“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Nə təcili yardım, nə də xəstəxana harayımıza çatır“ - ŞİKAYƏT/VİDEO

Tarix 02.07.25, 22:49

Font ölçüsü : - / +
bitmap-img6


"Biz evdə xəstələnəndə nə təcili yardım harayımıza çatır, nə də qəsəbədəki xəstəxanada həkim tapa bilirik".

Bu şikayətlə “Xəzər Xəbər”in qaynar xəttinə “Binə sovxozu” adlanan ərazidə yaşayan Aynurə Ağayevə müraciət edib. Xezerxeber.az-ın məlumatına görə,

o bildirib ki, ötən gün axşam bacısı qızının halı pisləşib. Bu zaman təcili yarıma zəng vurub və telefona cavab verən olmayıb.

Onun sözlərinə görə, halı pisləşən qohumu üçün qəsəbədəki xəstəxanada da həkim tapılmayıb.

Məsələ ilə bağlı sözügedən tibb müəssisəsinə üz tutsaq da sualımızı cavablandıra bilməyəcəklərini dedilər.

TƏBİB- isə təcili yardımla bağlı sorğumuza cavab olaraq bildirildi ki, təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binə qəsəbəsi ərazisindən ay ərzində 3000-dən çox çağırış daxil olur. Onlardan 2000-ə yaxını əsaslı çağırış olaraq, digər çağırışlar isə əsassız olaraq qeydə alınır. Zəng zamanı mobil telefonda "qoşulmadı" qeydinin düşməsi adətən zəngin ümumiyyətlə sistemə daxil olmaması, yəni Çağrı Mərkəzinə çatmadan kəsilməsi ilə əlaqədardır. Bu hal, əsasən, xətlərdə yaranan yüklənmə ilə bağlıdır.

Tibb müəssisəsindəki həkim məsələsinə gəlincə, qeyd olundu ki, sözügedən xəstəxana ambulator xidmət göstərir, ona görə də iş rejimi fərqlidir. Bütün hallarda məsələ araşdırılır.




Xəbərin oxunma sayı : 304




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap