![]() |
|














Yaxşı mütəxəssis çoxdur, güvənən yoxdur - Kənarda qalan yerli məşqçilər
Tarix 27.06.25, 16:39 |
|

Yeni mövsümdən Misli Premyer Liqasında mübarizə aparmaq hüququ qazanan "İmişli" rəhbərliyinin baş məşqçi postuna portuqaliyalı mütəxəssis Jorje Kaşkilyanı gətirməsi futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Şübhəsiz, stadionu, infrastrukturu elitanın tələblərinə cavab verməyən, ev oyunlarını Ağsu şəhər stadionunda keçirməyə hazırlaşan mərkəzi aran təmsilçisinin yerli mütəxəssisə güvənməli olduğunu düşünənlərin öz arqumentləri var.
Azərbaycanlı çalışdırıcının yüksək hədəflər uğrunda oynamayacağı öncədən bilinən komandaya daha çox fayda verəcəyini düşünənləri təbii ki, qınamağa dəyməz. Hərçənd qərarı klub rəhbərliyi verir və son iş yeri Çexiyanın 3-cü lliqa təmsilçisi "Znojmo" olan (9 oyundan sonra istefaya göndərilib) Kaşkilyanın "İmişli"dəki fəaliyyətinin nə dərəcədə uğurlu alınacağını yalnız zaman göstərə bilər. Bu başqa məsələ ki, hazırda ölkəmizdə işsiz məşqçilərin sayı kifayət qədər çoxdur və onlar arasında bacarıqlı çalışdırıcı olduğunu sübut etmiş mütəxəssislər də az deyil. Bu yazıda hazırda işləməyən azərbaycanlı məşqçiləri nəzərdə keçirəcəyik.
Təqaüdçüləri bir kənara qoysaq...
Ağasəlim Mircavadov, Əsgər Abdullayev, Vaqif Sadıqov və Böyükağa Ağayev kimi daha yaşlı mütəxəssislərin kənarda qalması o qədər də təəccüblü deyil. Müasir futbolla ayaqlaşa bilmək üçün davamlı mütaliə, yeniliklərlə tanış olmaq olduqca vacib şərtdir. Mircavadovların, sadıqovların, ağayevlərin artıq bu yöndə inkişaf edəcək yaşları deyil. Əlbəttə, təcrübə də yetərincə ciddi məqamdır. Lakin adları çəkilən futbol adamlarının son 10 ildə futbol klublarında ortaya iş qoyduqlarına şahidlik etməmişik. Doğrudur, yaşı daha az olanlardan Əsgər bəyin 2023/2024 mövsümündə "İmişli"də çalışdığını bilirik. Komanda onun rəhbərliyi altında 1-ci liqanı 47 xalla 4-cü pillədə başa vurmuş, hədəflərinə çatmağı bacarmamışdı.
Bacarığına şübhə olmayan Əhmədov
Azərbaycan millisinin sabiq kapitanının məşqçilik bacarığına şübhə yoxdur. Tərlah Əhmədov hələ "Neftçi"də, mərhum Böyükağa Hacıyevin köməkçisi olduğu dönəmdə fərasətini ortaya qoymuş, komandanın ölkə futbolu tariixndə ilk dəfə 2012-ci ildə Avropa Liqasının qrupuna düşməsində böyük pay sahibi olmuşdu. Tərlan bəyin sonradan ciddi maliyyə problemi yaşayan AZAL-ı hansı heyətlə ayaqda saxladığı, "Keşlə"ni (indiki "Şamaxı") avrokuboklara necə daşıdığı futbolsevərlərin yaddaşından silinməyib.

Bu çalışdırıcının problemlər məngənəsində sıxılan "Kəpəz"i elitadan düşməyə qoymadığı dönəm də unudulmayıb. Əhmədovun 2022/2023 mövsümündə "sarı-göylər"in "sükanı arxası"nda ortaya qoyduğu performans mütləq vurğulanmalıdır. O komandanı o büdcə ilə elitada saxlamaq hər mütəxəssisin işi deyildi. Belə məşqçinin indiyədək kənarda qalmasının səbəbini onun xarakteri ilə izah edənlərə gəlincə, bu da kifayət qədər mübahisəli məsələdir.
Millidən ayrılan dünya və Avropa çempionu
2020-ci ildən Azərbaycan millisinin məşqçisi qismində fəaliyyət göstərən, 2024-cü ilin martından iyununadək yığmanın müvəqqəti baş məşqçisi olan Arif Əsədovun U-21 seçməsinin "sükanı arxası"na gətiriləcəyi gözlənilsə də, AFFA üstünlüyü "Şamaxı"nın çalışdırıcısı Ayxan Abbasova vermək qərarına gəldi. Razılaşaq ki, italiyalı Canni De Byazinin yığmanın baş məşqçi postunu tərk etməsindən sonra müəyyən zaman kəsiyində onun funksiyasını yerinə yetirən Arif bəyin dönəmində seçməmiz yaxşı çıxışla yadda qaldı.

Futbolçu kimi dünya və Avropa çempionu adını qazanmış Əsədov hazırda UEFA-nın Məşqçi Kurslarında təlimatçı kimi fəaliyyətini davam etdirir. Milli bir yana, onun klubların heç birindən dəvət almaması faktdır.
Azər Bağırova şərait yaradılsa...
Azər Bağırovun 1-ci Liqadan elitaya daşıdığı "Araz-Naxçıvan"ın uzun müddətdən sonra Premyer Liqaya qayıtdığı mövsümdə qışa qədər ortaya qoyduğu futbolu və nəticələri çoxları xatırlayır. 2024-cü ilin aprelində Naxçıvan təmsilçisindən ayrılan Bağırovun yerini tutan Elmar Baxşıyev yaya qədər vəziyyəti yaxşıya doğru dəyişə bilməmişdi. Problemin Azər bəydə yox, idarəçilikdə olması qısa müddətdən sonra üzə çıxdı. O vaxt qış fasiləsində bir neçə səviyyəli transferə çox ciddi ehtiyac var idi. Təəssüf ki, "yeni qan"a ehtiyac duyulmaması vəziyyəti mənfiyə doğru dəyişdi və nəticələr pisləşdi. Bu mütəxəssisin sonradan məhdud büdcəyə malik "Kəpəz"i təhlükəli kollektivə çevirməsi, çox zəif heyətlə komandanı elitada saxlaması da bəlli həqiqətdir.

Mövsümün sonunda yeni anlaşma ilə bağlı Gəncə təmsilçisinin idarəçiləri ilə ortaq məxrəcə gələ bilməyən və postundan ayrılan 44 yaşlı çalışdırıcının normal büdcəyə malik klubda daha çox iş görəcək potensialda olduğu şübhə doğurmur.
Diniyev və başqaları
Böyük ehtimalla, elitanı tərk edən "Səbail"in sonunu əvvəldən gördüyü üçün mövsümün gedişində "dənizçilər"lə vidalaşan Şahin Diniyevi də hesabdan silmək olmaz. İllər öncə millinin baş məşqçisi olmuş Diniyev savadlı, işini bilən mütəxəssislərdəndir.

Düzdür, o da Azərbaycanın "pulunu balta kəsməyən" klublarında işləməyib və bu səbəbdən Şahin bəyin yaxşı büdcəyə malik ölkə təmsilçilərində nə ilə yadda qala biləcəyini incələmək ayrıca yazı mövzusudur. Ancaq "Kəpəz"in çempionatda "Gəncə" adı ilə mübarizə apardığı dönəmdə Şahin bəyin qərbliləri "bərk qoz"a çevirdiyi faktdır. Hə, 2023/2024 mövsümündə "Səbail" onun rəhbərliyi altında ciddi uğur qazanmadı, lakin bu o demək deyil ki, artıq Diniyevi də təqaüdçülər sırasında görməliyik.
Siyahını uzatmaq, daha çox sayda mütəxəssis adı çəkmək olar. Məsələn, AFFA Region Liqasından "Haypers"i 2-ci Liqaya daşıyan, ardından isə "Şəmkir"lə 1-ci Liqaya vəsiqə uğrunda pley-off oynamağa çox yaxın olan B kateqoriyalı Vüqar Nadirov da yaxşı perspektiv vəd edir. Ötən mövsüm "Sumqayıt"la elitada çalışmaq fürsəti qazanan digər gənc məşqçi Vaqif Cavadovun da müəyyən təcrübə toplayandan sonra yaxşı karyera qurmaq şansı var. Əsas odur ki, belələrinə güvənənlər olsun.
Mənbə: Fanat.az
Xəbərin oxunma sayı : 1249
İdman
Xəbərlər
-
Pensiya ödənişləri niyə artıb? - Deputat səbəbi açıqladı
-
“Nurgün Motors”da pozuntu aşkarlandı: Gömrük qaydalarına görə cərimələnir
-
Azərbaycanda qadın avtobus sürücüləri hazırlanır - FOTOLAR
-
Direktor hüquqşünası məhkəməyə verdi - Kollecdə qalmaqal
-
“İranla razılaşma olmayacaqsa, sanksiyalar bərpa ediləcək“ - Avropa üçlüyü
-
Azərbaycana milyonlar qazandıran xarici ölkə vətəndaşları - RƏQƏMLƏR
-
Laçında qardaşı tərəfindən öldürülən müğənni vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
-
9 milyonluq tender qazanan Yunis Şükürlü - 22 yaşı var, atası sabiq məmurdu
-
Elm və Təhsil Nazirliyinin bu institutları birləşdirilir - İşçi qrupu yaradıldı
-
Son 7 ildə dövlət sektorunda işləyənlərin sayı 58 min nəfər azalıb - Rəsmi
-
Tramp və Putin Alyaskada hərbi bazada görüşəcəklər - CNN
-
Kərbəlaya gedəcəkdilər, Tiflisə getdilər... - Zəvvarları aldatdılar
-
“Elan saytlarında vətəndaşları aldadan şəxs tutulub” - DİN
-
Şəmkirdə fabrikdən şikayət - Əraziyə yığılan peyin ciddi qoxu yaradır
-
Azərbaycan - Ermənistan Bəyannaməsi Tramp üçün çox vacibdir - Dövlət Departamenti
-
“TikTok“da məşhur aparıcıları görərək inandı, dələduzların tələsinə düşdü - VİDEO
-
Nura Surinin uzun yarıqlı geyimi - FOTOLAR
-
“Fənərbağça“ son 12 ayda nə qədər zərər edib? - MƏBLƏĞ
-
“Donbası tərk etməyəcəyik, bu, Rusiya üçün yeni hücum platsdarmıdır“ - Zelenski
-
Ürəyin işemik xəstəliklərinin çoxalmasının səbəbləri nədir? - VİDEO
-
Azərbaycan MDB-nin bu tədbirində də iştirakdan imtina etdi - Eyvazov Rusiyaya getmədi
-
Çempionlar Liqası: “Qarabağ“ 5:1 hesablı qələbə ilə pley-offda
-
Zərərçəkənlər danışdı, Vardanyan qulaq asdı - FOTOLAR
-
Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - Siyahı
-
Onlar Azərbaycanın ən yaraşıqlı və gözəl məşhurlarıdır - SİYAHI
-
Laçında müğənni müğənni bal üstündə öldürüldü - Qardaşı saxlanıldı
-
Mağazalara görə xaricə gedən Azərbaycan vətəndaşlarının sayı - SİYAHI
-
Daha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - VİDEO
-
“Netanyahu Osloya gelsə həbs ediləcək” - Norveç XİN
-
“Azərbaycan və Gürcüstanla birlikdə regional təhlükəsizliyə töhfə verməkdəyik“ - Ərdoğan
-
Məşhur istirahət mərkəzinin fəaliyyəti dayandırıldı - VİDEO
-
“Qırmızı Körpü” gömrük postunda 300 avtomobil gözləyir - AYNA
-
“Alfa tikinti təmir” MMC-nin dələduz rəhbəri azadlıqda - Bu səhifənin elanlarına diqqət edin!
-
Bakıda sənəd dələduzluğu:3 nəfərdən 56 min aldı, amma...
-
Son 10 ildə hansı daha gəlirli olub: Mənzil, yoxsa qızıl?
-
Zelenski bu ərazilərin işğalı ilə barışıb? - “The Telegraph“-dan maraqlı iddia
-
İş adamı Süleyman Babayev həbs edilib - Milyonlarla vergidən yayınma ittihamı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Avtomobil bazarında canlanma - Tələb niyə artıb?
-
Çin Çexiya Prezidenti ilə əlaqələri kəsir - Dalay Lamaya görə
-
İxtisas seçimində rus bölməsi ləğv olunub? - DİM sədrindən açıqlama
-
Dindarlar İlham Əliyevə müraciət ünvanlayıb - MƏTN
-
Mənzurə özündən 7 yaş kiçik oğlana ərə gedir - 7 evi var
-
Vüqar Qurbanovdan yeni təyinatlar - Fotolar
-
75 minə yaxın müəllimin maaşı artacaq - RƏSMİ
-
“Ermənicə bilirəm, İrəvanda səfir işləməyə hazıram” - Hafiz Hacıyev
-
Yanğına görə 2 nəfər saxlanıldı - Şabranda
-
35 dərəcə isti olacaq - Sabahın havası
-
Məktəbli formaları ucuzlaşıb? - VİDEO
-
Suriya Rusiyadan kömək istədi - Moskva hərəkətə keçdi
-
“Ətin qiyməti 20 manatı keçəcək” - “Qazaxıstan, Qırğızıstan diri heyvan ixracını dayandırıb”
-
Komitə ötən il “olmayıb” deyirdi, bu il “olub” deyir - Azərbaycanda “Aİ-95” istehsal edilib?
-
Beyləqanda Beynəlxalq Gənclər Günü qeyd olundu - Fotolar
-
Azərbaycanda ən yüksək maaş bu işlərdə verilir - SİYAHI
-
27 min manat vermişdi - Pulu da getdi, torpağı da...
-
Bu yolların təmirinə 1,5 milyon manat ayrıldı - Sərəncam
-
Azərbaycanda kreditlərlə bağlı yenilik! - Mərkəzi Bankdan qərar
-
“Əliyev və Paşinyan mənim yaxşı dostlarımdır“ - Trampdan yeni paylaşım
-
İran mediasında Zəngəzur dəhlizi göstərildiyi kimi qəribə deyil - Hökumət sözçüsü
-
Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçular açıqlandı - SİYAHI
-
Direktoru işdən çıxarılan bağça bağlanıbmış: Valideynlər narazıdır -Video
-
Milli Qvardiya döyüşçüləri Vaşinqtona göndərilir - Trampdan qərar
-
Ali məktəblərə ixtisas seçimində hansı qrup öndə gedir? - SİYAHI
-
SOCAR ərazisində qanunsuz tikinti: Binəqədi icra hakimiyyəti göz yumur - VİDEO
-
Kəlbəcərdə yük maşını dərəyə aşdı - Sürücü öldü
-
Fatmayıda məcburi köçkünlərin kanalizasiya problemi - VİDEO
-
Polisdən ikitəkərli nəqliyyat sürücülərinə - Müraciət-Video
-
İsrail HƏMAS-a qarşı kampaniyanı başa çatdırmağa yaxındır - Netanyahu
-
Əvvəlcə qətlə yetirdi, sonra doğrayaraq dərəyə atdı...- VİDEO
-
“Dəstnamaz almağa su tapmırıq” - Lökbatan sakinləri şikayətçidir (VİDEO)
-
Prezident İlham Əliyev diplomatiyasının növbəti parlaq qələbəsi
-
Vaşinqton görüşü Cənubi Qafqazın sabitliyi və rifahı üçün əsaslı zəminindir
-
Pərvin Abıyeva çimərlik geyimində obyektiv qarşısına keçdi - FOTO
-
Məleykə Abbaszadədən abituriyentlərə ÇAĞIRIŞ: “Bütün xanaları doldurmaq lazım deyil”
-
“Rusiya atəşkəsə yox, yeni hücumlara hazırlaşır“ - Zelenski
-
Səs yazısı yayılan bağçanın fəaliyyəti dayandırıldı - VİDEO
-
Azərbaycan Ermənistanla normallaşma və sülh prosesində bütün əsas tələblərinin yerinə yetirilməsini təmin etmiş oldu
-
İşgəncələrə məruz qalmış azərbaycanlılar məhkəmədə ifadə veriblər - FOTOLAR
-
Ərdoğandan ABŞ-da əldə olunan razılaşma ilə bağlı açıqlama - “Tarixi addım oldu...“
-
Rusiya-Ukrayna arasında torpaq mübadiləsi olacaq - Tramp açıqladı
-
Prezident İlham Əliyev Qətər Əmirinə zəng edib - Müzakirə
-
Abdin Fərzəliyevin yol əməliyyatı - 5 milyonluq tender və bərbad yollar
-
907-ci düzəlişin ləğv olunması tarixi hadisədir
-
“Onu yeməklə bağlı cərimə etmişik” - Qurban Qurbanov
-
Xırdalanda bu küçələri hər il təmir edirlər - Bu il də olacaq
-
“BMT-nin ciddi islahatlara ehtiyacı var“ - Ərdoğan
-
“İndi sülh üçün real şansın olduğu zamandır“ - Zelenski
-
Dövlətə 10 milyon borcu olan Ramiz Rzayev kimdir? - 64 milyondan 12 manata düşən nizamnamə kapitalı
-
Türkiyəli qəssab cinayət törədib Bakıya qaçdı: Bir il sonra sərhəddə saxlanıldı
-
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanın bu ərazisində dəniz 2 km geri çəkilib - FOTOLAR
-
Özbəkistan universitetlərinin tələbələri “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak edib - FOTO
-
“Bağırov” körpüsündə 10 günlük qadağa - Sürücülərin diqqətinə!
-
Paşinyan Ərdoğanla telefonla danışdı - Müzakirə
-
Kürün sahilində narkotik becərən saxlanıldı - Xüsusi tunel hazırlayıbmış...
-
Rusiyadan Azərbayacan mallarına qadağa tələbi - Kimə daha çox ziyan vuracaq?
-
Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yaydı - XİN mətni yaydı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Sabiq icra başçısının şirkətində yoxlama: 600 min sanksiya tətbiq edildi
-
Aysel keçmiş ərini həbs etdirmək istəyir - Məhkəməyə verib
-
Xocavənd, Ağdərə və Zəngilanda yanğın – Helikopterlər cəlb olundu
-
Şagirdlər imtahan suallarını əvvəlcədən ələ keçirib? - Araşdırma aparılır
-
Bu məhsullar bahalaşdı - SİYAHI
-
“Netanyahunun metodları təhlükəli şəkildə Putinə bənzəyir“ - Krosetto
-
Məktəbli formaları belə olacaq - FOTO
-
Rəfiqəsini evinə qonaq çağırıb onun mənzilinə oğurluğa getdi - Bakıda film kimi hadisə
-
Qusarda bacı-qardaş baltalandı - Biri öldü
-
Xocalıda girov götürülmüş qadın: Bıçağı uşaqlarımın boğazına söykəməklə mənə iztirab verirdilər
-
Elşad Abdullayev haqda ilkin istintaq bitdi - Məhkəmə başlayır
-
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndiriləcək - Sərəncam
-
Daha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - Video
-
Aysel Əlizadə ilk dəfə danışdı: “Geri qayıtmaq həyəcanlıdır“
-
Prezidentdən Rauf Vəliyevlə bağlı - Sərəncam
-
34 yaşlı kişini öldürüb - Meyitini aparıb Ağsuya atdılar
-
Azərbaycan Zəngəzur dəhlizindən nə qədər qazanacaq? - VİDEO
-
“Sakarya” Estetik Mərkəzi 20 min cərimələndi - Lisenziyası yox imiş
-
Polis Qaradağda əməliyyat keçirdi - VİDEO
-
8 ölkə başçısından Trampa çağırış - “Ukraynanın səsi olmadan sülh yolu tapıla bilməz”
-
Mingəçevir su anbarında suyun səviyyəsi bir metr azaldı - VİDEO
-
Azərbaycandan Ukraynaya 2 milyon dollarlıq yardım - Prezident imzaladı
TOP 10
ARXİV