Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Rusiya daha iki şəhərə doğru irəliləməyə çalışır” - Ukraynalı general

Tarix 02.11.25, 14:39

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Ukraynanın Pokrovsk və Mirnoqrad səhərlərini ələ keçirərək sonrasında Konstantinovka və Kramatorska doğru irəliləməyə çalışır.

APA xəbər verir ki, bunu “Suspiľne” telekanalının efirində Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, ordu generalı Nikolay Malomuj bildirib.

“Putin konkret vəzifə qoyub - iki həftə ərzində bu əməliyyatı həyata keçirmək üçün əlavə resurslar cəlb edib. Bu, şəhər döyüşlərində təcrübəsi olan xüsusi bölmələrdir. Bunlara desant-hücum qüvvələri, dəniz piyadaları, xüsusi təyinatlılar daxildir”, - deyə Malomuj qeyd edib.

Generalın sözlərinə görə, Ukrayna da bu istiqaməti gücləndirir, xüsusən də xüsusi təyinatlılarla.

“7-ci desant-hücum korpusu cəlb olunub. Bu, şəhərin təmizlənməsi, düşmənin müəyyən sektorlardan sıxışdırılması və şəhərə daxil olmağa çalışan ayrı-ayrı qruplarına zərbələr endirilməsi üzrə əsas bölmədir. Bununla yanaşı, Müdafiə Nazirliyinin Xüsusi Əməliyyat Qüvvələri, Hərbi Kəşfiyyat Baş İdarəsinin bölmələri və şəxsən general Budanov da fəaliyyət göstərir. Yəni hazırda şəhərdə diversiya qruplarına qarşı hərəkət edə bilən bölmələrimizi işə salmışıq”, - deyə Malomuj əlavə edib.






Xəbərin oxunma sayı : 268




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap