![]() |
|














Xalq torpaq amnistiyası gözləyir - Kupça əlçatan olacaq?
Tarix 15.07.25, 14:08 |
|

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun layihəsi hər nə qədər texniki dəyişiklik kimi təqdim olunsa da, əslində milyonlarla vətəndaşın həyatına, hüquqlarına və hüquqi tanınmasına toxunan ən ağrılı problemlərdən birinin kupçasızlıq və qeyri-qanuni mülkiyyətlərin həllinə yönəlib.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun da dediyi kimi, bu məsələyə yalnız iqtisadi, inzibati və ya texniki prosedur kimi baxmaq mümkün deyil. Bu, insan hüquqlarının və sosial ədalətin məsələsidir. Zahid Oruc haqlı olaraq vurğulayıb.
Prezident Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk fərmanlardan biri torpaqların əhaliyə verilməsi, torpaq islahatının həyata keçirilməsi oldu.
Bu addım xalqla dövlət arasında yeni sosial müqavilənin başlanğıcı idi. Vətəndaşın torpaqda, mülkiyyətdə hüququ tanınmalı və qorunmalı idi. İllər keçdi, sistem dəyişdi, amma problem qalmaqda davam edir. 2011-ci ildə Prezident İlham Əliyev bu sahədə dönüş yaradacaq bir qərara imza atdı. Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə verilən tapşırıqlar nəticəsində 114 min şəxsə əmlak sənədi verildi. Bu, dövlətin sadə vətəndaşın yanında olduğunu göstərən vacib addım idi.
Ardınca, 25 fevral 2019-cu il tarixində Prezident İlham Əliyev tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri və texniki inventarlaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalandı. Bu sənədlə Azərbaycan Respublikasının əmlak siyasətində şəffaflığın artırılması, hüquqi reyestr məlumatlarının tamlaşdırılması, vətəndaşın hüququnun rəsmiləşdirilməsi əsas məqsədlərdən biri kimi müəyyən edildi. 2023-cü il mayın 1-də qüvvəyə minən “Əmlakın qeydiyyatı ilə bağlı bəzi məsələlər haqqında” qanun dəyişiklikləri isə faktiki olaraq “əmlak əfvi” kimi təqdim edildi.
Həmin qərarla 40 mindən çox vətəndaşın əmlak hüquqları tanındı, lakin eyni zamanda qanunsuz zəbtlər və yeni tikililərə qarşı cinayət məsuliyyəti nəzərdə tutuldu.
Ancaq nəticə nədir? Niyə milyonlarla Azərbaycan vətəndaşı hələ də kupçasız evlərdə yaşayır?
Zahid Orucun dilə gətirdiyi rəqəmlər dəhşətlidir. Təkcə bir rayonda verilmiş 115 min aktın 80 faizi problemlidir. Bu, hüquqi dövlət anlayışını içdən dağıdan bir problemdir. Əgər Prezident fərman verir, Milli Məclis qanun qəbul edir, amma icra hakimiyyəti, reyestr qurumları və bələdiyyələr həmin sənədləri düzgün tətbiq etmirsə, vətəndaş nə etməlidir? Vətəndaşın mülkiyyət hüququ harda başlayır, kim qoruyacaq onu?
Mülkiyyət sənədi olmadan yaşayan insanlar bankdan kredit ala bilmir, evini satmaq və ya vərəsələrinə ötürmək imkanı yoxdur. Vətəndaş evində yaşayır, amma kupçası olmadığından hüquqi baxımdan həmin evin sahibi deyil. Bu isə sadəcə sosial problem deyil, hüquqi təhlükəsizlik problemi, etimad problemi və sistem problemidir.
Əsas səbəblərdən biri, Zahid Orucun da qeyd etdiyi kimi, bələdiyyələrin torpaq fondlarının dəqiq xəritələrinin olmaması, kadastr sisteminin köhnəlməsi və reyestr sisteminin elektronlaşdırılmasında baş verən kütləvi xətalardır. Bəzi hallarda isə məmurlar bilərəkdən vətəndaşın sənədləşməsinə süni maneələr yaradır, “rüşvətsiz yol yoxdur” prinsipi ilə işləyirlər. Bu isə yalnız vətəndaşı yox, ümumilikdə verilən fərman və sərəncamları gözdən salır. Bu, hüquqi dövlətin təməl prinsiplərinə ziddir.
Zahid Orucun torpaq amnistiyası təklifi gerçəkləşərsə, Azərbaycan vətəndaşının illərlə gözlədiyi kupça problemi nəhayət ki, həllini tapacaq.
Hazırda yarım milyona yaxın ailə artıq tikilmiş evlərdə yaşayır və uzun illərdir sənəd gözləyir. Bəzi evlər nəsildən-nəslə ötürülüb, lakin rəsmi sənədləşmə aparılmayıb. Dövlətin əmlak siyasəti məhz faktiki mülkiyyət hüququnu tanımaq üzərində qurulmalıdır.
Bu amnistiya torpağın kimə verildiyini yox, üzərində kiminsə ailə həyatı qurduğunu, yaşadığını, övlad böyütdüyünü, vergi ödədiyini nəzərə almalıdır. Əslində Prezidentin humanist siyasətinə də bu uyğun gəlir - xalqın həyatını çətinləşdirmək yox, asanlaşdırmaq. Prezidentin əmlakla bağlı fərman və sərəncamları ölkədə milyonlarla vətəndaşın həyatını dəyişə bilər. Amma bu qərarlar icra olunmadıqca hüququn, ədalətin, etimadın mənası da qalmır, vətəndaşı dövlətə inamı itir.
Əgər vətəndaş öz evində sənədsiz yaşayırsa, əgər Prezidentin 2011-ci ildən başlayan əmlak siyasəti hələ də məmur səhlənkarlığının qurbanı olursa, bu, artıq hüquqi məsələ yox, ictimai etimad böhranıdır. Zahid Oruc haqlıdır. Bu gün Azərbaycanda əmlak siyasətində yeni səhifə açmaq vaxtıdır. Prezidentin fərmanlarının sadəcə “kağız üzərində sənəd” kimi qalmasına imkan verilməməlidir. (musavat.com)
Xəbərin oxunma sayı : 367
Sosial
Xəbərlər
-
“Çin rəhbərliyi Rusiyaya dəstəyini daha da gücləndirəcəyini bəyan edib“ - “The Telegraph“
-
Bu şəxslərin maaşından vergi tutulacaq - Tarix bəlli oldu
-
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb - 239 min ayrıldı
-
Zərərçəkənlər ifadə verdi - Vardanyanın məhkəməsi+Fotolar
-
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
-
“Xalq artisti adını sənə sponsorun da verdirə bilir“ - VİDEO
-
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
-
15 iyulda xalqın mübarizəsi həm də işğalın qarşısını aldı - Ərdoğan
-
“Tramp NATO və Aİ-nin nalayiq təzyiqi altındadır“ - Lavrov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bəzi rayonlarda 40 dərəcə isti var, bəzilərində yağış yağır - FAKTİKİ HAVA
-
Vətəndaşların şəxsi məlumatlarını xaricə ötürən ötürən qrupu aşkarlandı - Saxlanılan var
-
ABŞ silahları Ukraynaya illərlə gecikə bilər - Şok xəbərdarlıq
-
“Qafqaznet“ kondisioner də satırmış - Nazirə məxsus olduğu deyilən şirkətlə daha bir müqavilə
-
İnam Kərimov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb - FOTOLAR
-
Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
-
Qurbanqulu Berdiməhəmmədov Qarabağa səfər edəcək - Bu tarixdə
-
Tramp Zelenskidən niyə Moskvanı vurmadıqlarını soruşub - “The Washington Post”
-
Azərbaycanda buğda istehsalı niyə azalır - Araşdırma
-
Sədrin şikayətçi olduğu şəxs məhkəmə zalında həbs edildi - SƏBƏB
-
Ukraynaya göndərilən silahların sayı açıqlanmayacaq - Nazirlər razılıq əldə edib
-
Xalq torpaq amnistiyası gözləyir - Kupça əlçatan olacaq?
-
Sabah 40 dərəcə isti olacaq: Çimərliklər üçün tempratur...
-
Kamran Əliyev üç rayona prokuror təyin etdi - FOTO
-
Avropa İttifaqından Gürcüstana ultimatum: vizasız rejim dayandırıla bilər
-
Ruben Vardanyan Bakıda hakim qarşısında: zərərçəkmiş şəxslər ifadə veriblər
-
Piyadanın öldüyü qəza ilə bağlı hökm - Sürücülük vəsiqəsi yox imiş
-
İlham Əliyev Ərdoğana məktub göndərib: “Əziz qardaşım...“
-
Azərbaycan Premyer Liqası: Yayın ən bahalı futbolçusunu kim transfer edib?
-
Deputatların yay tətili başladı - 41 günlük sükut dövründə nə qədər qazanacaqlar?
-
Bu ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə - Müraciət
-
Şirkətlərin “Premium Bank“a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
-
Masallıda arı təsərrüfatları tələf oldu - Sahibkarlar ziyanda (VİDEO)
-
Probleminlə bağlı polis rəisinə müraciət et - DİN nəzarət edir + Video
-
Səbail rayonunda bina yararsız vəziyyətdə - VİDEO
-
Bu ölkədə azərbaycanlı deputat seçiciyə çaynik atdı - VİDEO
-
Xatirə İslamın dəniz istirahəti - FOTOLAR
-
Aİ Ukraynada məcburi səfərbərliyə qarşı çıxmalıdır - Viktor Orban
-
Bu dərmanlara boşuna pul xərcləməyin - Dövlət pulsuz verir
-
Zaqatalada ağaclar kəsilib - Sakinlərdən ŞİKAYƏT
-
“Almaniya və Norveç Ukrayna üçün “Patriot“ alacaq“ - Zelenski
-
Sürücülərin maşında gəzdirdiyi, amma istifadə etmədiyi “apteçka” - ARAŞDIRMA
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
“ABŞ Ukraynada əbədi sülhü təmin etmək istəyir“ - Tramp
-
“İşgəncələr nəticəsində övladımın adını da yadımdan çıxartmışdım” - MƏHKƏMƏ
-
“ABŞ və Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib“ - Tramp
-
Pensiya kartına görə anasını döyərək öldürdü - TƏFƏRRÜATLAR
-
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
-
Bakıda “abadlıq işi“ elanından sonra ərazidə obyekt tikildi - FOTOFAKT
-
Dünyada ən çox qızıl ehtiyatına sahib olan ölkələr - SİYAHI
-
“Çox güman ki, Azərbaycan-Ermənistan dialoqu uğurla nəticələnəcək“ - Tramp
-
Bu rayonda 4 900 abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
-
“Dedilər ki, 5 milyon manatı qaytarmalıyam“ - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
-
“Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi“ - VİDEO
-
“Paşa Bank“da kəskin mənfəət azalması - 91 milyon manata düşdü
-
Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub
-
ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Bakıda ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
PKK-nın İraqdakı mağarası aşkar edilib - Yüzlərlə hərbi vasitə tapılıb + VİDEO
-
Mehdiyevlərin bankı insanlara yalan məlumat verir - Fotofakt
-
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
-
Azərbaycanda iki yeni milli park yaradılır - SƏRƏNCAM
-
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir
-
Suşi bu vəziyyətdə hazırlanırmış - Yoxlama
-
Xətaidəki çörək sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Məşhur restoran buna görə cərimə edilmişdi - Məhkəmə qərar verdi
-
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI
-
Efirdə müğənnilər qırğına çıxdı - Mikrafonlar söndürüldü - VİDEO
-
Xırdalanda “Little Stars” uşaq bağçasında azyaşlının qolu qırıldı - Rəhbərlik gizlətdi
-
“NATO Moldovanı Rusiya ilə müharibəyə hazırlayır“ - Rusiya xarici kəşfiyyatı
-
Azərbaycan avtobusları Almaniyadan 400, Rusiyadan isə 35 min manata alıb - SİYAHI
-
Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı - Yenilik
-
“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ
-
Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA
-
Vəhdət Partiyasında toplantı: Adəm İsmayıl Bakuvi tapşırıq verdi
-
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb
-
ABŞ yardımları dayandırdı, ərzaq böhranı başladı - Əfqanlar aclıqla üz-üzə qalıb
-
Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
-
“İmtahanlara özümün belə müdaxiləm mümkün deyil“ - Məleykə Abbaszadə
-
Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu
-
Bu media subyektləri cərimələnəcək - 5000 manatadək
-
Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb - FHN
-
Putin Trampa xəbərdarlıq edib: “60 günə hər şeyi alacam”
-
Hərbçilərin pensiyalarının hesablanmasında dəyişiklik edilir? - Nazirlikdən cavab
-
54 yaşlı Aygün Kazımova göz qamaşdırdı - VİDEO
-
“Cahid Şahbazova cinayət işi açılıb“ - VİDEO
-
Bu avtomobillərin kilometrajı geri çəkilir - Aldanmamaq üçün nə etmək olar?
-
Sədrlə qohumlar üz-üzə gəldi - AHİK-də 4 nəfər istefa verdi
-
Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? - VİDEO
-
Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
-
Ukraynaya silah tədarükü rekord həddə çatacaq - Respublikaçı senator
-
Nərimanovdakı “Taxta bazarı”nda yanğın olub - VİDEO
-
DTX əməliyyat keçirdi - Həbs edilən var
-
Fransa müdafiə xərclərini sürətlə artıracaq - Makron
-
Azərbaycanda ətin qiyməti qalxıb - VİDEO
-
Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
-
“Çelsi“ klublararası dünya çempionatının qalibi oldu - VİDEO
-
Əliyev - Paşinyan görüşünün kadrarxası məqamları - VİDEO
-
Bakı çimərliklərində son durum: Yenə natəmizlik, yenə üfunət... (VİDEO)
-
Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO
-
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO
-
Vətəndaş idarə etdiyi avtomobilə yazılmış cərimədən narazıdır - VİDEO
-
Salyan rayonunda ağır qəza hadisəsi: 3 nəfər ölüb
-
İnsanlar isti hava səbəbindən çimərliklərə axın edirlər - VİDEO
-
Qardaşı oğlunu öldürməkdə şübhəli bilinən kişi saxlanıldı - Şərurda
-
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” - Putin
-
Bakıda 38, Aran rayonlarında 40 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
-
Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı - Şantaj olunub
-
Rüşvət alanlar tutuldu: Rüşvəti verən bu iş adamları necə olacaq?
-
Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirik - Ərdoğan
-
Köməksiz qalan azyaşlı xilas edildi - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını yaydı - VİDEO
-
İsmayıllıda itkin düşən 40 yaşlı qadın sosial şəbəkə vasitəsilə tapıldı - FOTO
-
Suriya və İsrail rəsmiləri Bakıda görüşüb - “Al Arabiya”
-
“Rusiyanı şərtsiz dəstəkləməyə davam edəcəyik” - Kim Çen In
-
34 mindən çox abituriyent imtahan verdi - 5 nəfərdə mobil telefon aşkarlanıb
-
“Avropanın ölkəmizə “demokratiya dərs”i keçməsi qəbulolunmazdır“ - “Gürcü Arzusu”
TOP 10
ARXİV