“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Fəzail Ağamalıdan xəbər var: Türkiyəyə niyə gedib?

Tarix 18.04.25, 15:10

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı səhhəti ilə əlaqədar olaraq Türkiyəyə gedib.

Bu barədə İqtisadiyyat.az-a açıqlamasında partiya sədri özü deyib. O, səhhətinin nəzarət altında olduğunu söyləyib: 

"Səhhətimlə ciddi məşğul olmağa çalışıram. Həkimlərlə məsləhətləşirəm və vaxtaşırı Türkiyədə oluram, müəyyən müayinələrdən keçirəm. Hazırda da Ankaradayam və səhhətim həkimlərimizin nəzarəti altındadır".

Fəzail Ağamalı hazırda nə işlə məşğul olduğu ilə bağlı suala gəlincə isə bildirib: 

"Yenə də siyasətdə varam və Ana Vətən Partiyasının sədri kimi fəaliyyətimi davam etdirirəm. Son dərəcə zəruri və əhəmiyyətli məsələlərə öz münasibətimi ifadə etməyə çalışıram. İndiki durum parlament dövrü ilə müqayisədə fərqlidir. Yəni parlament dövründə daha aktiv və daha dinamik bir siyasi fəaliyyət mövcud idi. İndi isə ancaq partiya müstəvisində və partiya platformasında fəaliyyətimi davam etdirirəm. Yenə də dövlətimizin və dövlətçiliyimizin, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin, onun dövlətçilik konsepsiyasının, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyein yanındayam, yəni fəaliyyətim bu istiqamətdə davam edir. Qalan zamanımda isə evdə oluram, istirahət etməyə çalışıram, gündəlik qayğılarla yaşayıram".

Xatırladaq ki, 78 yaşlı F.Ağamalı 1995-2024-cü illərdə Milli Məclisin ardıcıl altı çağırış deputatı olub. 



Xəbərin oxunma sayı : 778




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap