“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlama

Tarix 23.09.26, 13:03

Font ölçüsü : - / +
bitmap-img6


Yerüstü nəqliyyatda sıxlıq müşahidə olunduğu halda metronun bəzi xətlərində sərnişin axını əvvəlki dövrlə müqayisədə azalıb. Hazırda Yaşıl xətt üzrə sərnişin sayında 50 faizdən çox, Bənövşəyi xətdə isə 35-40 faiz arasında azalma qeydə alınır. Bu baxımdan sərnişin axınlarının yerüstü nəqliyyatdan metroya yönləndirilməsi mövcud disbalansın aradan qaldırılmasına müsbət təsir göstərə bilər.

AzFakt.com xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına girişin pulsuz olması ilə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, bu addım sərnişin axınının optimallaşdırılması istiqamətində tədbirlərin gücləndirilməsi ilə əlaqədardır:

"Səhər saatlarından etibarən "Avtovağzal" və "Xocəsən" stansiyalarına girişin ödənişsiz təşkili sərnişinlərin hərəkət rahatlığının artırılmasına və müxtəlif istiqamətlər üzrə sərnişin axınının daha optimal bölüşdürülməsinə xidmət edir.

Paytaxta sərnişin axınının əsas istiqamətlərindən biri Sumqayıt-Xırdalan xətti, eləcə də Şamaxı-Bakı yolu olduğundan bu ərazilərdən şəhər mərkəzinə daxil olan sərnişinlərin bir hissəsinin metrodan istifadəyə yönəldilməsi "20 Yanvar" stansiyası və Moskva prospekti ətrafında nəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərə bilər".



Xəbərin oxunma sayı : 154




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap