“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Uğur Ocağı“nın xanım kassiri jurnalistin mikrafonunu yerə çırpdı - Cərimə edildi

Tarix 07.08.25, 17:20

Font ölçüsü : - / +
bitmap-img6


Jurnalistin mikrafonunu yerə atan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən "Uğur Ocağı" restoranın əməkdaşı cəzalandırılıb. 

Qaynarinfo-nun məlumatına görə, 1990-cı il tvəllüdlü Zülfiyyə Bağırova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, "Uğur Ocağı" restoranın yaxınlığında yaşayan sakinərin şikayəti əsasında televiziyalardan birinin əməkdaşı sözügedən obyektdə  çəkiliş aparıb. Belə ki, restoranda səsgücləndirici vasitələrdən istifadə və canlı musiqi təşkil olunması yaxınlıqda yaşayan sakinlərin etirazına səbəb olub. 

Jurnalist sözügedən obyektdə çəkiliş aparmaq istəyərkən orda kassir işləyən Zülfiyyə Bağırova onu çəkməməsini deyib və çölə çıxaraq qışqırmağa başlayıb. Təqsirlədirilən şəxs jurnalistin əlində olan mikrafonı alaraq yerə çırpıb. 

O, məhkəmədə əməlindən peşman olduğunu, bir daha belə əməllərə yol verməycəyini bildirib və sağlamlıq vəziyyətini nəzərə alaraq barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə Zülfiyyə Bağırova İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 50 manat cərimə edilib.



Xəbərin oxunma sayı : 1030




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap