Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Bayram tətili bölgələrdə gündəlik fərdi evlərin qiymətini qaldırdı - VİDEO

Tarix 09.11.24, 22:16

Font ölçüsü : - / +
bitmap-img6


Bayram tətili bölgələrdə gündəlik fərdi evlərin qiymətini qaldırdı
Bayram tətili ilə əlaqədar bölgələrdə günlük kirayə evlərə tələbat artıb...

Xezerxeber.az xəbər verir ki, Zaqatalada günlük kirayə ev bazarında canlanma müşahidə olunur. Turizm kəndi hesab olunan Carda hazırda boş ev tapmaq mümkün deyil. Qiymətlərə gəldikdə isə şəraitindən və adam sayından asılı olaraq günlük 30 manatdan 100 manata qədər dəyişir.

Lakin rayon mərkəzi və mərkəzə yaxın kəndlərdə durğunluq yaşanır. Burada da günlük kirayə qiymətləri 50-100 manat arasındadır.

Şəkiyə gələn qonaqlar da fərdi evlərdə qalmağa daha çox maraq göstərirlər. Dağətəyi ərazilərdən olan Kiş kəndində, şəhərin Dodu məhəlləsində və Yuxar Baş Qoruğu ərazisində evlərə təlabat çoxdur. Hazırda həmin evlərin kirayə qiymətlərii 30-40 faizə qədər artıb. Adi halda günü 60-70 manata olan evlər indi 100, bəzi yerlərdə hətta 120 manata kirayə verilir.

Lənkəranda günlük kirayə evlərə tələbatın artması qiymətlərə təsir edib. Ötən günlük 60-70 manata kirayə verilən evlər indi 100-120 manata təklif edilir.  Rieltorlar xüsusilə dağətəyi ərazilərdəki həyət evlərinə daha çox tələbat olduğunu deyirlər.

Bu evlərdə də qiymətə ən çox təsir edən amil onun şəraiti və yerləşdiyi ərazidir.





Xəbərin oxunma sayı : 826




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap