Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Maskdan növbəti qalmaqallı layihə - Günəş işıqlarını idarə etməyi hədəfləyir

Tarix 05.11.25, 14:07

Font ölçüsü : - / +
bitmap-img6


Texnologiya dünyasının ən qalmaqallı fiqurlarından biri olan İlon Mask növbəti dəfə diqqət mərkəzinə düşüb. "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri bu dəfə günəş işığını idarə etməyi nəzərdə tutan yeni layihə üzərində çalışdığını açıqlayıb. 

Milyarder "X" hesabından etdiyi paylaşımda dünya ətrafında yerləşdiriləcək süni intellektlə idarə olunan peyklər vasitəsilə günəş enerjisinin axınını tənzimləməklə iqlim dəyişikliyinin qarşısını almağı planlaşdırdığını bildirib.

O, bu texnologiyanın gələcəkdə planetin istilik balansını qorumaq və iqlim fəlakətlərinin qarşısını almaq üçün istifadə oluna biləcəyini vurğulayıb. Hazırda 9 min Starlink peykini idarə edən iş adamı, bu sistemin gələcəkdə iqlim tarazlaşdırıcı şəbəkəyə çevrilə biləcəyini deyib. 

Ancaq sözügedən layihə elmi dairələrdə mübahisələrə səbəb olub və bəziləri tərəfindən “Matrix” filmindəki qlobal nəzarət ssenarisi ilə müqayisə edilib. Mask izləyicilərindən birinin bu cür güclü sistemin planetin təbii tarazlığını poza biləcəyi sualına sadəcə “Bəli” cavabını verib. O, daha sonra əlavə edib ki, qlobal istiləşməni və ya qlobal soyumanı önləmək üçün kiçik dəyişikliklər kifayət edə bilər və Yer tarix boyu bir neçə dəfə “buz topuna” çevrilib.

Elm adamları isə layihəyə ehtiyatla yanaşırlar. Onların fikrincə, günəş işığını qismən bloklamaq nəzəri olaraq mümkündür, lakin bu proses iqlim sistemində gözlənilməz nəticələrə gətirib çıxara bilər. Əvvəlki elmi təcrübələrdə buludlara əks etdirici aerosollar əlavə etmək və ya atmosferə sülfat qazları buraxmaqla Günəş şüalarının bir hissəsinin geri yansıtılması təklif olunub. Maskın ideyası isə bu prosesi süni intellektlə idarə edilən peyk şəbəkəsi vasitəsilə həyata keçirməyi nəzərdə tutur.

“Business Insider” nəşrinin məlumatına görə, Tesla şirkətinin Kaliforniyanın Palo Alto şəhərində yerləşən gizli laboratoriyasında bu sistem üzərində ilkin sınaqlar artıq aparılır.



Xəbərin oxunma sayı : 190




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap