“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Beyləqanda Azərbaycan Polisi Günü qeyd olundu - Fotolar

Tarix 02.07.25, 15:58

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə Beyləqan rayonunda tədbir keçirilib.

AzFakt.com xəbər verir ki, əvvəlcə Beyləqan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, YAP Beyləqan rayon təşkilatının rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini yad ediblər.

Tədbir Beyləqan Rayon Polis Şöbəsində davam edib. Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ceyhun Qurbanov çıxış edərək Azərbaycan Polisinin keçdiyi şərəfli yol və şəxsi heyətin fədakarlığından danışıb.

RİH başçısı Əziz Əzizov çıxışında müstəqillik dövründə Azərbaycan Polisinin qazandığı nailiyyətlərdən və Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun laiqli davamçısı Prezident İlham Əliyevin hüquq-mühafizə orqanlarının inkişafındakı rolundan bəhs edib. O, polis əməkdaşlarının xidməti fəaliyyətini yüksək qiymətləndirərək, onları peşə bayramı münasibətilə təbrik edib və bir qrup əməkdaşı Fəxri Fərmanla təltif edib. 

Tədbirdə iştirak edən digər hüquq-mühafizə orqanlarının rəhbərləri də çıxış edərək polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib və hüquq-mühafizə orqanlarının strateji əhəmiyyəti, Azərbaycan Polisinin peşəkar fəaliyyətindən söz açıblar.







Xəbərin oxunma sayı : 328




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap