“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Harri gəldi, onlar səfərə getdi - Kral ailəsində gərginlik

Tarix 23.01.26, 10:16

Font ölçüsü : - / +
bitmap-img6


Kral ailəsi ilə münasibətləri gərgin olan Şahzadə Harri İngiltərəyə səfəri zamanı ailə üzvlərinin qəsdən ondan uzaq durması ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, iddialara görə, Harrinin Londonda olduğu günlərdə kral ailəsinin əsas üzvləri müxtəlif səbəblərlə ölkədən kənara çıxıblar.

Məlumata görə, Şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton həmin vaxt Şotlandiyaya səfər edib, Kral Çarlz isə fərqli proqram çərçivəsində İngiltərədən kənarda olub.

Saray mənbələri bu səfərlərin təsadüfi olmadığını bildirirlər.

İddia olunur ki, Kral Çarlz oğlu ilə birbaşa ünsiyyətdən çəkinir və əlaqəni yalnız köməkçiləri vasitəsilə saxlayır. Bunun əsas səbəbi kimi Şahzadə Harrinin keçmiş açıqlamaları, kitabı, müsahibələri və məhkəmə prosesləri nəticəsində şəxsi söhbətlərin ictimailəşdirilməsi ilə bağlı yaranan etimadsızlıq göstərilir.

Şahzadə Harrinin münasibətləri normallaşdırmaq cəhdi ilə Londona səfəri gözlənilən yaxınlaşmanı təmin etməyib. O, məhkəmə prosesi üçün ölkədə olduğu müddətdə də ailə üzvləri ilə görüşə bilməyib.

Qeyd edək ki, 2020-ci ildə Şahzadə Harri və həyat yoldaşı Meqan Markl kral ailəsindəki rəsmi vəzifələrindən imtina edərək, ABŞ-yə köçmüşdülər. “Megxit” adlandırılan bu addımdan sonra Harri Opra Uinfriyə verdiyi müsahibədə kral ailəsini irqçilik, laqeydlik və psixoloji təzyiqdə ittiham etmişdi.

Gərginliyi daha da artıran əsas məqam Harrinin “Spare” adlı xatirə kitabı olub. Kitabda Kral Çarlz, Şahzadə Uilyam və saray daxilindəki şəxsi münasibətlər barədə yer alan açıqlamalar ailədaxili etimadı ciddi şəkildə zədələmişdi.

Bu prosesdən sonra Şahzadə Harrinin İngiltərəyə səfərləri məhdudlaşıb və sarayla əlaqələri əsasən rəsmi və dolayı kanallar üzərindən qurulub.



Xəbərin oxunma sayı : 256




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap