“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub - Almaniyada

Tarix 15.02.25, 20:47

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

XİN-dən verilən məlumata görə, görüş zamanı Azərbaycan – Türkiyə müttəfiqlik münasibətlərinin siyasi, təhlükəsizlik, iqtisadi, nəqliyyat-kommunikasiyalar aspektləri, habelə regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT), BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər platformalar çərçivəsində birgə fəaliyyət və dəstəyin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Tərəflər, eyni zamanda Yaxın Şərqdə, xüsusilə Qəzza bölgəsi və Suriyada mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov həmçinin həmkarını hazırkı regional vəziyyət, Azərbaycan – Ermənistan sülh prosesinin cari vəziyyəti ilə bağlı ətraflı məlumatlandırıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.



Xəbərin oxunma sayı : 1216




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap