“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Dr.Ella necə estetik əməliyyatlar icra edir? - Araşdırma

Tarix 02.07.25, 14:39

Font ölçüsü : - / +
bitmap-img6


Estetik həkim  Dr.”Ella Hezenzade” qanunsuz fəaliyyəti aşkarlanıb.

AzFakt.com xalq.online-yə istinadən xəbər verir ki, özünü sosial şəbəkələrdə estetik həkim kimi təqdim edən “dr.ella.hezenzade “estetikcerrahiyyə”  barədə ilginc faktlar qeydə alınıb.

Ölkədə tibbi təhsili olmayan bir çox şəxslər öz çirkin əməllərini davam etdirməkdədir.

Hüquq-mühafizə orqanları ayrı-ayrı şəxsləri məsuliyyətə cəlb etsə də, saxta həkimlərin sayı azalmır. Özəl klinikalarda müxtəlif estetik prosedurlar həyata keçirən, tibbi təhsili olmayan şəxslər fəaliyyətini gizli şəkildə davam etdriməkdədir.

Açıklama yok.

Bakıda sosial hesablarda özünü “dr.Ella” həkim kimi təqdim edən Ellla Həsənzadə da bu kimi qanunsuz fəaliyyət göstərən həkimlərdəndir.

Açıklama yok.

Sosial hesablarında, bütün estetik prosedurlar, çənə xəttin bərpası, lopasaksiy, Abdomanal plastika, Süni gelin bərpası, brefraplastika ,sinə kiçiltmə, bədən şəkilləndirmə ,otoplastika vi digər bütün estetik prosedurlar endirim adı    həyata keçirməsi ilə bağlı və sosial hesabında bu kimi prosedurların görüntülərlə paylaşılması bir daha onu göstərir ki, Səhiyyə Nazirliyinin heç bir icazəsi, qərarı və tələbi gərəkmir?

Açıklama yok.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən verilən məlumat görə, Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur. Tibbi kosmetogiyaya, сərrаhi müdaxiləlar istisna olmaqla (plastik сərrаhiууəуə aid оlmayan) konservativ va korreksion üsullar daxildir. Bu üsüllаrа inyeksion рrоsеdurlаr, müxtəlif növ араrаt kosmetologiyası (о сümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq рrоsеdurları və müalicəvi masaj üsulları, plazmoliftinq və digər рrоsеdurlar aid оlunur. Bu tibb müəssisələrdə praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovneneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır.

Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir deyə mərkəzdən bildirilib.

Eyni zamanda bildirilib ki, lisenziyasız kosmetoloji və estetik fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji və tibbi preparatların istifadə olunması ilə bağlı məlumat verilib.


Video Player
Araşdırmalarımız nəticəsində “estetik həkim” Dr. Ella Həsənzadə Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsil olması barədə məlumat yoxdur həmçinin sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni, o, heç bir ali tibbi təhsili, tibbi sertifikata və lisenziyaya malik olmadan fəaliyyət göstərir.



İddialara görə, özünü  “ Dr. Ella ” adı ilə həkim kimi təqdim edən Ella Həsənzadə  tibbi prosedurları həyata keçirərək qanunvericiliyimizi heçə sayır.

Açıklama yok.

Məsələ ilə bağlı “ Dr. Ella ”  kimi təqdim edən Ella Həsənzadədən   açıqlama almaq istəsək də  telefon zənglərinə cavab verilmədi. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Qanununa əsasən tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: “Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər”.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Açıklama yok.
Açıklama yok.




Xəbərin oxunma sayı : 373




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap