nin 4,1 faizinə bərabərdir. Bir il əvvəl bu rəqəm ÜDM-nin 3,7 faizi idi. Hesabatın müəllifləri Rusiya üzrə 2022-ci il üçün məlumatların yüksək dərəcədə qeyri-dəqiq olduğunu güman edirlər. 2022-ci ildə Ukraynanın hərbi xərcləri 44 milyard dollara çatıb ki, bu da bir il ərzində 640 faiz artım deməkdir. Nəticədə, müharibənin Ukrayna iqtisadiyyatına vurduğu zərər nəzərə alınmaqla, büdcəyə düşən hərbi yük 2021-ci ildəki 3,2-dən 2022-ci ildə 34 faizə yüksəlib. 2022-ci ildə NATO-ya üzv ölkələrin ümumi xərcləri 1,232 trilyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 0,9 faiz çoxdur. SIPRI-nin Hərbi Xərclər və Silah İstehsalı Proqramının direktoru Dr Lucie Beraud-Sudreau hesab edir ki, Rusiyanın büdcə planları ilə 2022-ci ildəki faktiki hərbi xərcləri arasındakı fərq onu göstərir ki, Ukraynanın işğalı Rusiyaya gözlənildiyindən baha başa gəlib. Son beşillikdə Rusiyanın qlobal silah ixracında payı azalıb. Qərbin Moskvaya sanksiyaları, eləcə də Ukraynada davam edən müharibə səbəbindən Kremlin özünün silah ehtiyacının artması xaricə satışı məhdudlaşdırıb.
Fransa sürətlə silahlananlar arasındadır
Əsas silah ixracatçısı Fransanın da bazardakı payı 7.1 faizdən 11 faizə yüksəlib. Rusiyanın silah ixracı azaldıqca Fransa bazarda daha böyük paya sahiblənir. Bunu, məsələn, Hindistanda görürük. Son beş ildə əvvəlki dönəmlə müqayisədə ABŞ-nin silah ixracı 14 faiz çoxaldığı halda, Rusiyanınkı 31 faiz azalıb, Fransadan ixrac isə 44 faiz artıb. Fransa əsasən Asiya, Okeaniya, Yaxın Şərq ölkələrinə silah göndərir. Hindistan son beş ildə Fransanın silahlarının 30 faizini əldə edib.
Xəbərin oxunma sayı : 949
Analiz
Xəbərlər
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
“Lavrov İsa Məsihin vaxtından xarici işlər naziridir...“ - NATO BAŞ KATİBİ
-
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
-
“Bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib” - İlham Əliyev
-
“Nə təcili yardım, nə də xəstəxana harayımıza çatır“ - ŞİKAYƏT/VİDEO
-
Araz Ağalarov da hədəfə alındı - Barəsində icraat başladıldı
-
Öldürdüyü müdirinin axtarışlarında iştirak edibmiş - Füzulidəki cinayətin ŞOK TƏFƏRRÜATI
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - FOTOLAR
-
Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilmişdir - FOTO
-
Nəsimi rayonunda obyektlər piyada səkisini zəbt edib - VİDEO
-
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində olublar - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması DƏYİŞDİRİLİR
-
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
-
Makronun arvadının kişi olması iddiasına Trampdan REAKSİYA: “Mən Bricitə yaxından baxmışam“
-
Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir - İlham Əliyev
-
Vəzifəli şəxs cəzalandırıldı - 1400 manata sürücülük vəsiqəsi alacaqmış...
-
Bakıda Özbəkistan səfirliyinin yeni binası açıldı - FOTOLAR
-
Azər Qasımlı barəsində cinayət işi məhkəmə baxışına verilib - Vəkilin vəsatəti təmin edilməyib
-
Şəxsiyyəti müəyyənləşdirilən daha üç itkin şəhid dəfn olunacaq - ADLAR + FOTO
-
Binəqədi rayonunda qanunsuz tikintiləri Hacıbaba Babayev himayə edir? - VİDEO
-
“Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb” - Video
-
Ağ Şəhərdə “Özbəkistan” parkının təməli qoyuldu - Fotolar
-
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşdü - FOTO
-
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakıdan moskvaya etiraz
-
İyulun ilk ongünlüyündə ölkə ərazisində hava mülayim keçəcək - PROQNOZ
-
Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edildi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Binəqədidə partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
-
Peterburqda azərbaycanlı iş adamının evinə basqın - VİDEO
-
Ötən il tikinti şirkətlərinə 288 mln. manat ödənilib - “Kirayə mənzillərə“ görə
-
Beyləqanda Azərbaycan Polisi Günü qeyd olundu - Fotolar
-
140 manatlıq müavinət: Kimlər faydalana biləcək?
-
“Mor-mor” suları bu antisanitar vəziyyətdə hazırlanır? - VİDEO
-
Prezidentlər iclasda iştirak etdilər - FOTOLAR
-
ABŞ bir müddət Ukraynaya sursat tədarük etməyəcək - “The New York Times”
-
Dr.Ella necə estetik əməliyyatlar icra edir? - Araşdırma
-
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
Nazir Qubada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Külək, yağış, 33° isti... - Sabahın havası
-
DİN-in Polis Akademiyasında “Məzun Günü” keçirilib - VİDEO
-
İnformasiya agentliklərinə dair tələblər sərtləşdirilir - Nələr olacaq?
-
Rusiya mediasında Azərbaycana qarşı kampaniya başladılıb - RƏSMİ
-
Ersin Tatar Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Konstitusiya Məhkəməsinin 3 hakimi yola salınır - ONLAR KİMDİR?
-
Azərbaycanlıların ölümündə əli olduğu deyilən rus polislər - FOTO
-
Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO
-
Şahin Şıxlinskini saxlayanlar ondan nə soruşublar? - Özü danışdı
-
PKK yaxın günlərdə silahları təhvil verəcək - Hakim partiya sözçüsü açıqladı
-
Abşeron rayon Qobu qəsəbəsində qanunsuz tikintiyə icazə verib? - VİDEO
-
“Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub“ - Baş Prokurorluq
-
Media Reyestrində olmayan media subyektləri - Onları cərimələr gözləyir
-
Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO
-
“Azərbaycan və Rusiya üçün dostluq münasibətləri olduqca vacibdir“ - Zaxarova
-
Hakan Çalhanoğlu “od püskürdü“: “İnter“in prezidenti və kapitanı cavabını aldı
-
Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir? - VİDEO
-
Avronun manata qarşı bahalaşması davam edir - Rəsmi məzənnələr açıqlandı
-
“Mənə təxribatçı suallar verdilər” - Rusiyada hücuma məruz qalan azərbaycanlı qadın
-
İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb - Tramp
-
Şahin Şıxlinski sərbəst buraxılıb - VİDEO
-
Azərbaycan Polisi 107 yaşında - FOTO
-
Elçin Şıxlı həbs olunan qohumundan danışdı - “Biabırçılıqdır”
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
TOP 10
ARXİV