Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

“Xarkova raket zərbələri endirilib, yaşayış məntəqələri atəşə tutulub“ - Ukrayna Baş Qərargahı

Tarix 05.07.22, 9:34

Font ölçüsü : - / +
bitmap-img6


“Volın və Polisski istiqamətlərində heç bir ciddi dəyişiklik olmayıb. Rusiyanın Belarus ərazisindən və hava məkanından raket və hava zərbələri endirməsi təhlükəsi qalmaqdadır”.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında qeyd olunub.

Baş Qərargahın məlumatında bildirilir ki, düşmən Çerniqov vilayətinin Mxa, Zalizniy Mıst və Sumı vilayətinin Şaliqine yaşayış məntəqələri ərazilərində minaatanlardan hücumlar həyata keçirib: "Mi-24 helikopteri Sumı vilayətinin Esman qəsəbəsi ərazisində məktəb binasına zərbə endirib. Xarkov istiqamətində isə düşmən əsas səylərini işğal etdiyi ərazilərdə möhkəmlənməyə və qoşunlarımızın irəliləməsinin qarşısını almağa yönəldib. Qarşı tərəf Kutuzivka, Nove, Ruski Tışki, Mala Danylivka və Dementivka yaşayış məntəqələri ərazilərini artilleriya, çoxsaylı reaktiv yaylım atəşi sistemləri və tanklardan atəşə tutub".

Məlumatda vurğulanıb ki, həmçinin Xarkov şəhərinə raket zərbələri endirilib: "Düşmən Baxmut istiqamətində və Novoluqanske qəsəbəsi istiqamətində də hücumlar aparır, hazırda döyüşlər davam edir"

Baş Qərargahının gündəlik operativ məlumatında qeyd olunub ki, Rusiya qoşunları ruhdan düşüb: “Onlar yüngül xəsarət almaq üçün fürsət axtarırlar. Həmçinin özlərini yaralamağa və müxtəlif sağlamlıq manipulyasiyalarına əl atmağa başlayıblar. Bu yalnız öz ölkələrinə sağ-salamat qayıtmaları üçündür”.



Xəbərin oxunma sayı : 835




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap