“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Musa Qurbanlı yenidən legioner həyatı yaşayacaq? - Açıqlama

Tarix 09.03.26, 13:53

Font ölçüsü : - / +
bitmap-img6


"Maraqlı və bolqollu qarşılaşma oldu. Belə oyunlara ehtiyacımız var idi ki, bir-birimizi daha yaxşı hiss edək. Əsas olan qələbə idi".

AzFakt.com Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ”ın hücumçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının XXIII turunda "Araz-Naxçıvan”ı 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

"Performansım hələ ki, məni tam qane etmir. Üzərimdə işləməli çox məqam var. Amma nə qədər çox oynasam və komandaya fayda versəm, bu, məni bir o qədər sevindirər. Hələ ki, çalışıram öz işimi görüm, üzərimdə işləyim və komandaya daha çox fayda verim. Xarici klublara gedişimlə bağlı hələ ki, heç bir danışıq və ya konkret fikir olmayıb. Gələcəkdə nə olacağını zaman göstərəcək.

Əlbəttə ki, məqsədim "Qarabağ”ın əsas heyət üzvlərindən biri olmaqdır. Hər bir futbolçunun məqsədi ilk "11-lik”də meydana çıxmaqdır. Mənim də futbolçu kimi məqsəd və prinsiplərim budur ki, yaxşı formaya düşüm, komandaya daha çox fayda verim və əsas oyunçulardan biri olum. Düşünürəm ki, daha çox əziyyət çəkərək məqsədimə doğru irəliləyə bilərəm”, deyə Musa Qurbanlı əlavə edib.

Qeyd edək ki, Musa Qurbanlı 2023-2024-cü illərdə İsveçin "Yurqorden" klubunda çıxış edib.



Xəbərin oxunma sayı : 187




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap