“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Gömrükdən kim daha çox pul yığıb: Mehdiyev, yoxsa Bağırov?

Tarix 26.01.23, 14:39

Font ölçüsü : - / +
bitmap-img6


Yola saldığımız 2022-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 52 milyard 686,5 milyon dollar olub. 

Yeniavaz.com Dövlət Gömrük Komitəsi tərəfindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən il ərzində Komitə tərəfindən toplanan gömrük vergi və rüsumlarının məbləği 5 milyard 653,1 milyon manat (3 milyard 325,3 milyon dollar) olub. Nəticədə toplanan gömrük vergi və rüsumlarının məbləği xarici ticarət dövriyyəsinin 6,3%-nə bərabər olub.
Məlumat üçün qeyd edək ki, ötən ilin iyul ayında Dövlət Gömrük Komitəsinin rəhbərliyində dəyişiklik olub. Hazırda sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov ötən ilin iyul ayının sonundan etibarən Komitəyə rəhbərlik etməyə başlayıb. İlin ilk 7 ayında isə Komitəyə rəhbərlik Səfər Mehdiyev tərəfindən həyata keçirilib.
Aylar üzrə toplanan gömrük vergi və rüsumlarının məbləğinə baxdığımız zaman belə görünür ki, ilin ilk 7 ayında, yəni Səfər Mehdiyevin Komitəyə rəhbərlik etdiyi dövrdə daha az vəsait toplanıb.
Belə ki, ötən ilin ilk 7 ayında ümumilkidə 30 milyard 58,9 milyon dollar ticarət dövriyyəsi olub və bu məbləğin 5,9%-i səviyyəsində - 1 milyard 776,6 milyon dollar (3 milyard 20,3 milyon manat) gömrük vergi və rüsumları yığılıb.
Ötən ilin son 5 ayında isə ümumilkidə 22 milyard 627,6 milyon dollar ticarət dövriyyəsi olub və bu məbləğin 6,8%-i səviyyəsində - 1 milyard 548,7 milyon dollar (2 milyard 632,8 milyon manat) gömrük vergi və rüsumları toplanıb.
Ən yüksək gömrük vergi və rüsumları ötən ilin dekabr ayında toplanıb. 2022-ci ilin dekabr ayında ticarət dövriyyəsinin ümumi həcmi 3 milyard 413,9 milyon dollar olub və toplanan gömrük vergi və rüsumları bu məbləğin 9,7%-i həddində (332,4 milyon dollar) olub.
Ən az gömrük vergi və rüsumları isə oktyabr ayında yığılıb. Oktyabr ayında ticarət dövriyyəsinin ümumi həcmi 6 milyard 455,3 milyon dollar olub və toplanan gömrük vergi və rüsumları bu məbləğin 3,8%-i həddində (246,6 milyon dollar) olub.







Xəbərin oxunma sayı : 307




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap