“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ağstafadan Bakıya gələn sürət qatarına ziyan dəydi - FOTO

Tarix 31.01.25, 21:54

Font ölçüsü : - / +
bitmap-img6


Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən sürət qatarına ziyan dəyib.

Bu barədə sərnişinlərdən biri məlumat verib.

Sərnişin qeyd edib ki, Ağstafadan Bakıya gələn zaman qatar təxminən 13 dəqiqə yubanıb.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, qatarın qarşısına qəfil heyvan çıxması və toqquşma nəticəsində qatara ziyan dəyib:

"Ümumiyyətlə, sahibsiz buraxılan mal-qara qatarların hərəkətinə ciddi təhlükə yaradır.

Ötən il ADY-yə məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 43 dəfə toqquşub. Nəticədə qatarlara ziyan dəyir, heyvanlar tələf olur, qrafikdə gecikmələr yaşanır, maşinist təcili tormozlama etməli olur ki, bu da qatar heyətinin və sərnişinlərin həyatını riskə atır. Bundan başqa, bəzi heyvan sahibləri mal-qaranı dəmir yolundan keçirmək üçün hasarları sökürlər və bu da təhlükəsizliyə ciddi təhlükə yaradır", - məlumatda deyilir.





Xəbərin oxunma sayı : 2065




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap