“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bu deputatların üzünə qapılar bağlanır - SİYAHI

Tarix 08.07.24, 20:09

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisə yeni seçkilər təyin olunması ilə bir çox deputatlar öz mandatları ilə vidalaşmalı olacaqlar.

AzFakt.com olke.az-a istinadən xəbər verir ki, artıq proses başlanıb.

Milli Məclisin vitse-spikeri Adil Əliyev deputat olmaq istəməyib.

Onun deputat olduğu dövrdə özünü doğrultuğu və uğurlu fəaliyyət göstərdiyinə görə, o, ölkə başçısının sərəncamı ilə Suraxanı RİH başçısı təyin edilib. Lakin bu, son deyil. Bundan əlavə, bəzi deputatlar da mandatları ilə vidalaşmalı olacaqlar. Vidalaşmalı olacaq deputatların bir qismi növbəti çağırışda iştirak etmək niyyəti olmadığından, bəziləri onlara olan etimadı doğrultmadığından, digər bir qismi digər səbəblərdən kənarda qalacaq. Ən ciddi dəyişiklik isə YAP-ın siyahısında olacaq. Çünki YAP hər yeni seçkidə öz siyahısında 30 faizinə yaxın dəyişiklik edir. Etimadı doğrultmayan, digər vəzifələrə keçən, səhhəti və yaş həddi ilə əlaqədar olaraq səmərəli fəaliyyət göstərə bilməyəcək şəxslərın adı namizədlik siyahısından çıxarılır. Biz sentyabrın 1-nə təyin olunan növbəti seçkidə bunun şahidi olacağıq.

Məlumatlara görə, YAP 20-dən artıq deputatını əvəzləmək niyyətindədir. Dəyişikliklərin daha çox Naxçıvan MR-də olacağı gözlənilir.

AMEA prezidenti İsa Həbibbəyli, Eldar İbrahimovun, Həmkarlar İttifaqının rəhbəri Səttar Mehbalıyevin və digərlərinin namizədlər siyahısında olmayacağı nəzərdə tutulub.

Bundan əlavə olaraq, əldə edilən məlumatlara görə, VI çağırış Milli Məclis üzvlərindən Rüfət Quliyev, İqbal Məmmədov, Malik Həsənov, Jalə Əliyeva, İmamverdi İsmayılov, Aqil Abbas, İlham Məmmədov, Vüqar İskəndərov, Sevinc Hüseynova, Məzahir Əfəndiyev, Cavid Osmanov, Jalə Əliyeva, Oqtay Əsədov, Nizami Cəfərov, Ülviyyə Ağayeva, Novruzəli Aslanov, Bəxtiyar Sadıqov, Kamilə Əliyeva, Aydın Hüseynov, Tahir Kərimli, Aqil Məmmədov, Aqiyə Naxçıvanlı, Rasim Musabəyov, Ziyad Səmədzadə, Sədaqət Əliyeva, Afət Həsənova, Könül Nurullayeva, Aydın Mirzəzadə, Əliabbas Salahzadə, Elman Məmmədov və daha bir neçə nəfər mandatları ilə vidalaşmalı olacaqlar.

VII-cı çağırış Milli Məclisin rəhbərliyində də yeni simaların olacağı böyük ehtimallar arasındadır. Yuxarıda qeyd etdiyimiz kimi, parlamentin vitse-spikeri Adil Əliyevin icra başçısı təyin edilməsi də bunu deməyə əsas verir. Xüsusən yeni vitse-spikerlər və komitə sədrləri, komitə sədrinin müavinləri səviyyəsində də yeniliklər olacağı gözlənilir.



Xəbərin oxunma sayı : 751




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap