“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İnam Kərimov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb - FOTOLAR

Tarix 15.07.25, 15:52

Font ölçüsü : - / +
bitmap-img6


Ali Məhkəmədə İraq Federal Ali Məhkəməsinin sədri Munther İbrahim Hüsseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

AzFakt.com Ali Məhkəməyə istinadla xəbər verir ki qonaqları salamlayan Ali Məhkəmənin sədri İnam Kərimov İraqla Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirib.

Görüş zamanı ölkəmizin məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, məhkəmə sistemində müasir informasiya texnologiyalarından istifadə genişlənir, hakim vəzifəsinə seçim prosedurları beynəlxalq standartlara uyğunlaşdırılır, qanunvericilik bazası isə davamlı şəkildə yenilənir.

Məhkəmə sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə və informasiya mübadiləsinin təşviqi, eləcə də əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Munther İbrahim Hüsseyn iki ölkə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, Azərbaycan məhkəmə sistemində aparılan islahatları və əldə olunan nailiyyətləri yüksək qiymətləndirib, bu sahədə təcrübə mübadiləsinin faydalı olacağını bildirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
imgimgimg





Xəbərin oxunma sayı : 355




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap