Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Əməkhaqqı əvəzinə qonorar... - AzTV-də 26 milyon manatı nəyə xərcləyiblər?

Tarix 04.11.25, 14:55

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) fəaliyyətində dövlət vəsaitlərinin və əmlakın idarə olunması zamanı nöqsanlar müəyyən edilib.

AzFakt.com xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi”ndə qeyd olunub.

Sənəddə bildirilir ki, audit nəticəsində AzTV-də əmək müqaviləsi ilə işləyən əməkdaşlara ödənilməli olan vəsaitlərin qonorar adı ilə rəsmiləşdirildiyi aşkarlanıb. Ümumi məbləğ 26 milyon manat təşkil edir - bunun 11,3 milyonu 2023-cü ildə, 11,6 milyonu 2024-cü ildə, 3,1 milyonu isə 2025-ci ilin ilk rübündə ödənilib.

Hesablama Palatası vurğulayıb ki, bu praktika əmək münasibətlərinin mülki-hüquqi münasibətlər kimi yanlış təsnif edilməsinə, Əmək və Vergi Məcəllələrinin tələblərinə zidd halların yaranmasına gətirib çıxarıb.

Nəticədə məcburi sosial ayırmalar tam şəkildə tutulmayıb, bu da AzTV işçilərinin sosial təminat hüquqlarının məhdudlaşdırılması ilə nəticələnib.

Palata bu halları dövlət vəsaitlərinin idarə edilməsində ciddi maliyyə intizamı pozuntusu kimi qiymətləndirib və müvafiq tədbirlərin görülməsini zəruri sayıb.



Xəbərin oxunma sayı : 259




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap