Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Deputat AZAL-ın qiymət siyasətini tənqid etdi: “Dəyişiklikləri müşahidə edə bilmirəm”

Tarix 30.11.23, 22:06

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Hava Yolları (AZAL) "qara cümə" kampaniyası çərçivəsində bilet qiymətlərinə endirim etdi. Amma bilet almaq istəyən bəzi vətəndaşların sosial şəbəkələrdə yazdıqlarından belə məlum oldu ki, endirimlər digər hava yolu şirkətlərinin endirimləri ilə müqayisədə cüzi miqdarda idi. Vətəndaşların sözlərinə görə limitli sayda bilet satışa çıxarıldı və kampaniya yalnız bir gün ərzində davam etdi, texniki nasazlıqlar səbəbilə endirimlərdən yararlana bilməyənlər də oldu. Məlum olduğu kimi quru sərhədlər üç ildir bağlı qaldığı üçün insanların AZAL-ın bahalı biletlərini alıb səfər etməkdən başqa çarələri yoxdur.

AZAL-ın qiymət siyasətinə Demokrat.az-a açıqlamasında münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, şirkətin yeni rəhbərliyinin millət vəkilləri ilə görüşü, onlarla müvafiq məsələləri müzakirə etməsinin ciddi dəyişikliklərlə nəticələnəcəyi düşünülürdü:

“Amma hələ ki, tam olaraq dəyişiklik əlamətləri görmürük. Şəxsən mən millət vəkili olaraq hansısa dəyişikliklərin edildiyini müşahidə edə bilmirəm. Bilet qiymətlərindən tutmuş, sərnişindaşımadakı problemlərə qədər, ölkənin turizm potensialının inkişafına fayda verəcək dərəcədə işlərin görülməsi və biznes siyasətində digər irəliləyişlər, açığı, ciddi gözə çarpmır. Bu, düşündürücü məsələdir, çünki bu qurumdan hamı dəyişiklik və müsbət addımların atılmasını gözləyir. Vətəndaşlar indi ən ağır yol tarifləri ilə üz-üzədir, quru sərhədlər bağlıdır, ancaq hava nəqliyyatından istifadə imkanı var. Bu sahədə də rəqabət mühiti olmadığına görə bir inhisarçı ilə bu iş reallaşır. Qiymətlərsə vətəndaşların maraqlarına uyğun tənzimlənmir. Başqa ölkələrlə müqayisədə hədsiz bahadır, əlçatanlıq problemi də var. AZAL-dan problemlərin həlli istiqamətində addımların atılmasını gözləyirik. Bu, vətəndaşların sıxıntılarını da müəyyən qədər azaltmış olar”.



Xəbərin oxunma sayı : 1327




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap