Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Şəkidə Universitet yaradılacaq - Rəsmi müraciət edilib

Tarix 20.10.25, 15:36

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müstəqil universitet olması yolunda işlər görürük.

AzFakt.com xəbər verir ki, bunu Modern.az-a müsahibəsində 114 saylı Şəki şəhər seçki dairəsinin deputatı Vüqar İskəndərov bildirib.

O bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müstəqil universitet olması üçün hər cür imkan var.

"Məsələni qaldırdıqdan sonra Nazirlər Kabineti, Baş nazir bu məsələyə diqqət etdi. Onlara da xüsusi təşəkkürümü bildirirəm. Nazirlər Kabinetinin bülleteninə də bu məsələ daxil edilib. Danışdıq və bildirdilər ki, Şəki fillialının ayrıca universitet olması məsələsi gündəmdədir. Hələlik konkret tarix bilinməsə də, bu məsələni mən də gündəmdə saxlayıram, ictimailəşdirməyə çalışacağam".

Deputat qeyd edib ki, bina, texniki baza, professor-müəllim heyəti baxımından da filial Şəki Dövlət Universiteti kimi fəaliyyət göstərməyə hazırdır.

"Pedaqoji Universitetinin filialları arasında da ən yüksək balla qəbul olunan filial Şəkidir. 2026-cı ildə bu məsələni yenidən gündəmə gətirəcəyəm və danışıqlara başlayacağam”, – deyə Vüqar İskəndərov vurğulayıb.



Xəbərin oxunma sayı : 289




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap