“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

AYNA-nın 6.5 milyonluq anlaşması: Bahalı layihə, ya şişirtmə?

Tarix 19.07.24, 18:16

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar ən çox tənqid olunan qurumlardan biri olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) böyük məbləğli tender keçirib. Tribunainfo.az xəbər verir ki, iyulun 18-də elan edilmiş nəticələrə görə, AYNA-nın tenderinin qalibi “AZ SOFTVARE SYSTEM” QSC olub.

“Rəqəmsal Nəqliyyat və Logistika Platformasının (Hazırlanması) satın alınması” adlı layihə üçün elan edilmiş tenderin məbləği isə 6.560.800 manat təşkil edib.

Qeyd edək ki, bu çox yüksək məbləğli bir layihədir. Və AYNA buna hansı səbəbdən zərurət duyub, bəlli deyil.

Bildirək ki, “AZ SOFTVARE SYSTEM” şirkəti Bakı, Xətai pr.34, Luxen Plaza, 9-cu mərtəbədə yerləşir. Bir sıra texnoloji, və proqram təminatı üzrə ixtisaslaşıb. Şirkətin rəhbərinin adı nə rəsmi saytda, nə də hər hansı sistemdə görünmür.

Bu şirkətin adı həmçinin bir çox tenderlərdə hallanır. Və həmin tenderlərin heç biri kiçik rəqəmli olmayıb.

Bu layihənin bu qədər böyük məbləğə başa gəlməsi istər istəməz müəyyən şübhələrə yol açır. Çünki Azərbaycanda bir çox tenderlərin məqsədli şəkildə şişirdilməsi halları baş verib, hətta bununla əlaqədar rəsmi qurumlar cinayət işləri də açıblar. Elə bu səbəbdən də AYNA ilə “AZ SOFTVARE SYSTEM” arasındakı 6.5 milyonluq tender anlaşması əsaslı olaraq müəyyən gümanlara yol açıb. Həmin gümanlar isə bu layihənin şişirtmə, yoxsa bahalı olması sualını yaradıb.



Xəbərin oxunma sayı : 1222




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap