“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI

Tarix 14.07.25, 15:34

Font ölçüsü : - / +
bitmap-img6


Məlum olduğu kimi, son günlər Rusiyada azərbaycanlı sahibkarlara qarşı müxtəlif təzyiqlər edilir.

Yeniavaz.com xəbər verir ki, azərbaycanlı sahibkarlara vergidən yayınma maddəsi ilə açılan cinayət işlərinin sayı artır.
Həmçinin bəzi sahibkarlar qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu əsas gətirilərək həbs edilirlər.

Məlumat üçün bildirək ki, Rusiyada sahibkarlıq fəaliyyəti olan çoxsaylı azərbaycanlılar arasında sabiq məmurlar və onların ailə üzvləri də var.
Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar arasında sabiq mədəniyyət naziri Əbülfəs Qarayev də var. Əbülfəs Qarayev 2023-cü ildə Rusiyada “Korporaçiya ÇE” (ООО “Корпорация ЧE” – VÖEN - 7725322819) adlı şirkətin 50%-lik payını satın alaraq 2 təsisçidən biri olub.  Şirkətin fəaliyyət sahəsinə balıq, xərçəngkimilər və molyusklar da daxil olmaqla digər ərzaq məhsullarının topdan satışı daxildir.

Rusiyada daşınmaz əmlakın alqı-satıqısı ilə məşğul olan “QALS” şirkəti (VÖEN-7705544330) isə Əbülfəs Qarayevin qızı Suad Malekiyə (Qarayeva) məxsusdur. Suad Malekinin yeganə təsisçi olduğu “QALS” şirkəti 5 iyul 2013-cü ildə Moskva şəhəri, Tatarskaya küçəsi 7 ünvanında dövlət qeydiyyatına alınıb. Mətbuatda yayılan məlumatda bidirilir ki, “QALS” sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Qarayev, Abülfəz, Lalə (həyat yoldaşı) və Suad (qızı)) ibarətdir.

Rusiyada şirkət sahibi olan azərbaycanlılardan biri də keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin oğlu Araz Nağıbəylidir. Arzu Nağıbəyli Rusiya paytaxtında daşınmaz əmlak biznesi ilə məşğul olan “Naxçıvan İnvest” (VÖEN - 7704448970) şirkətinin 50%-lik payla 2 təsisçisindən biridir. “Naxçıvan İnvest” 13 dekabr 2017-ci ildə Moskva şəhəri, Akademik Pilyuqin, 8A ünvanında hüquqi qeydiyyata alınıb.

Şimal qonşumuzun ərazisində biznes sahibi olanlardan biri də Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovadır. Hüquqi ünvanı Moskva şəhəri, Bakı küçəsi, ev 29-da yerləşən “Arizarum Qrup” (VÖEN - 7705176856) restoran sektorunda fəaliyyət göstərir. Yeganə təsisçisi Zemfira Əsədova olan “Arizarum Qrup” 14 yanvar 1998-ci ildən fəaliyyət göstərir.
Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar arasında Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və Azərbaycanın sabiq hərbi prokuroru Xanlar Vəliyevin qardaşı Şahmar Vəliyev də var.
Vəliyevin Rusiyanın Yesentuki şəhərində təsis etdiyi “Rusel” (VÖEN – 2626046037) və “Rusel Park” (VÖEN – 2628060982) şirkətləri yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğul olur. Şahmar Vəliyev 2017-ci ildə keçirilən Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində Kislovodsk şəhərində “Rusel” sanatoriyasının tikintisi ilə bağlı müqavilə imzalayıb. Rusiya mətbuatının yazdığına görə, “Rusel” sanatoriyasının tikintisinə 2018-ci ildə başlanılıb və 2021-ci ildə başa çatdırılıb.

Rusiyada 79 saylı İmişli seçki dairəsindən deputat seçilniş, sabiq millət vəkili Əsabil Qasımovun yaxın adamlarına məxsus çoxsaylı şirkətlər də fəaliyyət göstərir. 2014-cü ildə Podolsk şəhərində qeydiyyata alınan “Podolskiy Mukomolnıy Zavod” (VÖEN – 5036134335) adlı şirkətin yeganə təsisçisi Qasımova Şamama Alış qızı, 2018-ci ildə Stavrapol diyarında təsis edilən  “Sanatoriy İstoçnik Jeleznovodsk” (VÖEN – 2626046830) şirkətinin təsisçiləri isə Əsabil Qasımov ilə Şamama Qasımovadır. Bunlardan başqa Əsabil Qasımov Yesentuki şəhərində yerləşən “Sanatoriy Voronej” (VÖEN – 2626043540) şirkətinin də təsisçisidir. Moskva şəhərində qeydiyyatda olan “Biznes-Çentr Bernikov” (VÖEN – 9709064096) şirkətinin təsisçisi isə Qasımov Taleh Əsabil oğludur.



Xəbərin oxunma sayı : 280




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap