| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu artır
Tarix 10.09.24, 17:01 |
|
Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolu onun artan nüfuzunun, sözünün imzası qədər dəyərli olmasının göstəricisidir. Xarici siyasətimizin əsas istiqamətlərindən biri bütün ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, illər keçdikcə münasibətlərin yeni istiqamətlər üzrə inkişafı və strateji tərəfdaş səviyyəsinə yüksəlməsidir.
Bu gün Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Əməkdaşlıqda qarşılıqlı etimad mühitinin qorunması və möhkəmləndirilməsi dövlətimizin xarici siyasətində prioritet məsələdir. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti daim etimad mühitinin qorunmasında stimulverici amildir.
Dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə elə bir səfəri, çıxışı, yaxud müsahibəsi yoxdur ki, 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqlarına diqqət yönəldilməsin. Ermənistanın 30 il davam edən işğalı dövründə bəzi ölkələrin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsaq da bu, dövlətimizin siyasətində heç bir dəyişikliyə səbəb olmadı, əksinə, Azərbaycan hücum diplomatiyasını uğurla davam etdirərək kimin haqlı, kimin isə haqsız tərəf olduğunu əsaslı şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında tarixi Zəfəri qazanmasında informasiya mübarizəsində üstünlüyü əhəmiyyətli rol oynadı.
Bu gün Azərbaycanın istər Avropa, istərsə də Mərkəzi Asiya ölkələri ilə əlaqələri yüksələn xətlə inkişaf edir. Bunu qarşılıqlı səfərlərlə yanaşı, Azərbaycanın ev sahibliyi etdiyi, yaxud Prezident İlham Əliyevin fəxri qonaq qismində qatıldığı tədbirlər də təsdiqləyir. Azərbaycanın artan nüfuzu, Prezident İlham Əliyevə göstərilən etimad əlaqələrin yüksələn xətlə, yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır.
Qlobal dünyanın əsas çağırışları sırasında olan enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu daim xüsusi qeyd edilir. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi, gündəmə gətirdiyi və uğurlu sonluqla başa çatdırdığı enerji layihələri dünyanın enerji təhlükəsizliyinə töhfələrinin davamlılığını təmin edir. Vaxtilə neft ölkəsi kimi tanınan Azərbaycan bu gün qaz, elektrik enerjisi ixracatçısıdır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana bir-birindən mühüm uğurlar qazandırır. Bu gün Azərbaycan bərpaolunan enerji sahəsində əməkdaşlığa böyük önəm verməsi ilə diqqətdədir. Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də bunun bariz nümunəsidir.
Enerji təhlükəsizliyi Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığında da əsas amillərdən biridir. Belə ki, Azərbaycan xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi Azərbaycan-Avropa İttifaqı əlaqələrinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bu, dövlət başçısının Avropa ölkələrinə, həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərində də özünün aydın ifadəsini tapır.
Azərbaycanın bu gün dünya və ölkə mətbuatında əsas müzakirə mövzularından biri dövlət başçısı İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu ölkəyə sayca üçüncü səfəri, keçirdiyi görüşlər, həmçinin Çernobbio şəhərində "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən keçirilən Beynəlxalq Forumdakı çıxışında səsləndirdiyi fikirlərdir. Öncə onu xüsusi vurğulamaq gərəkdir ki, cənab İlham Əliyev Forumda əsas qonaq qismində iştirak etdi. Sayca 50-ci olan Forumun "Gələcək qlobal çağırışlar və onların biznesə təsiri" adlı açılış sessiyasında Prezident İlham Əliyevin "Yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu" mövzusunda çıxışı mühüm çağırışlarla zəngin oldu. Dövlətimizin başçısı İlham Əliyev Forumdakı çıxışında bu mühüm məqamı xüsusi vurğuladı ki, İtaliya ilə yüksək səviyyəli təmaslarımız çox yaxın tərəfdaşlar olduğumuzu nümayiş etdirir. Azərbaycandan İtaliyaya uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizinin bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, hazırda 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin yeddisi Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır.
Prezident İlham Əliyevin çıxışında diqqət göstərdiyi əsas məsələlərdən biri Azərbaycanın tarixi Zəfəri, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi oldu. "Təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var" söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının hüquqi öhdəlik yaradan dörd qətnaməsinin olmasına baxmayaraq, bu işğal davam edirdi. ATƏT-in bu məsələ ilə məşğul olması üçün xüsusi qrup təsis etdiyini deyən dövlətimizin başçısı 28 il ərzində həmin qrupun sıfır nəticə hasil etdiyini vurğuladı. Azərbaycanın Ermənistana təklif etdiyi sülh təklifi, son dörd ilə yaxın müddətdə onun reallaşdırılması istiqamətində atılan addımlar da geniş şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Bir daha vurğulandı ki, sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb. Artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olunub. On üç kilometrlik hissə demarkasiya edilib. Azərbaycanın Ermənistanla 1000 kilometrlik sərhədi var. Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək.
Prezident İlham Əliyev 2022-ci ildə İtaliyaya işgüzar səfəri çərçivəsində də Çernobbio şəhərində "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunun "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda plenar iclasında iştirak edərək ünvanlanan suallar əsasında Azərbaycanın uğurlu enerji siyasətindən, əldə edilən göstəricilərdən, ölkəmizin artan beynəlxalq nüfuzundan geniş bəhs etmişdi.
Göründüyü kimi, Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü qətiyyətlə deyən ölkəyə çevrilib. Xüsusilə ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib.
Jalə Sadıqova
Xəbərin oxunma sayı : 640
Sosial
Xəbərlər
-
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
-
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
-
“Bu ikisi bütün cinayətlərdə əlbirdirlər“ - Ziyan 5 milyon manata çatdı
-
“Hamının pulunu verəcəm, onun yox...“ - Zal Yusifovun oğlu DANIŞDI
-
Saxta bilet satış səhifələri ilə bağlı - XƏBƏRDARLIQ
-
Böyük Britaniya Ukraynaya 10 milyard funt ayırdı - Zelenski açıqladı
-
Prezidentin qızları “Cənnətin ariyası”nın konsertində - FOTOLAR
-
“Nə maaşımı verdilər, nə də təzminatımı...” - “Lux Residence” şirkətindən ŞİKAYƏT
-
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzaladı - FOTO
-
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər - 5000 AZN
-
15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi - Məhkəmə cəzalandırdı
-
Prezident Fərman imzaladı - Daşınmaz əmlakın reyestri sistemi ilə bağlı
-
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu - FƏRMAN
-
Putinlə Mozambik Prezidentinin boy fərqi diqqət çəkdi - VİDEO+FOTO
-
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi - FOTO
-
Azərbaycanda kişilər qadınlardan çox maaş alırlar - Ən böyük fərq hansı sahələrdədir?
-
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
-
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı - Dələduzluğa görə
-
“Onu paraşütlə Kubaya atacağıq” - Tramp Rubionu ələ saldı
-
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır - Elnur Əliyev
-
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi - 482 min manatlıq tender
-
“Sabunçu Emin”, “Xırdalanlı filankəs”, “Qızıl barmaq Fatma”... - Gənclər niyə bu adlara həvəslidir?
-
Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
-
Əli Nağıyev BMT rəsmisi ilə terrorizmlə mübarizəni müzakirə etdi - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycanın dövlət borcu azalıb - Rəsmi rəqəmlər açıqlandı
-
“Dindarlar hər zaman dövlətimizin yanındadırlar“ - Allahşükür Paşazadə
-
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi həyatını itirdi
-
Azərbaycanda ən uzun ömürlü insanlar bu rayonlarda yaşayırlar - Tam siyahı
-
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
-
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarixdə
-
Binəqədi şosesindəki məşhur əmlak kompleksi 25,5 milyona satışa çıxarıldı - Fotolar
-
Azərbaycan Kubokunda hakim biabırçılığı - Qırmızı vərəqə verməyi unutdu
-
Məqsədimizə çatırıq, 15 km-dan çox irəlilədik - Zelenski
-
Elçin Yusubovun daha bir adamından şikayət var - Elxan Musayev sahibkarları incidib?
-
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
-
Fermer və sahibkara qarşı dələduzluq edən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır - Bu tarixdən
-
Tramp Putin və Zelenski ilə görüş keçirmək istəyir - TASS
-
Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
-
Vərəm xəstələri evlərində müayinə edilirlər - VİDEO
-
“Starlink“ böhranı Avropa İttifaqını hərəkətə gətirib - Bloomberg
-
ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək - Tramp
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
-
Sakinlər “Osmanlı hamam“ istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - VİDEO
-
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu, cəzasını isə...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda daha 3 MMC ləğv olunur - Adları açıqlandı
-
Mirsaleh Seyidov niyə “vuruldu”? - Həbsxana qalmaqalları, kadr təmizləmələri…
-
İki Avropa lideri Putinə zəng etdi - “Birbaşa danışıqlar lazımdır”
-
Prezident və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl“ sərgisi ilə tanış oldu (FOTO)
-
Gələn ilin büdcə xərcləri necə dəyişəcək? - Təfərrüat
-
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarıla bilər - Ararat Mirzoyan
-
İş icazəsi ilə bağlı qaydalar dəyişir: Bu şəxslərə şamil olunacaq
-
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb - Ölən var
-
Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif
-
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi - DETALLAR
-
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
-
Ermənistan parlamentində gərginlik: Mühafizəçilər çağırıldı + VİDEO
-
Daha bir vəzifəli şəxs həbs edildi - Mənimsəmədə ittiham olunur
-
Mirsaleh Seyidov vəzifəsindən azad edildi - Penitensiar xidmətə yeni rəis təyin olundu + DOSYE
-
“Yol Tikintiservis“ MMC ilə bağlı məhkəmə qərarı: 210 min manatlıq borc ödənilməlidir
-
Borcunu ödəməyənləri yeni aqibət gözləyir - Milli Məclisdən qərar
-
Prezident İlham Əliyev qonaqlarla görüşdü - VİDEO
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dövlət hər şagirdə ildə ən azı 2000 manat ayıracaq - Rəsmi
-
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
“Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident
-
Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
-
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - VİDEO
-
“Həzi Aslanov”dakı təmir başa çatdı - Qatarlar birbaşa gedəcək
-
“Azərbaycan sabitlik adasıdır“ - İlham Əliyev
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident Forumda iştirak edir - VIDEO - FOTOLAR
-
Təhlükəsizlik torlarının olmaması piyadalara təhlükə yaradır - VİDEO
-
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - “Reuters”
-
Deputatın oğlunun da iştirak etdiyi ölümlə nəticələnən davanın - Təfərrüatı
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
-
Tramp Obamanı tənqid etdi: O, bərbad prezident idi
-
Zirzəminin özəlləşdirilməsinə hansı əsaslarla icazə verilib? - VİDEO
-
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
-
Mbappe “El Klasiko”da qol vurdu, Ronaldo kimi sevindi - Fotolar
-
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi - FOTO
-
İrana qarşı yeni əməliyyata başlaya bilərlər - Trampın əmrini gözləyirlər
-
Oktay Saraldan postunu tərk etməsi barədə - Açıqlama
-
Azərbaycanla Özbəkistan arasında sazişlər təsdiqləndi - FƏRMAN
-
Paşinyan yeni müxalifət axtarır - “Onlar məhv edilib”
-
Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir
-
Bir şəhərə görə atəşkəs - dünyanın danışdığı Aleşki...
-
Azərbaycan “Aİ-95” markalı benzini Türkiyədən 1,9 manata alır - Siyahı
-
Prezident Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
İranlı nazirin dediklərinə rəsmi reaksiya: “Öz problemlərinizlə məşğul olun”
-
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
-
“Piter Elçin“in qardaşını öldürən şəxslə bağlı qərar - Cəzası artırıldı
-
Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Rəsmi statistika
-
İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım - Fotolar
-
Avropanı məhvə aparan rəsmi təbliğat - Nənə və baba nəvəsini...
-
Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - Xəbərdarlıq
-
İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm - Tramp
-
Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı: 11 nəfər həbs edilib (VİDEO)
-
Sabirabadda tibb məntəqəsinin fəaliyyətsiz qalması sakinlər üçün çətinlik yaradır - VİDEO
-
ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür - “The Wall Street Journal”
-
Vuçiç məğlubiyyəti etiraf etdi - “Tələbə siyahısı“ qalib gəldi
-
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
-
Avtomobil bazarında durğunluq yaşanır - Bəs qiymətlər necədir?/VİDEO
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
-
Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara - Cavab
-
Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi
-
“Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb“ - Vens
-
Almaniyada gizlənirdi, yeri tapıldı: Azərbaycana gətiriləcək
-
Ət bazarı üçün bədbin proqnoz - Daha böyük bahalaşma...
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir - Hərəkət alternativ küçələrlə təşkil ediləcək
-
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil - Məleykə Abbaszadə
-
“Gələcəkdə süni intellekt özünü idarə edəcək” - İlon Mask
-
Azərbaycanda satılan mebellər burada hazırlanır - ŞOK statistika
-
İran neft blokadasının məngənəsində - “Üzən tankerlər”dəki neft və valyuta tükənir
TOP 10
ARXİV






