| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Müstəqilliyimiz əbədi, sarsılmaz və dönməzdir!
Tarix 26.05.23, 11:19 |
|
Şanlı tariximizə qızıl hərflərlə yazılmış 28 May - Müstəqillik Günü xalqımız üçün müqəddəs gün olmaqla yanaşı hər bir Azərbaycan vətəndaşının qürur günüdür. XIX əsrin əvvəllərində itirilmiş dövlət müstəqilliyini bərpa etmək arzusu ilə yaşayan Azərbaycan xalqı yüz il sonra tarixi fürsətdən məharətlə yararlandı. 1918-ci ilin mayında müsəlman Şərqində ilk demokratik respublika qurmaqla Azərbaycan xalqı öz dövlətçilik ənənələrini yenidən bərpa etdi. Heç şübhəsiz, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın müstəqilliyə qovuşması baxımından mühüm tarixi hadisə idi.
Məhz, 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratmışdır. 1918-ci il mayın 27-də Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla da, əslində Azərbaycanın tarixində parlamentli respublikanın bünövrəsi qoyulmuş oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Tiflisdə keçirilən həmin iclasda 6 maddədən ibarət İstiqlal Bəyannaməsi (Əqdnamə) qəbul edildi. Milli Şuranın 44 üzvündən 26-sının imzaladığı Dövlət müstəqilliyi haqqında Bəyannamə ilə türk-müsəlman dünyasında ilk parlamentli respublikanın əsası qoyuldu və Fətəli xan Xoyskinin sədrliyi ilə müvəqqəti hökumət formalaşdırıldı.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Məlum olduğu kimi, müstəqilliyin ilk aylarında Azərbaycan hökuməti Gəncədə yerləşmişdi. Çünki həmin dövrdə ölkənin mərkəzi başda olmaqla, ölkənin bir çox strateji məntəqələri işğal altında idi. Müstəqilliyin elanından sonra Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun birgə hərbi əməliyyatları sayəsində cəbhəboyu erməni-bolşevik ordusu darmadağın edildi və 1918-ci il sentyabrın 15-də Bakı daşnak-bolşevik işğalından azad olundu. İki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. F.Xoyskinin müraciətinə əsasən, noyabrın 16-da Milli Şura yenidən fəaliyyətə başladı. Milli Şuranın noyabrın 19-da keçirilən iclasında Azərbaycan parlamentində ölkədə yaşayan bütün nümayəndələri təmsil olunması və qanunverici orqanın 120 nəfərdən ibarət olması qərara alındı.
1918-ci il dekabrın 7-də saat 13-də Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin binasında Azərbaycan parlamentinin təntənəli açılışı oldu. Bütün müsəlman Şərqində demokratik prinsiplər əsasında formalaşdırılmış ilk parlamentin sədri o dövrdə bütün Rusiya müsəlmanlarının lideri hesab olunan Əlimərdan bəy Topçubaşov seçildi.
Sözsüz ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə dövlətçilik tariximizdə yeni səhifə açıldı. Cümhuriyyət hökuməti və parlamenti mövcud olduqları müddətdə fəaliyyətlərini daha çox sosial-iqtisadi və maliyyə problemlərinin həllinə, ölkənin ərazi bütövlüyünü təmin etməyə, vətəndaşların hüquqlarını qorumağa, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirməyə, Cümhuriyyətin dünya dövlətləri tərəfindən tanınmasına nail olmağa, xarici ölkələrlə siyasi, iqtisadi və ticarət əlaqələri yaratmağa yönəltmişdi.
Buna baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başlıca məqsədi onun müstəqilliyinin tanınmasına nail olmaqdan ibarət idi. Ə.M.Topçubaşovun rəhbərlik etdiyi Parisdəki Azərbaycan nümayəndə heyəti bu məqsədlə çoxtərəfli görüşlər keçirdi. Nəhayət, 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi de-fakto tanındı. Bu əlamətdar hadisə ilə bağlı yanvarın 14-də bütün Azərbaycan ərazisində bayram şənlikləri və Azərbaycan parlamentinin xüsusi iclası keçirildi. Ə.M.Topçubaşov parlamentin süqutunadək Azərbaycana qayıda bilməsə də, qiyabi olaraq axıradək parlamentin sədri vəzifəsini daşıdı.
1920-ci il aprelin 8-də keçirilən parlament iclasında Azərbaycan Xalq Cümhuriyyətinin Qərbi Avropa dövlətləri və Amerikada diplomatik nümayəndəliklərinin təsis edilməsi haqqında qanun layihəsi müzakirə olundu. Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, İsveçrə, Polşa, Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumıniya, Almaniya və Rusiyada diplomatik nümayəndəliklərin açılması haqqında qanun qəbul edildi. Həmin dövrdə Bakıda 20-dən çox ölkənin diplomatik missiyaları fəaliyyət göstərirdi.
Lakin həmin vaxt Rusiya qoşunları Azərbaycanın şimal sərhədlərində cəmləşmiş, xarici təhlükə ilə yanaşı, aprel ayının əvvəllərindən başlanan hökumət böhranı Azərbaycanda siyasi vəziyyətin daha da gərginləşməsinə səbəb olmuşdu. Buna görə də Azərbaycan parlamenti 1920-ci il aprelin 27-də keçirilən sonuncu iclasında Rusiyanın hərbi müdaxiləsi nəticəsində fakt qarşısında qalaraq hakimiyyətin bolşeviklərə təhvil verilməsi barədə qərar çıxardı. 28 aprel 1920-ci ildə süqut etsə də, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz buraxdı.
Sevindirici haldır ki, XX əsrin sonunda Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu. Konstitusiya aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda Azərbaycan xalqı ölkənin müstəqilliyinə və suverenliyinə səs verərək, bir daha müstəqillik ideyalarına sadiqliyini göstərib.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra xalqın milli müstəqillik ideyalarının reallaşdırılması istiqamətində məqsədyönlü addımlar atılıb, Azərbaycanın dövlətçilik ənənələri bərpa edilib.
Lakin 1991-1994-cü illərdə Ermənistan havadarlarının hərbi-siyasi dəstəyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal etməsi ölkənin əsas problemi olaraq qalırdı. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün sürən İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi, işğalçı Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikası ərazi bütövlüyünü bərpa edərək dünyaya öz qüdrətini göstərdi.
Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması zərurəti meydana çıxdı. Ona görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 oktyabr 2021-ci ildə "Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu"nu imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin elan olunduğu, 1991-ci il oktyabrın 18-də isə "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə dövlət müstəqilliyimizin bərpa olunduğu nəzərə alınaraq mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olmasına baxmayaraq, milli dövlətçilik tariximizdə silinməz izlər qoymaqla, sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə və yaşatmağa qadirdir.
Müstəqilliyə 105 il əvvəl qovuşmuş Azərbaycan Respublikası bu gün dünyanın inkişaf etmiş dövlətlərindəndir. Bunu Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərlik etdiyi, bu günki Müstəqil Azərbaycan Respublikasının beynəlxalq nüfuzu, gücü və qüdrəti təsdiq edir.
Fatimə Məmmədova
Xəbərin oxunma sayı : 259
Sosial
Xəbərlər
-
AQEM-in 7-ci Sammiti: Unikal dialoq platforması
-
Füzuli Zəfərin və Böyük Qayıdışın simvoludur
-
Bakı Sammiti Asiyada iqtisadi əməkdaşlığın inkişafına yönəlib
-
Füzuli uğrunda gedən döyüşlər Ordumuzun şücaətinin göstəricisi idi
-
AQEM-in 7-ci zirvə görüşü Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasındakı rolunu nümayiş etdirdi
-
Ölkəmiz hər zaman sülhə, tərəqqi və əmin-amanlığa sadiqlik nümayiş etdirir
-
Türkiyə ilə Azərbaycan arasında strateji əlaqələr sarsılmazdır - Hakan Fidan
-
Etirazlar zamanı baş verən dağıntılar tələbələrin işi deyil - Edi Rama
-
Rusiya Baş Konsulluğu Qazaxıstan XİN-ə nota göndərib - Repçi Navainin həbsi ilə əlaqədar
-
Özəl məktəblərdə təhsil haqqı 5-45 min manat arasında dəyişir - Siyahı
-
Azərbaycanda gənc kişilər qadınlardan 2,2 dəfə çox ölür - SƏBƏBLƏR
-
PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
-
Füzuli rayonu yeni inkişaf dövrünü yaşayır
-
“Yenidən evlənmək və ana olmaq istəyirəm” - Hadisədən etiraf
-
Aysel Şükürovanın keçmiş əri həbs edildi - Aliment borcuna görə
-
Bu şəraitdə toyuq kəsirmişlər - Sex bağlandı
-
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı - Paylaşım
-
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törətdi - Həbs edildi
-
“Ərdoğan sonuncu dəfə namizəd olacaq” - Türkiyədə seçkilərin vaxtı açıqlandı
-
Ailədə bir qazi, iki əsgər var - Nəsimi Musayevin atası maraqlı detallar AÇIQLADI
-
DTX-nin saxladığı şəxslərə hökm oxundu - Sui-qəsd etməyə hazırlaşmaqda təqsirləndirilirlər
-
SOMDA-da xidmətə qəbul başlayır: Kim müraciət edə bilər?
-
Kərə yağı ilə bağlı xəbərdarlıq - “İstehsalçılar bu boşluqdan istifadə edir”
-
Azərbaycan xalqı Füzuli Şəhər Gününü qürur və sevinclə qarşılayır
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Saleh Səmədova hökm oxundu - Keçmiş “ağsaqqal“a 8 il cəza kəsildi
-
Prezident Türkiyənin xarici işlər nazirini qəbul etdi - FOTO
-
Azərbaycanda bankların mənfəəti açıqlanıb - Tam siyahı
-
Mətbuat Şurasının İdarə Heyəti dəyişir - Yeni namizədlərin siyahısı
-
Əliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - Fotolar
-
Pakistanda dərs zamanı məktəbin damı çökdü - 32 şagird öldü
-
Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır - İlham Əliyev
-
“Bal Badem“ vergidən yayınır? - Şirniyyat evi müştərilərindən kartla ödənişi qəbul etmir
-
14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
-
Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib - Tokayev
-
Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - Məhkəmə
-
“Bizi müharibəyə Ermənistan məcbur edib“ - Prezident
-
Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
-
İrana hücum planı sızıb, əməliyyat təxirə düşüb - “Onları güllələmək lazımdır”
-
Azərbaycanda “Rəqəmsal rabitə“ informasiya sistemi yaradılır - SƏRƏNCAM
-
Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib - Prezident
-
Starlink yalnız mülki və müdafiə məqsədləri üçün nəzərdə tutulub - Mask
-
“Neft emalı zavodlarına hücumlar bərpa olunacaq“ - Zelenski
-
“Dərnəgül bazarının “Abşeron” TM-ə köçürülməsi qiymətləri aşağı sala bilər” - VİDEO
-
İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi
-
Azərbaycanlı reper saxlanıldı - Hansı cəza verilə bilər?
-
Naxçıvanda xəstələrin ərzağını məmurlar mənimsəyir - Narazılıq var
-
Beyləqanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olundu - Fotolar
-
“Yelo Bank”ın mənfəəti kəskin azaldı - Şirkətlər pullarını bankdan geri götürür
-
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşdı - Yeni qiymət
-
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşüb - Fotolar
-
Hicaba dair qadağanın olduğu məktub saxtadır - Media və Yayım Şurası
-
Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur - VİDEO
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - VİDEO
-
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib - Zirvə Toplantısında iştirak edəcək
-
Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək
-
İki xalq arasında dostluq münasibətlərinin yeni mərhələyə yüksəlməsinə mühüm töhfə
-
Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər
-
“Aston Villa”dan darmadağın, “Real”dan geridönüş - ÇL-də gecənin nəticələri
-
Azərbaycan-Laos münasibətlərinin yeni əməkdaşlıq mərhələsinə qədəm qoyduğunu göstərən Birgə Bəyanat
-
Azərbaycan-Laos münasibətlərini yeni mərhələyə yüksəldə, ölkəmizin Asiya istiqamətində əməkdaşlıq imkanlarını daha da genişləndirə bilər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İsrail Prezidenti Azərbaycana gəldi - FOTOLAR
-
Azərbaycanda kirayə haqqı 3,9%, mənzillərin qiyməti isə 6,3% artıb - Hesabat
-
Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın!
-
İçkili halda sükan arxasına əyləşdi - Arvadı öldü, oğlu yaralandı
-
Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
-
Ət bazarında qiymətlər niyə dayanmadan artır? - VİDEO
-
İstanbuldan Bakıya 16 min dərman gətirmək istədi - Qarşısı alındı
-
Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş - Rüşvətin məbləği bilindi
-
“Azərbaycan ittiham etmək tamamilə əsassızdır“ - Rəsmi Bakıdan Fransaya çağırış
-
Məktəbli formasına görə saxlanılanlar barədə QƏRAR VERİLDİ
-
İnsanlar hər ay banklara 240 manat borc ödəyir - Son 6 ildə 2,6 dəfə artıb
-
Böyük Britaniyaya qarşı yönələn təhlükələr dörd dəfə artıb - Kəşfiyyat
-
Sabiq sədrin məhkəməsi: Şahid istintaqdakı ifadəsini təsdiqləmədi
-
Kiyev vuruldu, ABŞ xəbərdar etmədi - Ölənlər və yaralananlar var...
-
Azərbaycanda 47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ
-
“Sabah” qələbəyə görə nə qədər qazanıb? - Klubların siyahısı
-
“300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib“ - Prezident
-
Kirayə mənzillər ucuzlaşdı - Median qiymət açıqlandı
-
Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi
-
Maskdan Respublikaçıların seçki kampaniyasına ianə - 366 milyon dollar
-
Azad edilmiş ərazilərin bərpasına 25.5 milyard manat ayrılıb - Prezident
-
Şura İran və Türkiyə ilə bağlı bəyanat verdi - TAM MƏTN
-
“Ermənistan və Azərbaycan arasında anklav və eksklav olmamalıdır“ - Paşinyan
-
“Halk TV”də axtarış aparıldı, yayımı dayandırıldı - Video
-
“Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq” - Lukaşenko
-
Dövlət qurumlarının saytlarına kiberhücum olub - RƏSMİ
-
Kreditini tam ödəyən şəxsdən əlavə pul tələb olunur? - VİDEO
-
Tramp Rusiyaya qarşı yeni sanksiyalardan imtina edə bilər - “Politico“
-
Bəyanat həm də dünyəvi siyasətin konturları haqqında bilgi kimi dinlənildi
-
Azərbaycan-Kamboca münasibətlərində yeni dövr
-
“Azərbaycanda hicab qadağan olunmayıb, bu məsələ həll olunacaq...“ - Şeyxdən AÇIQLAMA + VİDEO
-
Azərbaycan-Kamboca münasibətlərində yeni əməkdaşlıq mərhələsində
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
-
Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
-
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - Video
-
“44 il əvvəl səfər etdiyim Azərbaycanı çətinliklə tanıdım“ - Laos lideri
-
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb - RƏSMİ
-
“Bu sərmayələr bizim imkanlarımızı göstərir“ - Prezident İlham Əliyev
-
“Putin Zelenskidən daha çox sülh sazişi bağlamaq istəyir“ - Donald Tramp
-
Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb - Statistika
-
Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı - Əri saxlanıldı
-
Prezident təqaüdçülərinin ən çox olduğu universitetlər - Siyahı
-
Azərbaycan-Laos sənədləri mübadilə edildi - FOTOLAR
-
Bu vəziyyətdə 5 ay əlillik təyinatı ilə bağlı cavab gözləyib... – Video
-
Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı - VİDEO
-
Prezidentlər təkbətək görüşdü - FOTOLAR
-
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO
-
Aeroportlar yenə bağlandı - Türkiyədən uçan təyyarələr geri qayıtdı
-
Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq - “The Atlantic“
-
Azərbaycan neftinin qiyməti bahalaşdı - Qara qızıl 131 dolları ötüb
-
Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO
-
“44“ bədii filminin premyerası oldu - FOTOLAR
-
Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO
-
Paytaxtın bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ
-
Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - Sərəncam
-
Aİ ilə bağlı referendum keçirməyəcəklər - Baş nazir açıqladı
-
DTX avtomobilləri qəsdən yandıranları həbs etdi - VİDEO
-
Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? - Azərbaycana gözlənilən qərar
TOP 10
ARXİV






