“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

İtkin şəhidlərimiz dəfn olundu - FOTOLAR

Tarix 19.02.26, 13:25

Font ölçüsü : - / +
bitmap-img6


Mingəçevir şəhərində şəhid Şahin Heydər oğlu Kərimovla vida mərasimi təşkil olunub.

AzFakt.com-un məlumatına görə, uzun illər itkin kimi qeydiyyatda olan şəhidin nəşinin qalıqları müəyyən edilərək bu gün ailəsinə təhvil verilib.

Vida mərasimi Mingəçevirdə şəhidin ata ocağında keçirilib. Mərasimdə şəhər sakinləri, idarə müdirləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhidin yaxınları iştirak ediblər.

Şəhid Ş.Kərimovla vida mərasimi keçirildikdən sonra o, Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Şəhidin tabutuna bükülən Azərbaycan bayrağı onun anasına təqdim edilib.

Qeyd edək ki, Ş. Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Birinci Qarabağ müharibəsində iştirak edib. 4 aprel 1993-cü ildə ağır döyüşlər zamanı itkin düşmüşdü.

***

Bu gün həmçinin Göyçayda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Vüqar Səlim oğlu Babayevlə vida mərasimi keçirilib.

“Report”un məlumatına görə, vida mərasimində şəhidin doğmaları, Göyçay rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Göyçayın Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, V.Babayev 1972-ci il aprelin 16-da Göyçayın Qarabaqqal kəndində anadan olub. 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunun Yanşaq kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 154




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap