Xalq artistindən cazibədar paylaşım - FOTO Röya imicini dəyişdi - FOTO Damla yeni rəngarəng obrazlarıyla heyran etdi - VİDEO Natavan Həbibi çəhrayıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 05 Dekabr 2022

    Xalq artistindən cazibədar paylaşım - FOTO

  • / Maqazin / — 28 Noyabr 2022

    Röya imicini dəyişdi - FOTO

  • / Maqazin / — 25 Noyabr 2022

    Damla yeni rəngarəng obrazlarıyla heyran etdi - VİDEO

  • / Maqazin / — 14 Noyabr 2022

    Natavan Həbibi çəhrayıya büründü - Fotolar

  • / Maqazin / — 04 Noyabr 2022

    Aygün Kazımova qırmızıya büründü - FOTO

  • / Maqazin / — 01 Noyabr 2022

    Tünzalə Ağayeva geyimi ilə yenə diqqət mərkəzində - FOTO

Avtomobillərin icbari sığorta haqları yeni qaydalarla hesablanacaq - VİDEO

Tarix 23.09.22, 23:40

Font ölçüsü : - / +
bitmap-img6


Oktyabrın 1-dən avtomobillərin icbari sığorta haqları yeni qaydalarla hesablanacaq.

Xezerxeber.az-ın məlumatına görə, yeni qaydalar ilə sığorta qanunvericiliyinə risk əsaslı sığorta haqqı hesablanması yanaşması gətirilir.

Yəni artıq avtomobili icbari sığorta etdirən zaman sürücünün yaşı, sürücülük təcrübəsi və avtomobilin istehsal ili əsas götürüləcək. Mühərrik həcminə görə müəyyən edilən baza sığorta haqları və avtonəqliyyat vasitəsinin növünə görə əmsallar isə dəyişməz olaraq saxlanacaq.

İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib ki, sığorta məbləği hesablanan zaman hətta avtomobilin ən çox hansı rayonda idarə olunacağı da əsas götürüləcək. Bu zaman avtomobilin rəsmi qeydiyyat yeri nəzərə alınacaq. Bakı şəhərində qəza riski çox olduğu üçün paytaxtda idarə olunan avtomobillərin baza sığorta haqları 1.1 əmsalına vurulacaq.

Sumqayıt və Abşeronda isə sığorta haqları hesablanan zaman baza sığorta məbləği 1.05 əmsalına, Naxçıvan və Gəncədə 1-ə, digər rayonlarda isə 0.95 əmsalına vurulacaq. Bundan başqa, sürücülük təcrübəsi 1 ildən az olan şəxslərdən isə sığorta haqqı 1.35 əmsalına vurularaq tələb olunacaq. Başqa sözlə, mühərrikinin həcmi 1500 kub/santimetr, 1 ildən az sürücülük təcrübəsi olan və Bakıda yaşayan şəxslərin avtomobilinin sığorta haqqı 67 manat 50 qəpik təşkil edəcək.

Bundan başqa, əgər avtomobilin istismar müddəti 10 ildən artıqdırsa, baza sığorta məbləği əlavə olaraq 1.05 əmsalına, 20 ildən artıq olduqda isə 1.1 əmsalına vurulacaq. Bütün hallarda risksiz sürücülər, xüsusilə də sürücülük təcrübəsi 7 ildən artıq olan şəxslər bonus sistemindən yararlanmaqla baza sığorta məbləğindən daha az sığorta ödənişi edəcəklər.

Rəşad Əhmədov həmçinin bir sıra sığorta şirkətlərinin son vaxtlar bəzi marka və modellərin sığortasında maraqlı olmaması ilə bağlı sualı da cavablandırıb. 

Dəymiş maddi zərərə görə avtomobil sahiblərinə ödənən maksimum 5 min manatlıq limit də artırıla bilər. Hazırda statistik rəqəmlər araşdırılır və bu təminatın artırılması üzərində iş gedir.

Yeni qaydalar əsasında dəymiş ziyanın ödənilməsinə noyabr ayının 1-dən başlanacaq.





Xəbərin oxunma sayı : 691

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap