| |
|
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
Pirallahıda DOST işçiləri MİS-ə transfer olunur - Maraqlı təfərrüat…
Türkiyə -““Böyük İsrail” savaşı - Azərbaycan nə etməlidir?
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri
Qaradağ rayonunda qanunsuz daş karxanaları - Başçının müavini himayə edir?
Bir qrup adam ölkəyə gizli yolla mal gətirir - Şəbəkənin başında kimlər dayanır?
Vardanyanın məhkəməsində zərərçəkmişlərin ifadələri dinlənildi - FOTOLAR
Tarix 04.11.25, 23:29 |
|
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 4-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Sonra təqsirləndirilən Ruben Vardanyanın hüquqlarını müdafiə edən yeni vəkili Emil Babışov məhkəməyə vəsatət təqdim edib.
Qeyd edib ki, ötən iclaslarda Ruben Vardanyan və həmin vaxt onun hüquqlarını müdafiə edən vəkili məhkəməyə bir sıra vəsatətlər təqdim ediblər. Məhkəmədə həmin vəsatətlərlə bağlı qəbul olunmuş qərarların çıxarışları tam şəkildə müdafiə tərəfinə təqdim edilməyib. Müdafiəçi sözügedən qərarların çıxarışlarının tam şəkildə müdafiə tərəfinə təqdim olunmasını məhkəmədən xahiş edib.
Qeyd edək ki, ötən iclasda Ruben Vardanyana dövlət hesabına yeni vəkil təyin olunub. Həmin vaxtadək isə onun hüquqlarını özünün seçdiyi vəkil müdafiə edirdi. İki iclas əvvəl Ruben Vardanyan özünün seçdiyi vəkilindən imtina edib.

Hakim Zeynal Ağayev deyib ki, müdafiə tərəfinə indiyədək həmin çıxarışlar təqdim olunub və bundan sonra da onlar bu hüquqlarından istifadə edə biləcəklər.
Sonra Ruben Vardanyan növbəti vəsatətini təqdim edərək məhkəmə iclasına Azərbaycan Dövlət Sərhəd Xidmətinin nümayəndəsinin dəvət olunmasını xahiş edib. Deyib ki, bu, ona qarşı irəli sürülən ittiham üzrə maddələrdən biri - Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə ilə bağlıdır.
Ruben Vardanyanın müdafiəçisi Emil Babışov da təqsirləndirilən şəxsin mövqeyini və vəsatətini müdafiə etdiyini bildirərək təmin olunmasını xahiş edib.
Vəsatətə münasibət bildirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev müdafiə tərəfinin vəsatətində kimin hansı səbəbdən dindirilməsini, həmin şəxsin şahid qismində hansı ifadəni verə biləcəyinin və bunun ifadənin təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama nə kimi aidiyyətinin olmasını aydın göstərmədiyini, həmçinin Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının hazırkı iş üzrə qanunsuz sərhəd keçməyə dair ifadələrinə zərurət olmadığını deyib.
Bildirib ki, əgər təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət sərhədini ittihamın əksinə olaraq qanuni şəkildə keçdiyini iddia edirsə və bunu sübut etmək istəyirsə, buna dair qanunlarda nəzərdə tutulmuş qaydalar var. Təqsirləndirilən şəxs Azərbaycanın ərazisinə qanuni şəkildə daxil olubsa, onun ümumvətəndaş pasportunda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin möhürü olmalıdır. Pasportunda həmin möhürü göstərməklə sübut edə bilər.
Vüsal Əliyev vəsatətin təmin olunmamasını məhkəmədən xahiş edib.
Məhkəmə tərəfləri dinləyərək qərar qəbul edib. Qərara əsasən vəsatət baxılmamış saxlanılıb.
Hakim Zeynal Ağayev, həmçinin deyib ki, həmin şəxsin barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumatlar təqdim edilərsə, bu məsələ müzakirəyə çıxarıla bilər.
Daha sonra hakim Z.Ağayev bildirib ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış bir qrup şəxs məhkəməyə müraciət ünvanlayaraq üzrlü səbəbdən prosesdə iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini bildirən ərizələr göndəriblər.
Tərəflər həmin ifadələrin məhkəmədə elan olunmasına etiraz etmədiklərini bildiriblər.
Ardınca Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət zamanı zərər çəkənlər ifadə veriblər.
Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Saqif Mikayılov bildirib ki, Xocalı rayonunun Əsgəran qəsəbəsi istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində xəsarət alıb.
Zərərçəkmiş şəxs Aydın Qəribov ifadəsində qeyd edib ki, Şuşa rayonunun Xəlfəli kəndində düşmən tərəfindən açılmış atəşlər nəticəsində o, Ceyhun Şahnamazlı və Tərlan Cabbarov yaralanıblar.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Kənan Əbilov Xankəndi rayonunun adsız yüksəkliyində düşmənin odlu silahlardan açdığı atəşlər nəticəsində sol qolundan güllə yarası aldığını deyib.
Zərərçəkmiş şəxs Yusif Veysov ifadəsində bildirib ki, Xocalı rayonunun Çanaqçı kəndi ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin minaatandan atdıqları mərmilərdən birinin yaxınlığına düşərək partlaması nəticəsində diz qapağından qəlpə yarası xəsarəti alıb.
Zərərçəkmiş şəxs Rahib Məmmədov dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıraraq, Zəngilan rayonu ərazisində düşmən tərəfindən atılan əl qumbarasının partlaması nəticəsində Fərid Mehbalının, Təbriz Rəhimovun həlak olduğunu, özünün, İbrahim Mayıllı, Seymur Həsənli və adlarını hazırda xatırlamadığı daha bir neçə nəfərin yaralandığını deyib.
Toğrul Nəcəfli ifadəsində vurğulayıb ki, Zəngilan rayonu ərazisində düşmənin təxribatı nəticəsində o və daha bir neçə nəfər yaralanıb. Fərid Rüstəmov, Fərid Mehbalı, Təbriz Rəhimov isə həlak olublar.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Faiq Cəfərov qeyd edib ki, Laçın rayonu ərazisində düşmən tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində özü və bir neçə nəfər yaralanıb, daha bir neçə şəxs isə həlak olub.
Zərərçəkmiş şəxs Emin Məmmədov Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında bildirib ki, Laçın rayonu ərazisində düşmən tərəfindən atılan əl qumbarasının partlaması nəticəsində Əli Əliyev həlak olub, eyni zamanda o, Tural Ağcabəyov, Qabil Məmmədov və adlarını xatırlamadığı daha bir neçə nəfər müxtəlif bədən xəsarətləri alıblar.
Ramazan Məhəmmədov ifadəsində qeyd edib ki, Xocavənd rayonu ərazisində düşmən tərəfindən atılan top mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində o və daha bir neçə nəfər yaralanıb.
İfadə verən zərərçəkmiş şəxslər Seyran Eminov, Vüqar Məmmədov, Tural Bağırov, Nərməddin Quliyev, Əli Rüstəmov, Əhməd İbrahimov, Tural İmamquliyev, Saleh İsmayılov, Asif Məmmədov, Ariz Haşımov, Vidadi Xaniyev, Nazir Güləliyev Kəlbəcər rayonu ərazisində düşmənin təxribatı nəticəsində xəsarət aldıqlarını diqqətə çatdırıblar.
Qulu Quliyev, Böyükağa Həsənov, Səxavət Quliyev ifadələrində Laçın rayonu ərazisində, Seymur Həsənli, Asif Məmmədov, Uğur Şükürlü isə Zəngilan rayonu ərazisində düşmən təxribatları nəticəsində yaralandıqlarını bildiriblər.
Daha sonra ifadə verən İbad İsmayılov, İlkin Rəhimov və Elmir Beydullayev Xocavənd rayonu, Ayxan Abdullayev Şuşa şəhərində İsa bulağı, Gündüz Qurbanov Şuşa rayonunun Xəlfəli kəndi, Rəfael Səlimov Ağdam rayonu, Hicran Sultanov isə Ağdərə rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatları zamanı yaralandıqlarını vurğulayıblar.
Məhkəmədə, həmçinin cinayət işi materiallarında olan və ibtidai istintaq zamanı toplanmış sənədlər elan olunub, sübutlar tədqiq edilib.
Məhkəmənin növbəti iclası noyabrın 18-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

























Xəbərin oxunma sayı : 169
Hadisə
Xəbərlər
-
Mənzurə Musayeva Tatlısəsi ölü bilirmiş - VİDEO
-
“NATO gəmisi “Burevestnik“ sınaqları keçirilən ərazidə olub“ - Putin
-
"Qarabağ”-“Çelsi” matçına qanunsuz bilet satanlar saxlanıldı - VİDEO
-
Vardanyanın məhkəməsində zərərçəkmişlərin ifadələri dinlənildi - FOTOLAR
-
Moskvada 1 660, Çeçenistanda 444 dollar... - Rusiyada maaşlar
-
Yasamal icra hakimiyyətinin baş mühasibi milyonluq obyekti necə tikdirib? - SƏNƏD
-
Xəzərdə suiti cəsədlərinin aşkarlanmasına səbəb nədir? - VİDEO
-
Bu nazirliklərin və dövlət qurumlarının layihələrinə pul ayrılmadı - SİYAHI
-
“Yanlış fikirlər cavabsız qalmamalıdır” - Nazir deputata irad tutdu
-
Putin Ukraynada strateji məğlubiyyətə uğrayıb - NATO
-
Bakıda daha bir məktəbdə qalmaqal: direktorla müəllimə üz-üzə gəlib
-
Azərbaycan ərazisindən keçməklə Ermənistana qatarla buğda göndərilib - VİDEO
-
Ən çox icarəni bu rayon hotelləri ödəyib - SİYAHI
-
Rüşvət qarşılığında əlillik veriblər - Çinayət işi açıldı
-
Məktəblərdə bayram tətili... - Agentlik açıqlama yaydı
-
“Çelsi“ ilə oyuna pis hazırlaşmamışıq, futbolçularıma güvənirəm“ - Qurban Qurbanov
-
“Aİ-nin genişlənməsi onun gələcəyinə investisiyadır“ - Kaya Kallas
-
Baş prokuror Abşeronda qəbul keçirdi - FOTOLAR
-
Zəfər Günü yürüşlərin olacağı yerlər - SİYAHI
-
Statistika Komitəsi doğru məlumat yaymır? - Azərbaycanda “Aİ-95” müəmması
-
Özbəkistan prezidenti İlham Əliyevə məktub göndərib - MƏTN
-
17 yaşlı qızı 50 yaşlı kişi ilə evlənməsi üçün qaçırılıb - Dəstə üzvləri tutuldu
-
“Matçın asan keçəcəyini düşünmürəm“ - “Çelsi“nin baş məşqçisi
-
Prezident İlham Əliyev daha bir fərman imzaladı - Detallar
-
“SOCAR-da hərc-mərclik var idi” – Mikayıl Cabbarov
-
“Məhkəmə Ekspertizası” informasiya sistemi yaradılıb - FƏRMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda əmək haqqından tutulan vergi bu qədər olacaq - Nazir açıqladı
-
Ramiz Mehdiyevin vəkilləri şikayətlərini niyə geri götürdü? - Yeni detallar
-
“Çin şirkət“ində çalışan azərbaycanlının qəribə dələduzluq əməlləri aşkarlandı - TƏFƏRRÜAT
-
“Yalnız bir rayon büdcədən dotasiya alacaq“ - Hesablama Palatası
-
Parada görə bu marşrutların istiqaməti dəyişdirilir - SİYAHI
-
DSMF “Grand Hotel”in sahibindən ofis icarəyə götürüb - 1,3 milyona
-
Vatsapda dələduzluq halları artıb - XƏBƏRDARLIQ
-
Azərbaycan elminə dövlət qayğısı ildən-ilə artır
-
Əməkhaqqı əvəzinə qonorar... - AzTV-də 26 milyon manatı nəyə xərcləyiblər?
-
Bakının bu yollarında hərəkət tam məhdudlaşdırılır - Xəbərdarlıq
-
“Gələn il yanvarın 1-dən verilən güzəştin vaxtı bitir” - Nazir
-
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanlı turistlər xaricdə ən çox nələrə pul xərcləyirlər? - Siyahı
-
Xidmət əlçatanlığında ilk sırada olan banklar hansılardır? - ARAŞDIRMA
-
Daha bir başçı Ramiz Mehdiyevin adamı imiş - Təfərrüat
-
Pensiya sistemində islahatlara ehtiyac var - Hesablama Palatası
-
Azərbaycan hər zaman dünya elminə verdiyi töhfələri ilə diqqətdə olub
-
Naxçıvana ayrılan dotasiya niyə azalıb? - Sahil Babayev açıqladı
-
Badamdar sakinlərinin narazılığı: evlər ziyan görüb, xəbərdarlıq olunmayıb (VİDEO)
-
“Yaşam Beynəlxalq Məktəbi“ndə şagirdləri əmək müqaviləsi, sağlamlıq arayışı olmayan şəxslər daşıyır? - İDDİA
-
“Ermənilərin Qarabağa qayıtması sülh prosesinə təhlükə yarada bilər“ - Paşinyan
-
Hər ay əlavə iki min manat “rütbə maaşı“ alan akademiklərin - SİYAHISI
-
“Yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək” - Prezident
-
Bu şəxslər üçün məcburi sosial sığorta haqqı ARTIRILIR
-
Milli Məclisdə büdcə müzakirəsi başladı: Nazirlər iştirak edir
-
Azərbaycan elmi ictimaiyyəti üçün böyük fəaliyyət meydançası yaradılır
-
Pərvin Abıyeva 36 000 AZN-dən niyə imtina edib? - VİDEO
-
“Bankdan kredit götürüb ev almışıq, amma yaşaya bilmirik“ - VİDEO
-
Azərbaycanda ÜDM niyə çox artmır? - Prezident səbəbini AÇIQLADI + VİDEO
-
27 milyonu ölkəyə qaytarmayan şirkət rəhbəri həbs edildi - QƏRAR
-
Dünyanın ən iri buğda istehsalçıları açıqlanıb - SİYAHI
-
Çin liderindən telefonlarla bağlı zarafat - “İzləmə proqramı ola bilər“
-
Tanınmış estetik-cərrah Rəşad Məmmədovdan kütləvi şikayət - VİDEO
-
Bu avtobuslar yenilənməsə, marşrut xətti müsabiqəyə çıxarılacaq - VİDEO
-
Azərbaycan regionda sülhün təminatçısıdır
-
Bu gün instaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Ukrayna “Flamingo” raketlərinin kütləvi istehsalına hazırlaşır - Zelenski
-
Çin müəssisələri Rusiya neftindən imtina etməyə başlayıblar - “Bloomberg“
-
Bakıdakı “Üzüm“ restoranının səsi sakinlərin rahatlığını pozur - ŞİKAYƏT/VİDEO
-
Türkiyənin ikinci “Fərqani“ peyki orbitə buraxılıb - VİDEO
-
Arayikgilin məhkəməsində prokurorların çıxışı başladı - FOTOLAR
-
Quzu əti Monqolustandan Azərbaycana neçəyə gətirilir? - Bazarda 76% baha satılır
-
Həbs olunan icra başçısı apellyasiya şikayəti verməkdən İMTİNA ETDİ
-
AFFA braziliyalı futbolçunu milliləşdirir? - Özündən açıqlama
-
Xeyli şəhər və rayonda icra başçısının müavini vəzifələri boşdur - SİYAHI
-
Daha bir vəzifəli şəxs həbs edildi - Hədə-qorxu yolu ilə rüşvət alıb
-
“Türkiyə ordusunun istifadəsinə daha 250 “Altay“ tankını verməyi planlaşdırırıq“ - Ərdoğan
-
Elton Məmmədov 3 milyonu ödəmək üçün nələrini satıb? - SİYAHI
-
“MedAura” klinikasında Yaqub Əsədinin səhv əməliyyatı: Gənc qız komaya
-
Baş nazirdən bu sahibkarlıq subyektləri ilə bağlı - QƏRAR
-
AVP-nin qalmaqallı qurultayı - Sənədlər Ədliyyə Nazirliyinə təqdim edilib
-
Monqolustandan gətirilən ətlərə etibar etmək olar? - AİB sədri cavab verdi
-
Cəbrayıl şəhər məscidi belə tikiləcək - FOTOLAR
-
“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq - Həyəcan dolu anlar bu axşam
-
“Sab” məhsullarının üzərində saxta tarix qeyd edilirmiş - FOTO
-
“Bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm...” - Prezident
-
Putinin yeni silahları - Sürətləndirilmiş enerjinin iki üzü
-
Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İlqar Mustafayev dedi ki, işləmək istəyirsənsə, tenderə qoşul“ - MƏHKƏMƏ
-
Paytaxtda direktor təyinatı narazılığa səbəb oldu: Müəllimlər dərsə girməkdən imtina ediblər
-
Adnan Əhmədzadə işində adı keçən Elnur Abdullayev kimdir? - Pərdə arxasında Azərbaycan mediasını idarə edən...
-
Vətəndaşdan Vilayət Eyvazova şikayət - Axtarışda olan şəxs Bakıda necə rahat gəzə bilir?
-
SOCAR-ın 100 milyon dollar dəyərində yeni isitqrazları... - 16-cı dəfə faiz ödənişi həyata keçirib
-
Zərərçəkmişlər “Yelo Bank”ın qanunsuz oyunlarının araşdırılmasını tələb edir - 560 min manatı ələ keçiriblər
-
Dilimizi qorumasaq, milli kimliyimiz də sarsıla bilər - İlham Əliyevin AMEA-dakı çıxışı
-
Ətrafı həbsdə, özü azadlıqda - Süleyman Mikayılovun toxunulmazlığı sual doğurur
-
Ermənistan vətəndaşlarının məhkəməsi - Prokurorlar ittiham çıxışına başladı
-
İsrail atəşkəsdən sonra 200 dinc sakini öldürüb - Ərdoğan
-
O xəritələrdə Sevan gölü adlı göl yoxdur, Göyçə gölüdür - İlham Əliyev
-
Eldar Əmirov 3 il əvvəl də həbs olunmuşdu - Mehdiyevin baldızı oğludur?
-
“Rifah Group“un sabiq baş mühasibinə hökm oxundu - 800 min manat mənimsəyib
-
Salah Lempardın nəticəsini təkrarladı: O, Runi və Şirerdən geri qalır
-
ADA ilə “Veysəloğlu”nun tərəfdaşlığı uğurla davam edir - xeyriyyə məqsədli festival keçirilib
-
Bəzi yerlərə leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
İranın hazırda nüvə imkanları yoxdur - Donald Tramp
-
Azərbaycanın qızıl ehtiyatı nə qədərdir? - Rəsmi rəqəmlər
-
Qaradağ İcra Hakimiyyətində keçirilən əməliyyatda həbs olunanların siyahısı - RƏSMİ
-
Prezident AMEA-nın yubiley tədbirində iştirak edib - FOTOLAR
-
Ramiz Mehdiyevin köməkçisi də saxlanıldı - Çevrilişə cəhd ittihamı
-
Maduronun sayılı günləri qalıb - ABŞ prezidenti
-
“Harmony” MMC-nin rəhbəri icra başçısının qohumudur? - Tender müəmması
-
“Azercell“ soyğunçuluğu davam edir - 2 manatlıq bahalaşma
-
Partlayış səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq
-
Balakənin icra başçısı bu rayonun rəhbəri ilə şərik olub - Qoyun sürüləri
-
Avropada günəş panelləri ciddi problemə çevrilib - “Bloomberg“
-
Sumqayıt sakinlərinin yol problemi - ŞİKAYƏT
-
Müavinləri tutulan icra başçısı kimdir? - DOSYE
-
DİN-dən xəbərdarlıq! - Bu sözlərə aldanmayın!
-
“Netanyahu Fələstin dövlətini tanımağa razı olacaq“ - Tramp
-
Ardıcıl 4 gün iş olmayacaq - Bu həftədən tətil başlayır
-
Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - FOTO
-
“Nüvə sınaqlarımız subkritik olacaq“ - ABŞ-nin energetika naziri
TOP 10
ARXİV





