“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakıda zibili eşşək arabası ilə daşıyırlar: “Beş manatdan pul yığırıq“ (VİDEO)

Tarix 15.07.25, 21:04

Font ölçüsü : - / +
bitmap-img6


Zirə qəsəbəsində zibil problemi gündəmə gəlib. Sosial şəbəkədə yayılan videoda bir kişinin eşşək arabası ilə zibil daşıdığı görünür. Məsələ sosial mediada geniş rezonans doğurub.

AzFakt.com Bakupost.az-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, qəsəbədə zibil konteynerləri yoxdur, küçələr isə zibil yığınları ilə doludur:

"Qəsəbə ərazisinə baxış keçirsəniz, özünüz görəcəksiniz. Zibil dizə çıxır. Nə konteyner qoyurlar, nə də maşın gəlir zibili daşımağa. Məcbur olub eşşək arabası ilə zibil daşıyırıq. Beş manatdan yığıb eşşəyin sahibinə veririk ki, zibilləri yükləyib aparsın."

Məsələ ilə bağlı Zirə Bələdiyyəsindən bildirilib ki, videodan məlumatlıdırlar, lakin həmin zibili onlar yığmırlar. Məsuliyyətin ünvanı kimi Xəzər Rayon İcra Hakimiyyətini göstəriblər.

İcra hakimiyyətindən isə qeyd olunub ki, ümumiyyətlə, zibil yığmaq onların səlahiyyətində deyil:

"Mənzil Kommunal Təsərrüfat Birliyi ilə əlaqə saxlayın".

Mənzil Kommunal Təsərrüfat Birliyi isə məsələ ilə bağlı açıqlama verməyib.



Xəbərin oxunma sayı : 295




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap