“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Əsəd Rusiya və İranı şantaj edir ki...” – Politoloqdan açıqlama

Tarix 03.12.24, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


“Əsəd rejimini ayaqda saxlayan İran və Rusiyanın dəstəyidir, bu məlum faktdır. Belə çıxır ki, bu dəstək əbədiyyətə qədər davam etməlidir ki, rejim öz davamlığını qoruya bilsin”.

AzFakt.com xəbər verir ki, politoloq Elxan Şahinoğlu Suriyada baş verən hadisələri şərh edərkən bildirib.

“Ancaq Rusiya və İranın fərqli problemləri var, biri Ukraynada savaşır, digəri İsraillə qarşıdurma içərisindədir”, - təhlilçi əlavə edib.

Ekspert hesab edir ki, “Məni darda qoymayın” deyən Əsəd Tehrana və Moskvaya əlavə yükdür:

“Əsəd rejimi Tehrana ona görə lazımdır ki:

-birincisi, Suriya ərazisindən “Hizbullah”la əlaqə qırılmasın;

-ikincisi, hakimiyyət fərqli qüvvələrin nəzarətinə keçməsin.

Əsəd rejimi Moskvaya ona görə lazımdır ki:

-Rusiya Yaxın Şərqdə yeganə hərbi bazasını itirməsin;

-hakimiyyət müxalif qüvvələrin əlinə keçməsin, əks halda Moskva ilə strateji tərəfdaşlığa son qoyulacaq”.

“Əsəd iki tərəfdaşını məhz bu amillərlə şantaj edir ki, dəstəyi zəiflətsəz, mövqelərinizi itirəcəksiniz”- deyə, E.Şahinoğlu vurğulayıb.



Xəbərin oxunma sayı : 1162




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap