Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Qorxmaz Hüseynov “Azərsu”nu evdən idarə edir - İDDİA

Tarix 13.03.23, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda boş qalan vəzifələrdən biri də “Azərsu” ASC-nin sədri postudur. Qorxmaz Hüseynovun qəfildən istefaya göndərilməsindən sonra bu qurum başsız qalıb. 

Yenisabah.az xatırladır ki, 14 il “Azərsu” ASC-yə rəhbərlik edən Q.Hüseynov ölkə başçısı İlham Əliyevin 4 may 2021-ci il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib. 

Sözügedən qurumda baş verən qanunsuzluqlar, daxili intriqaların güclənməsi, ən əsası isə sosial narazılığın artması Qorxmaz Hüseynovun “vurulması”nı qaçılmaz edib. Bu həmin vaxt idi ki, mətbuatda “Azərsu” ASC-nin fəaliyyəti ilə bağlı silsilə yazılar dərc olunub, neqativ hallara işıq tutulub. Xüsusilə xidmət sahəsindəki yarıtmaz fəaliyyət Q.Hüseynov və komandasının bacarıqsızlığına dair qənaət formalaşdırıb. Qeyd edək ki, həmin dövrdə “Azərsu” ASC-yə yönələn ittihamlardan biri də külli miqdarda dövlət əmlakını mənimsənməsi ilə bağlı olub. 

Oğuz-Qəbələ su kəməri çəkilərkən büdcə vəsaitlərinin havaya sovrulması ilə bağlı ciddi ittihamlar olub. Mətbuatın yazdığına görə, kəmərin çəkilişi sırasında qazılan ən azı 100-ə yaxın quyudan su çıxmayıb. Analoji faktların sayının artması “Azərsu” rəhbərliyinin cəzalandırılmasını zəruri edib. 

Qurumdakı neqativ hallar bütövlükdə bir komandanın yarıtmaz fəaliyyətinin nəticəsi olsa da, çanaq bir nəfərin - ASC-nin sədri Qorxmaz Hüseynovun başında çatlayıb. 

Maraqlıdır ki, Qorxmaz Hüseynovun vəzifəsini itirməsindən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də onun yerinə təyinat olmayıb. “Azərsu” ASC-nin məsul əməkdaşlarından biri bizimlə söhbət zamanı bunu qurumda aparılan yoxlamalarla əlaqələndirib. Onun sözlərinə görə, ötən 22 ay ərzində həm Maliyyə Nazirliyi, həm də Hesablama Palatası “Azərsu”nun fəaliyyətini hərtərəfli təftiş edib. Yoxlamalar zamanı bir sıra qanun pozuntuları aşkarlansa da, Q.Hüseynov onları yerindəcə “bağlamağa” müvəffəq olub.

Mənbə deyib ki, Qorxmaz Hüseynovun fəaliyyəti bununla məhdudlaşmır. O, 2021-ci ilin mayında vəzifədən getməsinə rəğmən, “Azərsu”nu yenə əvvəlki qaydada idarə edir. Amma indi mərkəzi aparatdan deyil, evdən işləyir. 

Müsahibimizin dediyinə görə, hazırda “Azərsu”da qeyri-rəsmi idarəçilik Qorxmaz Hüseynov tərəfindən həyata keçirilir. Bütün təyinatlar onunla razılaşdırılır, daxili sərəncamlar onun xeyir-duası ilə imzalanır. Buna səbəb 14 il ərzində yaratdığı komandanın olduğu kimi yerində qalmasıdır. Yəni Q.Hüseynov vəzifədən çıxsa da, kadrları yenə iş başındadır. Onlar yenə keçmiş sədrə hesabat verir, onun göstərişlərinə uyğun işləyirlər. 

Daha bir maraqlı fakt isə odur ki, Q.Hüseynovdan çəkindiyi üçün keçmiş müavinlərindən, o cümlədən, ASC-nin digər məsul şəxslərindən heç kim cəsarət edib “Azərsu” sədri olmaq istəmir. Hamı müxtəlif yollarla bu müzakirələrdən yayınır. Hətta Q.Hüseynovun yenidən öz postuna qayıdacağına inanalar da var. 

Qeyd edək ki, “Azərsu” daxilində hökm sürən bu qeyri-müəyyənlik qurumun fəaliyyətinə mənfi təsir göstərməkdədir. Əhali arasında “Azərsu”nun fəaliyyəti ilə bağlı narazılığın artması ilk növbədə bu amillə bağlıdır. Görünən odur ki, yeni sədr təyinatına kimi qurum daxilindəki xaos davam edəcək.



Xəbərin oxunma sayı : 1249




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap