Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Azərbaycanda I Liqa komandasının oyunları nəzarətə götürüldü - FOTO/VİDEO

Tarix 11.12.23, 19:41

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan I Liqasının debütantı və autsayderi olan “Difai” (Ağsu) komandasının keçirdiyi matçlar danışılmış oyunlarda şübhəli bilinir.

Prosport.Az-ın məlumatına görə, komandanın son dəqiqələrdə, xüsusən də oyuna artırılmış vaxtlarda qapısından toplar buraxması araşdırılma aparılmasına səbəb olub.

Belə ki, komandanın IX turda Bakıda “İrəvan”la görüşdə 1:0 öndə olduğu matçda 80, 90+4 və 90+5-ci dəqiqələrdə top buraxması şübhələri artırıb. Həmçinin Zaqatalada eyniadlı komanda ilə matçda eyni hadisələr təkrarlanıb. Ağsu komandası hesabda 2:0 öndə olsa da, 51, 90, 90+4 və 90+6-cı dəqiqələrdə qapısından top buraxaraq 2:4 uduzub. Baxmayaraq ki, 90+1-ci dəqiqədən etibarən meydan sahibləri 1 nəfər azlıqda oynayıblar. 90+6-cı dəqiqədə komandanın kapitanının topu öz qapısından keçirməsi də qeyd olunmalıdır. Hər iki matçda komandanın qapıçısının azı 1 kobud səhvi də diqqətdən yayınmır.
Qeyd edək ki, “Difai” çempionatda yeganə qələbə qazanmayan komandadır. Klub cəmi 1 xalla sonuncu -10-cu pillədədir.





Xəbərin oxunma sayı : 976




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap