“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda 40-dan çox ağac kəsildi: Cinayət işi başlandı

Tarix 16.08.22, 11:41

Font ölçüsü : - / +
bitmap-img6


Vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında növbəti qanunsuz ağackəsmə faktları ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış araşdırmalarla İsmayıllı rayonunun Tircan kəndində və Ağdam rayonunun Qaradağlı kəndində bələdiyyəyə məxsus torpaq sahələrində meşə fonduna daxil olmayan, həmçinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində yerləşən Vizəzəmin meşəbəyliyində meşə fonduna daxil olan müxtəlif cinsli və diametrli 40-dan çox ağacın qanunsuz kəsilməsi nəticəsində ekosistemə ümumilikdə 6 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.

Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.



Xəbərin oxunma sayı : 670




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap