“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycanda buğda istehsalı niyə azalır - Araşdırma

Tarix 15.07.25, 14:53

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın ərzaq təhlükəsizliyinin strateji dayaqlarından biri olan buğda ilə təminat məsələsi kompleks və çoxistiqamətli bir strukturda formalaşır. Daxili istehsal imkanları, idxal mənbələri və qlobal bazarların dəyişkən konyunkturası bu sistemin əsas tənzimləyici faktorlarıdır. Son illərdə isə daxili buğda istehsalında baş verən dəyiəikliklər və idxaldan asılılığın qalması həm iqtisadi, həm də strateji baxımdan narahatedici tendensiyalar ortaya qoyur.

Biçin davam edir

Azərbaycan 2025-ci ilin taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılmış Mərkəzi Qərargahın son məlumatına görə,  ölkə üzrə payızlıq taxıl sahələrinin 76,1 faizində biçin başa çatıb. Ümumilikdə 707 197 hektar sahədən 2 milyon 386 min 294 ton məhsul yığılıb. Bu mövsüm taxıl üzrə orta məhsuldarlıq 33,7 sentner/hektar təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 sentner/hektar daha yüksəkdir.

Biçinin gedişinə nəzər salsaq indiyədək 311 171 hektar buğda və 396 026 hektar arpa sahəsi biçilib. Bu sahələrdən müvafiq olaraq 1 milyon 131 min 941 ton buğda və 1 milyon 254 min 352 ton arpa əldə edilib. Buğda sahələrinin 62,8 faizində, arpa sahələrinin isə 91,2 faizində biçin artıq yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,4 sentner/hektar, arpa üzrə isə 31,7 sentner/hektar qeydə alınıb. Qeyd etmək lazımdır ki, Abşeron, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Göyçay, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Ucar və Yevlax rayonlarında biçin tam başa çatıb.

Buğda əkin sahələri azalır

Son illər ölkədə buğda istehsalında müəyyən narahatedici məqamları ortaya çıxır. Buğdanın əkin sahəsi 2019-cu ilə nisbətən 18,5 faiz azalaraq 546,3 min hektar olub, istehsal həcmi isə 2023-cü ilə nisbətən 8,1 faiz  azalaraq 1 milyon 685 min 700 tona düşüb.

Buğda istehsalının əsas yükü ölkənin 10 rayonunun üzərinə düşür ki, bu rayonlar ümumi istehsalın 44,5 faizdən çoxunu təmin edir. Ən çox buğda istehsal edən rayonlar Cəlilabad (10,9%), Ağcabədi (5,6%), Füzuli (5,2%), İsmayıllı (3,9%), Şəki (3,8%), Hacıqabul (3,7%), Sabirabad (3,2%), Saatlı (3,2%), Beyləqan (2,8%) və Ağsu (2,7%) olub.

Məhsuldarlıq göstəricilərinə baxsaq, 2024-cü ildə buğdanın məhsuldarlığı 30,9 sentner/hektar təşkil edib ki, bu da 2019-cu ilə nisbətən 4,6%, 2023-cü ilə nisbətən isə 8,6% azalma deməkdir. Bununla belə, Hacıqabul, Ağcabədi, Sabirabad, Saatlı, Beyləqan, Cəlilabad, Ağsu və İsmayıllı rayonlarında məhsuldarlıq ölkə üzrə orta göstəricidən yüksək olub.

Daxili bazar qiymətləri və idxal asılılığı

Daxili bazarda buğdanın qiymətləri də diqqət çəkir. 2022-2024-cü illər ərzində 1 kiloqram buğdanın sahədən və ya topdan satış qiymətləri 0,34-0,63 AZN arasında dəyişib. Xüsusilə, 2022-ci ilin sentyabrında 63 qəpik olan qiymət 2023-cü ilin iyulunda 34 qəpik səviyyəsinə enib. Hazırda qiymət 42 qəpik ətrafındadır.

Azərbaycanın ərzaq buğdası ilə təminatında idxal həlledici əhəmiyyətə malikdir. 2024-cü ildə buğda idxalı əvvəlki ilə nisbətən 9,9 faiz artaraq 1,3 milyon tona çatıb. Bu idxalın böyük əksəriyyəti yəni 90,2 faizi Rusiya Federasiyasından, 9,7 faiz isə Qazaxıstandan həyata keçirilir.

2024-cü ildə idxal həcmi artsa da, ton başına qiymət 2023-cü illə müqayisədə azalıb – 259 dollardan 216 dollara düşüb.  Halbuki 2022-ci ildə ən yüksək qiymət qeydə alınıb - 337,64 dollar.

Azərbaycanın buğda idxalı ilə bağlı göstəricilər:

İl

İdxal miqdarı, ton

İdxal məbləği, min ABŞ dolları

1 tonun orta qiyməti, ABŞ dolları

İl

İdxal miqdarı, ton

İdxal məbləği, min ABŞ dolları

1 tonun orta qiyməti, ABŞ dolları

2015

 1353 071,8

296 831,0

219,38

2016

 1 599 599,3

295 018,2

184,43

2017

 1 274 434,2

227 167,8

178,25

2018

 1 080 905,5

205 967,0

190,55

2019

 1 584 998,2

340 533,1

214,85

2020

 1 365 100,1

296 905,2

217,49

2021

 1 148 100,8

331 946,0

289,12

2022

 1 292 996,1

436 551,2

337,64

2023

 1 175 341,0

303 983,2

258,63

2024

 1 292 026,8

279 681,9

216,47


Qlobal buğda bazarı: proqnozlar və çağırışlar

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünya üzrə buğda istehsalı 800 milyon ton təşkil edir. Qlobal bazarda əsas istehsalçılar Çin, Hindistan, Rusiya, ABŞ və Fransa kimi ölkələrdir. 2023-cü ildə qlobal buğda ixracının 82,9%-dən çoxu Rusiya, Avstraliya, Kanada, ABŞ, Fransa, Ukrayna, Rumıniya, Polşa, Almaniya və Qazaxıstanın payına düşüb. Qlobal buğda idxalının həcmi 172,5 milyon ton olub. Əsas idxalatçılar Çin, Misir, İndoneziya və Türkiyədir.

ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin (USDA) 12 iyun 2025-ci il tarixli hesabatına əsasən, 2025/2026-cı məhsul ili üzrə qlobal buğda istehsalının 2024/2025-ci ilə nəzərən 9 milyon ton artaraq 809 milyon ton olacağı proqnozlaşdırılır. Lakin artan istehsala baxmayaraq qlobal buğda ehtiyatlarının 263 milyon tona düşəcəyi və ehtiyatların istehlaka nisbətinin 32 faiz səviyyəsində olacağı gözlənilir ki, bu da bazardakı gərginliyin göstəricisidir. Dünya buğda ticarətinin isə 3,9% artaraq 214 milyon ton olacağı proqnozlaşdırılır.

Qara dəniz regionu ölkələrində (Rusiya, Ukrayna, Qazaxıstan) istehsal həcminin 2,9% azalaraq 134,8 milyon ton, ixracın isə 0,1 milyon ton azalaraq 72,2 milyon ton olacağı proqnozlaşdırılır.

İdxaldan asılılığı necə qaldırmaq olar?

Azərbaycan daxili buğda istehsalını artırmaq üçün səylərini davam etdirsə də, hazırda ərzaq buğdası ilə təminatda idxaldan əhəmiyyətli dərəcədə asılıdır.

Hazırda buğda üzrə özünütəminetmə səviyyəsi 60-61 faiz təşkil edir. Düzdür, son illər bu göstəricidə nisbətən yüksəlsə də hələ də arzuolunan səviyədə deyil.

Mövcud vəziyyətdən çıxış yolu yalnız qısamüddətli tədbirlərlə deyil, uzunmüddətli və kompleks strateji yanaşmalarla mümkündür. Bu yanaşma ilk növbədə daxili istehsalın gücləndirilməsini, resurslardan səmərəli istifadənin təmin edilməsini və xarici asılılığın azaldılmasını nəzərdə tutur.

İlk növbədə, daxili istehsalın stimullaşdırılması əsas prioritetlərdən biri olmalıdır. Bu məqsədlə subsidiyaların daha hədəfli və effektiv bölgüsü həyata keçirilməli, eyni zamanda müasir aqrotexniki metodların tətbiqi genişləndirilməlidir. Fermerlərin texnologiyalara və aqroservislərə çıxışı artırılmalı, innovativ becərmə üsullarına keçid təşviq olunmalıdır.

Məhsuldarlığın artırılması istiqamətində suvarma sistemlərinin modernləşdirilməsi və torpaqların keyfiyyətinin bərpası da vacibdir. Əkinə yararlı torpaqların tədricən sıradan çıxmasının qarşısını almaq üçün torpaq xəritələşdirməsi aparılmalı, münbitlik göstəriciləri izlənilməli və torpaq mühafizəsi tədbirləri gücləndirilməlidir.

Paralel olaraq fövqəladə hallarda ərzaq buğdasına olan tələbatı qarşılamaq üçün suveren ehtiyat fondlarının yaradılması zəruridir. Bu fondlar təchizatda mümkün kəsintilər zamanı bazarda stabilliyi qorumağa və qiymət şoklarının qarşısını almağa imkan verəcək.

İdxaldan asılılığın təhlükəli həddə çatmaması üçün idxal mənbələrinin şaxələndirilməsi də strateji əhəmiyyət daşıyır. Hazırda əsas tədarük Rusiya Federasiyasından həyata keçirilsə də, Qazaxıstan, Fransa, Kanada kimi digər etibarlı tədarükçülərlə ticarət əlaqələrinin inkişaf etdirilməsi alternativlərin artırılmasına və risklərin bölüşdürülməsinə kömək edəcək.

Bütün bu tədbirlər sistemli şəkildə həyata keçirilsə Azərbaycanın ərzaq buğdası ilə təminatında dayanıqlıq səviyyəsi yüksələcək, xarici təsirlərə qarşı müqavimət güclənəcək və ərzaq təhlükəsizliyi daha etibarlı şəkildə təmin ediləcək.(modern.az)



Xəbərin oxunma sayı : 367




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap